Tufangöl[1] [2] [3] [4] — Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür.Gölün uzunluğu 160 m, eni 125 m, dərinliyi 5,6 m -ə,[5] çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır. Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür. Iyul ayında gölün suyunun t 0 – u +10 0 – dən yüksək olur. Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufan gölü Nuhun gölü kimi tanıyırlar. Tufangöl Böyük Qafqaz dağlarının Azərbaycan hissəsinin Başsuayrıcı silsiləsində, Quba və Qəbələ rayonlarının sərhəddində, Dəmiraparan çayının sol qolunun mənbəyinin yuxarı hissəsində yerləşir. Dəmiraparançayının sol qolundakı Tufançay Tufangöldən qidalanır. Belə ki, gölün səviyyəsindən bir qədər aşağıdan, dağın guney yamacında heç bir buzlaq və bulağın olmadığı yerdən gölün suyu sanki dağın döşünü yararaq axır və Tufançayın mənbəyini əmələ gətirir. Tufangölə Qubanın Xınalıq kəndindən və Qəbələnin Laza kəndindən getmək mümkündür. Qəbələnin Laza kəndindən gölə getmək nisbətən asandır və məsafə yaxındır. Xınalıq kəndindən getdikdə isə əvvəlcə Tufandağ zirvəsinə (4191 metr) çıxmaq, sonra gölə enmək mümkündür. Bu iki kənddən başqa Şahyaylağından da Tufangölə qalxmaq mümkündür. Tufangöldən şimal-qərb istiqamətində bir neçə gölün yanyana olduğu Turfan gölləri vardır ki, onlar da çox ecazkar və mənzərəli ərazidə yerləşir.
Tufangöl | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3277 m |
Eni | 0,125 km |
Uzunluğu | 0,16 km |
Sahəsi | 0,01 km² |
Həcmi | 0,00011 km³ |
Dərin yeri | 5,6 m |
Şəffaflığı | 2 m |
Yerləşməsi | |
41°09′59″ şm. e. 47°57′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşməsi |
Qəbələ rayonu (Azərbaycan) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |