AŞKAR

AŞKAR – XƏLVƏT Bu aşkar bir mətləbdir; bəyana ehtiyacı yoxdur (C.Məmmədquluzadə); Mən gərək sözümü Axund ağaya xəlvət deyim (Ə.Haqverdiyev).

AŞAĞI
AŞNA
OBASTAN VİKİ
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Aşkarlıq Aynasında (1989)
Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Aşkarlıq aynasında (film, 1989)

Aşkarsızlıq şəraitində... (film, 1986)
Aşkarsızlıq şəraitində… filmi rejissor Fərhad Yusifov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Filmdə əsas rolları Çingiz Şərifov,Fərman Abdullayev, Nail Əliyev, Faiq Sücəddinov, Vyaçeslav Həsənov, Xerardo Kontrares, Dinarə Yusifova, Rasim Rəhimov və Bayandur Mehdiyev ifa edirlər. == Məzmun == Film oğurluq məqsədilə adam öldürmüş təhlükəli cinayətkar qrupun işilə bağlı 1986-cı ilin may ayında keçirdiyi 18/34814 nömrəli cinayət işinin istintaq eksperimentinin sənədli kadrları ilə başlayır. Filmdə söhbət hüquq təcrübəsində aşkarsızlıq adlanan cinayətdən gedir… Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir.
Müdaxilənin aşkarlanması sistemi
Müdaxilənin aşkarlanması sistemi– kompüter sisteminə və ya şəbəkəyə icazəsiz giriş faktlarını aşkarlamaq üçün nəzərdə tutulmuş proqram və ya aparat vasitəsi. Hər hansı aşkar edilmiş fəaliyyət və ya pozuntu adətən bir administratora bildirilir. == IDS arxitekturası == Adətən, IDS arxitekturasına aşağıdakılar daxildir: sensor altsistemi – təhlükəsizliklə əlaqəli hadisələr haqqında verilənləri toplayır; analiz altsistemi – sensor məlumatları əsasında hücumları və şübhəli hərəkətləri aşkarlayır saxlanc – ilkin hadisələrin və analizin nəticələrinin toplanmasını təmin edir; idarəetmə konsolu – IDS-lə qorunan sistemin və IDS-in öz vəziyyətini müşahidə etməyə, analiz altsisteminin aşkarladığı insidentləri nəzərdən keçirməyə, IDS-i konfiqurasiya etməyə imkan verir. == Müdaxilənin qarşısının alınması == Müdaxilənin qarşısının alınması – müdaxilənin qarşısını alır və ya onun uğurlu olmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Honeypot, ildırımötürmə sistemləri– lighting rod systems, karantin sistemləri – quarantined faux systems, aldatma sistemləri – deception toolkits, tənha hücrə – padded cell (ing. psixiatriya xəstəxanasında keçə ilə üzlənmiş palatanı bildirir) kimi vasitələrlə həyata keçirilə bilər. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.

Digər lüğətlərdə