ALDATMAQ
ALƏMŞÜMUL
OBASTAN VİKİ
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. == Həyatı == Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372-ci (miladi 982–983-cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142–145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
II Aləm Şah
II Aləm Şah (25 iyun 1728 və ya 1728, Köhnə Dehli[d] – 19 noyabr 1806 və ya 1806, Dehli) — Böyük Moğol İmperiyasının XVII padşahı.
Tarixi-aləm arayi-Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. == Nəşrləri == Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Tarix-i aləm ara-yi Əmini

Tarix-i aləm aray-i Abbasi
Tarixi-aləmarayi-Abbasi, Tarix-i aləmara-yi Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Tarix-i aləm aray-i Əmini

Şelkunçik və dörd aləm (film, 2018)
Şelkunçik və dörd aləm (ing. The Nutcracker and the Four Realms) — Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı və Pyotr Çaykovskinin "Şelkunçik" baleti əsasında çəkilmiş və 2018-ci ildə çıxarılması gözlənilən ABŞ filmidir. Film, Aşli Pauell tərəfindən yazılmış ssenari əsasında Lasse Hallström tərəfindən çəkilmişdir. Filmdə Makkenzi Foy, Kira Naytli,Helen Mirren və Morqan Friman rol almışdır. Filmin Walt Disney Pictures tərəfindən 2 noyabr 2018-ci ildə çıxarılması planlaşdırılır. == İstehsal == Layihə haqqında ilk dəfə 4 mart 2016-cı ildə məlumat verilmiş və bildirilmişdir ki, klassik nağılların ekranlaşdırılması layihəsi çərçivəsində Disney Lasse Hallströmun rejissorluğu ilə "Şelkunçik və dörd aləm" adlı film istehsalını planlaşdırır. Filmin ssenarisi Aşli Pauell tərəfindən Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı əsasında yazılmışdır. 27 iyul 2016-cı ildə Makkenzi Foyun filmdə əsas personaj olan Klara obrazını canlandıracağı elan edilmişdir. ABŞ balerinası Misti Kopelend Instagram hesabı vasitəsiylə layihəyə qoşulduğunu bildirmiş və filmdəki yeganə rəqs səhnəsində əsas balerina rolunu canlandıracağını qeyd etmişdir. 29 iyul 2016-cı ildə "Variety" jurnalı Morqan Frimanın filmn aktyor heyətinə qoşulduğu haqqında xəbər yaymışdır.
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. == Həyatı == Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. == Əsərləri == Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Aləm-i Nisvan
Aləm gözəl (ablom)
Aləm gözəl (albom)
Bəzmi-aləm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Bəzmi-aləm Validə Sultan

II Aləmgir Şah
II Aləmgir Şah (6 (16) iyun 1699, Multan, Britaniya Hindistanı – 29 noyabr 1759, Böyük Moğol imperiyası) — Böyük Moğol İmperiyasının XV padşahı.
Kitablar aləmində (jurnal)
Zəka – elmi-publisistik, ədəbi-bədii jurnaldır. Azərbaycan Respublikası Mətbuat Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə nəşri olub. == Tarixi == 1992-ci ilə qədər "Kitablar aləmində" adı ilə nəşr olunub. Jurnala İsrafil Nəzərov, Sabir Tarverdiyev, Səyadulla Kərimli kimi Azərbaycanın tanınmış jurnalist-yazıçıları baş redaktorluq edib. 1992-ci ildən "Zəka" adı ilə buraxılıb. Bilavasitə, həmin jurnalın davamçısıdır. Lakin o öz sələfindən məxsusi məzmun və mündəricəsinə, işıqlandırdığı məsələlərin əhatə dairəsinə, aktuallığına, elmi sanbalına görə xeyli fərqlənmişdir. Jurnalda Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək publisistik materiallara daha çox üstünlük verilmişdir. "Zəka" jurnalının bu müddət ərzində (1992-2006 və 2009 - cu illər) baş redaktoru yazıçı-publisist Səyadulla Kərimli olub. == Ədəbiyyat == 1."Kitablar aləmində" jurnalının 1965–1980-ci il nömrələri.
Kür-Araz ovalığının heyvanat aləmi
Lənkəran zonasının heyvanat aləmi
Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. == Haqqında == Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; == Qırmızı kitab == Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Polad Aləmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Qanıx-Həftəran vadisinin heyvanat aləmi
Sianobiontlar aləmi
Sianobiontlar aləmi və Cyanobionta — bu qrupa aid olan orqanizmlər əvvəllər "göy-yaşıl yosunlar" adlanırdı. Ancaq canlı orqanizmlərin ümumi iyerarxiyasında sianobiontlar (hüceyrənin nüvəsi yoxdur, buna görə də onlar prokariotlara — nüvəsizlərə daxil edilir) yosunlara nisbətən aşağı və mikroblara nisbətən (daha mürəkkəb struktur və fotosintez zamanı molekulyar oksigeni ayırma qabiliyyəti və rəngi şərtləndirən piqmentlərin olması) yüksək pillədə durur. Bu orqanizmlərin xüsusiləşmiş nüvəsi olmayan nisbətən sabit hüceyrə forması olur. Sianobiontlar aləmi arasında həm tək, həm də kolonial formalar rast gəlirlər. Sonuncular adətən ümumi selikli qişa ilə örtülmüş olur. Selikdə, habelə orqanizmin özündə və ya onun səthində karbonatların toplanması baş verə bilər ki, bu da qalın əhəndaşı qatlarının (stromatolitlər və b.) əmələ gəlməsinə səbəb olur. Bir neçə piqmentin (xlorofil, fikosian, fikoeritrin və karotin) olması göy-yaşıl və ya çəhrayı, sarı və ya tamamilə qara rəngi müəyyən edir. Sianobiontlar aləmi Yer tarixində sərbəst oksigen ayıran ilk orqanizmlərdir. Hazırda sianobiontlar aləmi şirinsulu və dəniz hövzələrində məskunlaşır, duzluluğun kəskin dəyişməsinə dözə bilirlər; çoxları quruda (torpağın içində və səthində, daşların üzərində, takırlarda, səhralarda və b.) yaşamağa uyğunlaşmışdır. Dənizlərdə, fotosintezlə əlaqədar olaraq, sianobiontlar aləmi əsasən dayazsulu sahələrdə yayılmışdır.
Sultan Övrəngzeb (Aləmgir)
Sultan Övrəngzib (Aləmgir) (Farsca: اورنگزیب عالمگیر Öwräŋzib Ālâmgir; 3 noyabr 1618[…], Dahod[d] – 3 mart 1707[…], Əhmədnaqar) — Böyük Moğol imperiyasının imperatoru. == Həyatı == Övrəngzibin (Aləmgirin) 1707-ci ilə qədər sürən səltənəti dövründə imperatorluq ən geniş sərhədlərinə çatdı və Hindistan tamamilə Türk hakimiyyəti altına girdi. Taxt-tac qovğasına girişən qardaşlarını aradan qaldırdı. Övrəngzib Türk və müsəlman dünyası ilə yaxşı əlaqələr yaratmış, qonşuları ilə əsaslı bir anlaşılmazlığı olmamışdır. Xalqdan alınan vergiləri azaltmış, nizam-intizamı və əmin-amanlığı təmin etmişdi. Yəmən imamına, Həbəşistan hökmdarına gümüş və qızıl pulla kömək göstərmişdi. Ancaq onun zamanında Hindistan ticarətinə ingilislərdən sonra hollandlar da əl atmış, Qucarat limanlarında onlara da bəzi imtiyazlar verilmişdi. Ölkəsində getdikcə çoxalan xarici şirkətlərin istismarçılıq xətti yeritmələrindən narazıydı, amma özünün ticarət gəmilərini hind okeanındakı dəniz quldurlarından ingilislər qoruduqları və Hindistanın iqtisadi mənafeləri onlarla xoş rəftarı zəruri etdiyi üçün gömrük vergilərini bir az artırmaqdan başqa bir iş görə bilmədi. Ən böyük nöqsanı Türküstandan kifayət qədər Türk əsgəri gətirməməsidir. Çünki Türküstan əsgərləriylə həm hindli çoxluğun təzyiqinə, həm də ölkəni ələ keçirməyə çalışan qərblilərə qarşı daha güclü və uğurlu mübarizə apara bilərdi.
Sultan Övrəngzib (Aləmgir)

Tarixe-aləmaraye-Abbasi
Tarixi-aləmarayi-Abbasi, Tarix-i aləmara-yi Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Övrəngzeb Aləmgir
Sultan Övrəngzib (Aləmgir) (Farsca: اورنگزیب عالمگیر Öwräŋzib Ālâmgir; 3 noyabr 1618[…], Dahod[d] – 3 mart 1707[…], Əhmədnaqar) — Böyük Moğol imperiyasının imperatoru. == Həyatı == Övrəngzibin (Aləmgirin) 1707-ci ilə qədər sürən səltənəti dövründə imperatorluq ən geniş sərhədlərinə çatdı və Hindistan tamamilə Türk hakimiyyəti altına girdi. Taxt-tac qovğasına girişən qardaşlarını aradan qaldırdı. Övrəngzib Türk və müsəlman dünyası ilə yaxşı əlaqələr yaratmış, qonşuları ilə əsaslı bir anlaşılmazlığı olmamışdır. Xalqdan alınan vergiləri azaltmış, nizam-intizamı və əmin-amanlığı təmin etmişdi. Yəmən imamına, Həbəşistan hökmdarına gümüş və qızıl pulla kömək göstərmişdi. Ancaq onun zamanında Hindistan ticarətinə ingilislərdən sonra hollandlar da əl atmış, Qucarat limanlarında onlara da bəzi imtiyazlar verilmişdi. Ölkəsində getdikcə çoxalan xarici şirkətlərin istismarçılıq xətti yeritmələrindən narazıydı, amma özünün ticarət gəmilərini hind okeanındakı dəniz quldurlarından ingilislər qoruduqları və Hindistanın iqtisadi mənafeləri onlarla xoş rəftarı zəruri etdiyi üçün gömrük vergilərini bir az artırmaqdan başqa bir iş görə bilmədi. Ən böyük nöqsanı Türküstandan kifayət qədər Türk əsgəri gətirməməsidir. Çünki Türküstan əsgərləriylə həm hindli çoxluğun təzyiqinə, həm də ölkəni ələ keçirməyə çalışan qərblilərə qarşı daha güclü və uğurlu mübarizə apara bilərdi.
Şahzadə Aləmşah
Şahzadə Aləmşah (1477, Amasya ili – avqust 1503, Manisa ili) — 8-ci Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Aləmşah 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. 1480-ci ildə babasının əmriylə İstanbula gətirilmiş, qardaşları Əhməd, Qorqud, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə sünnət edilmişdir. 1490-cı ildə Mentəşə, 1502-ci ildə isə Manisa sanqcaqbəyliyinə təyin edildi. Bütün bu təyinatları boyunca anası Gülruh Xatun da onunla birlikdə vəzifə yerinə göndərilmişdir. Gülruh Xatunun oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərir. Qeyd edildiyi üzrə Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi.
Əfsanələr aləmində (film, 1975)
== Məzmun == M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri ifasında Fikrət Əmirov və Qara Qarayevin üç baleti göstərilir. == Film haqqında == == Filmin heyəti == === Film üzərində işləyənlər === Bəstəkar: Fikrət Əmirov, Qara Qarayev Librettonun müəllifi: Qəmər Almaszadə, Nelya Nəzirova, P.Qusyeva Xoreoqrafiyanın müəllifi: Qəmər Almaszadə, Nelya Nəzirova, P.Qusyeva Quruluşçu rejissor: Gennadi Babuşkin Quruluşçu operator: B.Dunayev Redaktor: B.Jivoqlyadov Filmin direktoru: İ.Rudakova === Rollarda === 1. Fikrət Əmirov "Şur" (balet üzrə kompozisiya) Quruluş: Qəmər Almaszadə Qız: Çimnaz Babayeva Oğlan: Vladimir Pletnyov 2. Qara Qarayev "Yeddi gözəl" (baletdən səhnə və vals) Quruluş: P.Quseva Bəhram şah: Vladimir Pletnyov Gözəllər gözəli: Çimnaz Babayeva 3.
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir. İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir. == Festivalın məqsədi == Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması. == I — 2009 == === Muğama həsr olunmuş beynəlxalq elmi simpozium === 2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur. Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir. Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər.
Aləmdar
Ələmdar — kişi adı. Polad Ələmdar Bu adı olan tanınmış şəxslər Ələmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professor Yaşayış məntəqələri Ələmdar — Hadişəhrin digər adı.

Digər lüğətlərdə