YAD

sif.
1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək.
– Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, … yad kişilərin də yanında ayaqları çılpaq dolanır. C.Məmmədquluzadə.

// İs. mənasında.
Yadlar buna nə deyərlər? Yadları özünə güldürmə! – Bağrımı yandırdın oda; Sirr sözümü vermə yada. Aşıq Ələsgər.
Taleyim belədir.
Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür… Mənim … doğma atam ayağımdan çəkir. Mir Cəlal.

2. Öz vətəni, yeri olmayan; yabançı. Yad şəhər.
– Yad ölkədi, düşmən çoxdu; Ərəb atı mən istərəm. Koroğlu”.
[Sona] Sən bu yad yerdə, yad adamın yanına niyə gəlibsən?! M.F.Axundzadə.
Rüxsarə tənha olaraq bu qaranlıq vaxtda bu yad evə göndərildiyinin mənasını özünə aydın edə bilmirdi. S.Rəhimov.

3. Ruhca, mahiyyətcə, görüşcə uzaq olan, zidd olan, hər hansı bir səbəbə görə yaxın ola bilməyən; yabançı. Bizə yad görüşlər.
– İsmayılzadə təbiətən, diplomatik hiylələrə yad bir adamdı. M.Hüseyn.

□ Yad olmaq – təbiətinə, xasiyyətinə uyğun olmamaq, uzaq olmaq, heç bir münasibəti olmamaq.
Mənə heç vaxt yad olmadı; Sevinciniz, qəminiz; Xəyallarla nəfəs alan; Cavanlıq aləminiz. B.Vahabzadə.

4. məc. Düşmən mənasında.
Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı… Aşıq Ələsgər.
…Dostun da sirrini yada vermək namərdlikdir. C.Məmmədquluzadə.
Yadların onda kəsilsin nəfəsi; Bürüsün hər tərəfi nəğmə səsi. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAD I YAD (məlum olmayan, tanınmayan) [Adilə:] Pah atonnan, elə bil yad adamıq, qaraçı köçündən qırılıb qalmışıq (Ə
  • YAD yabançı
  • YAD özgə — kənar
  • YAD hafizə

Omonimlər

  • YAD YAD I is. [ fars. ] Hafizə. Hərdən düşür mənim də; Məktəb illərim yada (Ə.Cəmil). YAD II sif. [ fars

Antonimlər (əks mənalı sözlər)

  • YAD YAD – YAXIN Necə söyləyəsən yaxına, yada; Belə oyunlardan kar aşarmı heç?! (H.Hüseynzadə). YAD – YERLİ Yad üzü görməsin sürfəmiz gərək (S

Etimologiya

  • YAD Yad adam birləşməsində öz sözümüzdür, yaddaş sözündəki isə fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
YAD
YADDAŞ

Digər lüğətlərdə