UCA

sif.
1. Yüksək, hündür. Uca boy. Uca bina. Uca ağac.
– Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət.
Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar.
Boyu ucadı, çox ucadı. C.Məmmədquluzadə.

// Ucaboylu, boylubuxunlu. Uca oğlan. Uca kişi.
– Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adam. C.Məmmədquluzadə.

// Çox hündürdə, çox yüksəkdə yerləşmiş. Uca yer. Uca ulduzlar. Dağlıq rayonun ən uca kəndi.
// is. Uca yer.
Çıxım gədiklərnən, izin izləyim; Ucalardan alçaqları gözləyim. Koroğlu”.

2. məc. Yüksək, ali, ülvi.
…Min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsileyitəbinə hərəkət versə, daha [gözəl] olmazdımı? F.Köçərli.
Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq.

3. Yüksək, yuxarı, zil; ucadan, bərkdən. Günorta idi.
Müəzzin uca səslə azan verirdi. Çəmənzəminli.
[Böyükxanım] axırda uca səslə ağlayaraq… durub genə əlini Rzaquluxanın çiyninə qoyub deyirdi. M.S.Ordubadi.

◊ Özünü uca tutmaq – təkəbbür satmaq, başqalarına xor baxmaq, özünü hamıdan yüksək saymaq.
[Sərdar Rəşid] özünü çox uca tutur. M.S.Ordubadi.

Uca tutmaq – yüksək tutmaq, yüksəklərə qaldırmaq, şərəfləndirmək.
[Hidayət Mürşidə:] İnsanlıq ləyaqətini uca tutduğunuza görə sizə təşəkkür edirəm. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UCA 1. UCA Amma [günəşin] şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü (S.S.Axundov); ALI Hülaku xan paytaxtı Təbriz şəhərində ali bir imarət tikdirdi (A
  • UCA hündür — yüksək — qəlbi
  • UCA gur — bərk
  • UCA hörmətli — möhtərəm

Antonimlər (əks mənalı sözlər)

  • UCA UCA – ALÇAQ Alçaq uçan ucaya qonar (Ata. sözü). UCA – GÖDƏK Biri boyda gödəkdi, biri xeyli ucaydı (M

Etimologiya

  • UCA Rus dilindəki таз sözünün mənasını tatar dilinə oça kimi tərcümə edirlər. Крестец sözü oçabaşı kimi tərcümə olunur
UC-BUCAQSIZ
UCABOY

Digər lüğətlərdə