ASİMAN
ASLAN
OBASTAN VİKİ
Aslan ovu
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Aslan qalası
Aslan qalası — Xocalı rayonu Xanabad kəndi ərazisizində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qala tarixi mənbələrdə həm də Şikakar adı ilə qeyd edilir. Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində xatırlanır. Xaçın çayının sağ sahilində yerləşən Aslan qalası Xoxanaberd və Qaxaç qalaları ilə birlikdə Xaçın ərazisi ətrafında güclü müdafiə tikililəri halqası yaradır. Aslan qalasının içqalası yaylanın sol yamacında, uzun burun üzərində inşa edilmişdir. == Tarixi == Xaçın bölgəsindəki ən əlçatmaz qalalardan biri olmasına baxmayaraq, Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində 821-ci ilə aid hadisələrlə əlaqədar xatırlanır. Kalankatlı yazır: Yepiskop Makar Marxudaryants qala ərazisindın topladığı epiqrafik məlumatlar əsasında onun tarixi haqqında daha dəqiq məlumat verərək yazır: “Şikakar qalası kifayət qədər qədim tarixə malikdir...Böyük Həsən onu sahiblik ərazisi və nəsil qəbirsanlığı kimi Smbat adlı knyaza bağışlamışdır.” Abidəni müasir dövrdə tədqiq etmiş Ş. Mkrtmyan qeyd edir ki, qala ərazisində indi də kənd tipli qədim yaşayış yeri, iki böyük qəbirsanlıq və iki kilsənin xarabalıqlarını müşahidə etmək mümkündür.
Aslan İlyasov
Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan, Azərbaycan SSR – 20 dekabr 2013, Bakı, Azərbaycan) — azərbaycanlı qarmon ifaçısı. == Həyatı == Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub. 2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı" rəqsi ilə də tanınmışdır. Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. Onun 20-yə yaxın bəstələdiyi rəqslər vardır İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb. 20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Aslan İsmayılov
Aslan Ziyəddin oğlu İsmayılov (20 fevral 1958, Qardabani) — azərbaycanlı hüquqşünas. == Həyatı və fəaliyyəti == Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub. 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib. 1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib.
Aslan İzrailov
Aslan İzrailov (17 oktyabr 1977, Tazen-Kala[d], Çeçen-İnquş MSSR – 18 dekabr 2009, Vedeno rayonu, Çeçenistan) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, İkinci Çeçenistan müharibənin fəal iştirakçısı. Əmir (rəhbər) Vedeno və Naji-Yurt rayonlarının meşələrində fəaliyyət göstərən mobil mücahid qrupunun komandiri. Ləqəbi - "Savab" (ərəb. ثواب‎, rus. mükafat), təxəllüsü - Əmir "Savab". Milliyyətcə çeçendir. Sələfiliyin tərəfdarı olaraq tanınmışdır. == Bioqrafiyası == Aslan İsrailov 1977-ci il oktyabrın 17-də anadan olmuşdur. 2006-cı il iyulun 31-dən o, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208-ci (qanunsuz silahlı birləşmə təşkil etmə), 222-ci (qanunsuz olaraq silah əldə etmə və gəzdirmə) və 317-ci (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) maddələri ilə cinayətlərə görə federal axtarışda olur. Kadırovun sözlərinə görə, o, fəal şəkildə gəncləri silahlı təşkilat sıralarına cəlb edirdi.
Aslan Şirin
Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir. İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib. == Mükafatlar == Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aslan Şirinov

Aslan Əliyev
Aslan Elman oğlu Əliyev (23 sentyabr 2001; Hacıalılı, Göyçay, Azərbaycan — 7 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Əliyev 23 sentyabr 2001-ci ildə Göyçay rayonunun Hacıalılı kəndində dünyaya gəlib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aslan Əliyev Hadrutun azad edilməsində savaşıb. 7 noyabr 2020-ci ildə Xocavənd istiqamətində qəlpə yarasından həlak olmuşdur. Göyçayda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Aslan (ad)
Aslan — kişi adı, təxəllüs.
Aslan Abaşidze
Aslan İbrahimoviç Abaşidze (gürc. ასლან იბრაიმის ძე აბაშიძე; 20 iyul 1938, Batumi) - Gürcüstanın dövlət və siyasi xadimi, 1991-2004-cü illərdə Acarıstan Muxtar Respublikasının rəhbəri. == Həyatı == XVI əsrin sonlarından etibarən İslam dinini qəbul edərək Osmanlı İmperiyasının rəhbərliyi altında acarlara rəhbərlik edən Knyaz Abaşidzenin nəslindəndir. Yazıçı və tərcüməçi olan babası Memed Abaşidze 1918-1921-ci illərdə Acarıstanın ilk parlamentinin sədri olmuş ve Acarıstanın Gürcüstanın bir hissəsi olduğunu, türklərini hakimiyyətini qəbul etmədiyini bildirmişdi. 1938-ci ildə Memed Abaşidze vuruldu və oğlu İbrahim (oğlu Aslanın doğumundan iki ay əvvəl) həbs olundu və Sibirə sürgün edildi. Anası Şahəstər Bejanidze də Acarıstanın şimalında yaşayan aristokrat ailədən idi. Çətinliklərlə dolu uşaqlıq illərindən sonra orta məktəbi bitirən Aslan 1962-ci ildə Batumi Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini, 1984-cü ildə isə Tbilisi Dövlət Universiteti İqtisadi Planlaşdırma fakültəsini bitirmişdir. Buna baxmayaraq o, 1962-ci ildə odlu silah daşıdığına və zərərli vərdişlərinə görə iki il müddətinə azadlıqdan məhrum edilmişdi. Ali təhsilindən əlavə musiqi məktəbində oxumuş, peşə məktəbinə rəhbərlik etmiş, komsomol işi ilə məşğul olmuşdur. Məhz bu illərdə Aslan Gürcüstan SSR-nin peşə təhsili komitəsinin sədri olan - böyük qardaşı kimi qəbul etdiyi Eduard Şevardnadze ilə yaxından tanış oldu.
Aslan Qasımlı
Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) — == Həyatı == 1952-ci ildə Bakıda anadan olub. == Təhsili == 1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib. == Əmək əaliyyəti == 1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib.
Aslan Quliyev
Aslan Quliyev (26 sentyabr 1957, Bilnə, Yardımlı rayonu) — azərbaycanlı yazıçı, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aslan Quliyev 1957-ci il sentyabrın 26-da Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Burada qonşu Vərgədüz kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1975–1977). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsilini qiyabi davam etdirmişdir (1978–1983). Bilnə kənd səkkizillik məktəbində müəllim (1980–1984), 183 saylı Yardımlı peşə məktəbində riyaziyyat müəllimi (1984), orada rayon şahmat məktəbinin direktoru (1984–1989), Yardımlı Müəllimlər Evinin direktoru (1989–1991), Yardımlı rayon xalq təhsili şöbəsində inspektor (1991–1992), orada gənc texniklər stansiyasının direktoru (1992–1996) işləmişdir. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Ədəbi yaradıcılığa 80-ci illərdən başlamışdır. Dövri mətbuatda kiçik hekayələrlə çıxış edir. "Bahar küləkləri" (1987), "Serjant mülki geyimdə" (1996), "Yolun sonu", "Yazıçının savaşı", "Sonuncu", "Ağrı", "İsti və soyuq torpaqlarda" adlı nəsr kitablarının müəllifdir. Ümumilikdə Bakıda 15, Türkiyədə 5 nəsr kitabı çap olunub.
Aslan Qəhrəmanlı
Qəhrəmanlı Aslan Qəhrəman oğlu (14 sentyabr 1939 – 20 yanvar 2014) — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Universitetinin rektoru (2011-2012). == Həyatı == Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir.
Aslan Qəhrəmanov

Aslan Rzayev
Aslan Süleyman oğlu Rzayev (21 yanvar 1995, Maştağa – 13 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Rzayev 1995-ci il yanvarın 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Ailəli olub və bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Aslan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Rzayev oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aslan Rüstəmov
Aslan Mahmud oğlu Rüstəmov (23 sentyabr 1932, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Aslan Rüstəmov 23 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, Stroqonov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Aslan Rüstəmov 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltaraşın iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aslan Rüstəmov Azərbaycanda medal incəsənətinin banilərindən biridir. O, 1979-cu ildə Macarıstanda medal simpoziumunun iştirakçısıdır. Aslan Rüstəmov 1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə "Əjdahanı öldürən Bəhram Gur" fəvvarəsinin layihəsini hazırlamışdır. Heykəltaraş Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsinin müəllifidir. Aslan Rüstəmov 1963-cü ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır.
Aslan Salmanov
Aslan İsrafil oğlu Salmanov (5 aprel 1988, Tatalılar, Jdanov rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Salmanov 5 aprel 1988-ci ildə Beyləqan rayonunun Tatalılar kəndində anadan olmuşdur. == Hərbi xidməti == Aslan Salmanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Aslan Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aslan Salmanov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Salmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Salmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Aslan Sultanov
Sultanov Aslan bəy Kərbəlayi Hüseyn oğlu — Zəngəzur qəzasının mahal pristavı, Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı. == Həyatı == Aslan Sultanov 1888-ci ildə Zəngəzur qəzasının Qubadlı bölgəsində Hacılı kəndində anadan olmuş, ilk təhsilini kənddə əmisi oğlu Həsən bəyin müdir olduğu dördillik rus məktəbində almışdır. Sonradan Qori seminariyasını, ardından Rusiyada ali hərbi məktəb bitirmişdir. Böyük təşkilatçılıq qabiliyyətinə, fenomenal hərbi istedada malik olmaqla yanaşı, həm də fərd olaraq son dərəcə cəsarətə və döyüşkənliyə sahib Aslan bəy Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə Zəngəzur qəzasının mahal pristavı vəzifəsində çalışmışdı. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası Mərkəzi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun əmriylə Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilib. Ona verilmiş Fövqəladə Komissarın Mandatında yazılıb: "Bu mandat sahibi yoldaş A.Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilir. Azərbaycan Respublikası Mərkəzi Hakimiyyətinin nümayəndəsi kimi ona bu qəzaların ərazisində fövqəladə və məhdudiyyətsiz səlahiyyətlər, yəni vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəsi həbs eləmək, istintaqa cəlb etmək, həmçinin qurumların təşkili kimi hüququ verilir. Bütün partiya, təşkilatları, idarə və müəssisələr, hərbi təşkilatlar yoldaş Aslan Sultanovun əmrlərini sözsüz yerinə yetirməlidirlər. Onun əmrlərinə qarşı çıxan hər kəs dərhal həbs olunmalı və İnqilabi Tribunala verilməlidir".
Aslan Usoyan
Aslan Rəşidoviç (Raşoyeviç) Usoyan (gürc. ასლან უსოიანი, rus. Асла́н Раши́дович Усоя́н; 28 fevral 1937, Tbilisi – 16 yanvar 2013, Moskva) — kürd və yezid əsilli SSRİ və Rusiya cinayətkarı. Usoyanın təsiri postsovet məkanına və bir çox Qərbi Avropa cinayət dünyasına yayılmışdır. "Ded Xasan" (rus. Дед Хасан, azərb. Həsən Baba‎) və "Deduşka" (rus. Дедушка, azərb. Baba‎) ləqəbləri ilə tanınır. Əməliyyat və media məlumatlarına görə, Ded Xasan — Qafqaz cinayətkar dəstələrinin lideri idi (xüsusilə "Tbilisi" və "Kürd" klanlarının), həmçinin də Rusiyanın ən güclü cinayətkar "avtoritetlərindən" və "qanuni oğrularından" biri idi.O Azərbaycan cinayət ailəminin şahı sayılan Lotu Quli adlı Nadir Səlifova ona sadiq olan idmançı Yapon ləqəbli Novruz Bayramovu onun bratvasina (qardaşlığına) verməsini istəyir.
Aslan Vəzirov
Vəzirov Aslan Fərhad oğlu (13 dekabr 1910, Zümürxan, Cavanşir qəzası – 27 iyun 1988, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (29.06.1945). == Həyatı == Vəzirov Aslan Fərhad oğlu 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub. Aslan Vəzirovun anası gənc qadın Ağca xanım Vəzirova 4-cü övladını dünyaya gətirərkən vəfat etmişdir. Həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də 40 gün ərzində 1912-ci ildə dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy İkinci dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür. Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafkaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928–30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir.
Aslan Xankişiyev
Aslan Əhədağa oğlu Xankişiyev (24 mart 1976, Qalaqayın, Sabirabad rayonu) — Ədalət Keşiyində qəzetinin təsisçi və baş redaktoru, MediaMaqnatTV.info saytının rəhbəri. == Həyatı == Aslan Xankişiyev 24 mart 1976-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində dünyaya gəlib. 1982-ci ildə orta məktəbə Qalaqayın kənd məktəbinə gedib. Sonra 1990-cı ildə təhsilini Bakıda BDU-nin nəzdində Fizika riyaziyyat və informatika Liseyində davam etdirib. 1993-cü ildə həmin liseyi fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr,1997–1999-cu illərdə isə magistr olaraq təhsil almışdır. Hər iki ixtisas dərəcəsini fərqlənmə ilə bitirmişdir. Həmin ildə aspiranturaya qəbul olunmuşdur.1995-ci ildən qeyd edildiyi peşə ilə məşğuldur. 1995-ci ildən jurnalist kimi fəaliyyət göstərir. 2001-ci ildən təsisçisi olduğu Ədalət keşiyində qəzetinin baş redaktorudur.
Aslan Xəlilov
Aslan Xası oğlu Xəlilov (d.14 fevral, 1962, Şamaxı rayonu, Azərbaycan SSR) - azərbaycanlı alim, tarixçi, tarix elmləri doktoru. == Həyatı == Aslan Xəlilov 14 fevral 1962-ci ildə Şamaxı rayonunda anadan olub. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş, 1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı müddətdə "Lenin təqaüdçüsü" olmuşdur. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1996-cı ildə Azərbaycan tarixçiliyində ilk dəfə olaraq 31 mart soyqırımı mövzusunda "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir monoqrafiyanın və 60-dan çox elmi-publisistik məqalənin müəllifidir. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə, 2007-ci ildə daha 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. == Ailəsi == Evlidir. İki övladı var.
Aslan adam
Aslan adam (alm. Löwen-Mann‎) — 1939-cu ildə Alman mağarası olan Hohlenstein-Stadeldə kəşf edilmiş fil sümüyündən hazırlanmış heykəldir. Almaniyada Ulm Muzeyində sərgilənir. == Haqqında == Zoomorf sənət nümunəsi, çaxmaq daşından olan bıçaqla mamont və fil sümüyündən oyulub hazırlanmışdır. Heykəlin Sol qolunda paralel və eninə oymalar var. == Tarixi == Hohlenstein-Stadel mağarasında 1937-ci ildə Robert Vetzelinin rəhbərliyi altında sistemli qazıntılar başladı. 25 avqust 1939-cu ildə geoloq Otto Völzinq tərəfindən yenidən qazıntılar aparıldı. Yalnız bir həftə sonra İkinci Dünya Müharibəsinin başlaması sahə işlərinin yarımçıq qalması və tapıntıların təhlilinin aparılmaması demək idi. Qazıntı xəndəkləri fil sümüyü tapılan torpaqla geri doldurulmuşdu. 2008-ci ildən mağarada növbəti qazıntılar aparılmışdır.
Aslan balığı
Aslan balığı (lat. Pterois) — Şüaüzgəclilər sinfinin Scorpaenidae fəsiləsinə məxsus balıq cinsi. Bu balıq cinsinin uzunluğu 20 sm-dən (P. andover, P. antennata) 38 sm-ə qədər (zebr aslan balığı) ola bilər. İndo—Sakit okeanı ərazisində geniş yayılmışdır.
Anar Aslan Oğlu Qocayev
Aslan bəy Səfikürdlü
Aslan bəy Ağalar bəy oğlu Səfikürdski (30 sentyabr 1881, Səfikürd, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1937, Bakı) — Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919), Xalqçı Partiyasının yaradıcısı, ilk və son sədri. == Həyatı == Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 1881-ci il sentyabr ayının 30-da Yelizavetpol qəzasının Səfikürd kəndində (indiki Goranboy rayonunda) anadan olmuşdur. Onun atası Ağalar bəy 1890-cı ildə vəfat etmiş və Aslan bəy kiçik yaşlarından anası Maytavan xanımın və əmilərinin himayəsində böyümüşdür. Aslan bəyin özündən kiçik iki qardaşı vardı. Doğma kəndlərində məktəb olmadığından Aslan bəy orta təhsil almaq üçün Gəncəyə gedir, qohumlarının evində yaşayaraq onların himayəsilə Gəncə klassik gimnaziyasına daxil olur və orta təhsilini 1901-ci ildə başa vurur. Həmin ildə Xarkov Universitetinin Hüquq fakültəsinə qəbul olunur. 1902-ci ildə öz xahişi ilə Rusiya Sankt-Peterburq Universitetinə köçürülür. O, Sankt-Peterburqda keçirilən inqilabi tələbə tətillərinə qoşulur və ona görə 1903-cü ilin mart ayında Universitetin professor-müəllimlərdən ibarət daxili nizam-intizam məhkəməsi şurasının qərarına əsasən yarım il müddətinə oradan xaric edilir. Onun bərpa edilməsi 1904-cü ilin yanvar ayının 20-də mümkün olur. Aslan bəy Səfikürdski azərbaycanlı tələbələrin təşkil etdiyi "Həmyerlilər" təşkilatının üzvü olmuşdu.
Aslan bəy Səfikürdski

Aslan bəy Vəzirov
Aslan bəy Vəzirzadə və ya Aslan bəy Vəzirov (tam adı: Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə; 6 yanvar 1898, Bakı – 1984, Bakı) — Cümhuriyyət tələbələrindən biri, azərbaycanlı mineraloq, kristalloqraf və professor. Azərbaycan SSR əməkdar elm xadimi, filatelist. Bir müddət Azərbaycan Filatelistlər Cəmiyyətinə rəhbərlik edib. == Həyatı == Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə 6 dekabr 1898-ci ildə anadan olub. 1915-ci ildə Bakı real məktəbini qızıl medalla bitirib Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutuna daxil olub. 1917-ci ildə orada baş verən hadisələrlə bağlı təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıdıb. Burada Hümmət partiyasına üzv olur. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə Avropaya təhsil üçün 100 tələbənin göndərilməsi ilə bağlı qanun layihəsi təqdim etdi. 1 sentyabr 1919-cu ildə qanun qəbul edilir və 1919–1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına 7 milyon rubl ayrılır.
Aslan bəy Vəzirzadə

Aslan qayası (poema)
Aslan qayası — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1938-ci ildə yazdığı poema. Əsərin məzmununu əfsanəvi və tarixi faktlar təşkil edir. Poema ilk dəfə "İnqilab və mədəniyyət" jurnalında (1938, № 4–5) dərc edilib. Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bəndlərin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır. == Məzmunu == "Aslan qayası" poeması Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutur. Poemada əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. Şair poemanı 1938-ci ildə qələmə alıb. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir.
Aslan sultan Şadlı
Aslan sultan Şadlı (Aslan sultan Binnətalı sultan oğlu Şadlı; d. ? - ö. ?) — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı. == Həyatı == Qraf Paskeviç şadlılar tayfasının rəhbəri, XX əsrin ikinci onilliyində Vedibasar mahalında erməni-daşnak işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ulu babası Aslan sultan Binnətalı sultan oğlu ilə görüşmək təşəbbüsündə bulunur. "O Vedibasarda məskunlaşan olduqca döyüşkən, əyilməz qarapapaqlar tayfası arasında Aslan sultanın böyük nüfuz sahibi olduğunu bilir, onun vasitəsilə qarapapaqları yola gətirmək istəyirdi". Aslan sultan 200 şadlı və 10 qarapapaq ağsaqqalı ilə Eçmiyədzində Paskeviçlə görüşüb rusların təbəəliyini qəbul edir. Paskeviçin yazdığına görə bu qarapapaqların üzlərindən ruslara itaətdən çox etibarsızlıq açıq oxunurdu. Aslan sultanın rus himayədarlığını qəbul etməsi müəyyən nəticələr verməyə başladı. V.Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı.
Aslan və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.
Aslan və iki öküz (film, 1970)
Aslan və iki öküz qısametrajlı cizgi filmi rejissor Ağanağı Axundov tərəfindən 1970-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. İttifaq və birlik mikromultiplikasiya filminin əsas ideyasını təşkil edir. == Məzmun == İttifaq və birlik mikromultiplikasiya-applikasiya filminin əsas ideyasını təşkil edir. == Film haqqında == Bu film "Kaleydoskop-71" Ümumittifaq kinoalmanaxının I sayına daxil edilmişdir. == Filmin üzərində işləyənlər == Əsərin müəllifi: Seyid Əzim Şirvani Ssenari müəllifi: Maqsud İbrahimbəyov Rejissor: Ağanağı Axundov Operator: Aleksandr Milov Rəssam: Nazim Məmmədov Bəstəkar: Oqtay Zülfüqarov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Aslan xan Dağıstani
Aslan xan Dağıstani — XVIII əsrin əvvəllərində Səfəvi məmuru. Şah Hüseynin (1694-1722) dövründə ləzgi mənşəli Kuhgiluyə (1702–1708) və Astarabad bəylərbəyi. 1708/09-cu ildə Astarabada vəzifəyə gəldi və vəzifəyə başladığı dövrdə Sayfca şəhərindən olan üsyançıların köməyilə yönləndirilən türkmənlərin hücumları ilə təhdid edildi. Xəbərdən həyəcanlı olan Səfəvi hökuməti daha sonra Aslan xanı 2 minlik qoşunla düşmənlə mübarizə aparmaq üçün göndərdi. Prof. Rudi Mateyə görə qardaşı Fətəli xan Dağıstaninin baş vəzir olaraq vəzifəyə gətirildiyi zaman vəzifədə qalması "ehtimal olunur". Oğlu Məhəmməd xan 1708/9-cu ildə Herat bəylərbəyi oldu. == İstinadlar == == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008.
Aslan İsmayılov (baş leytenant)
Aslan Əvəz oğlu İsmayılov (1 iyun 1993; Sarvan, Salyan, Azərbaycan — 9 oktyabr 2020; Daşkəsən, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Aslan İsmayılov 1993-cü il iyunun 1-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1999—2007-ci illərdə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində təhsil alıb. Bu məktəbdə 8 sinif oxuduqdan sonra təhsilini 2007—2010-cu illər aralığında Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Daha sonra isə 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2014-cü ildə oradan "leytenant" hərbi rütbəsində məzun olmuşdur. == Hərbi xidməti == Təhsilini başa vurduqdan sonra, yəni 2014-cü ildən İkinci Qarabağ müharibəsi başlayanadək Naxçıvan Muxtar Respublikası və Bakıda yerləşən hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun baş leytenantı olan Aslan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Hadrut və Murovdağ döyüşlərində savaşıb. Müharibə başlayan zaman o, Xüsusi Təyinatlı Qüvvələrin döyüş qrupunda xidmət edirdi. Oktyabrın 9-da içində Aslan İsmayılovun da olduğu xüsusi təyinatlı qrup Cəbrayılın Daşkəsən kəndində Ermənistan Ordusunun döyüş postu ilə qarşılaşır və aralarında atışma başlayır. Atışma zamanı baş leytenant Aslan İsmayılov aldığı güllə yarasından hadisə yerindəcə şəhid olur.
Aslan İsmayılov (hüquqşünas)
Aslan Ziyəddin oğlu İsmayılov (20 fevral 1958, Qardabani) — azərbaycanlı hüquqşünas. == Həyatı və fəaliyyəti == Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub. 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib. 1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib.
Aslan İsmayılov (inşaatçı-mühəndis)
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Krasnoselsk rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis == Həyatı == İsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir. A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir. O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır. İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub. A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib. Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır. Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır. == Ailəsi == Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Aslan İsmayılov (mühəndis)

Aslanbek Abdulhacıyev
Aslanbek Abdulhacıyev (12 aprel 1962, Germençuk[d], Çeçen-İnquş MSSR – 26 avqust 2002, Şali, Çeçenistan) — İçkeriyanın hərbi lideri, Çeçen İçkeriya Respublikasının silahlı qüvvələrinin briqada generalı. Budyonnovskdakı basqının təşəbbüskarlarından və liderlərindən biri. Çeçen müqavimətinin ilk on liderindən biri, gürcü-abxaz və hər iki Çeçenistan müharibəsinin iştirakçısı. == Bioqrafiyası == Aslanbek Abdulhacıyev Çeçen-İnquş MSSR Şali rayonunun Qermençuk kəndində Böyük Vətən müharibəsi iştirakçısı Saypi Abdulhacıyevin ailəsində anadan olmuşdur. Aslanbek orta məktəbi bitirərək sovet ordusunda xidmət edir. Ordudan tərxis olunduqdan sonra müxtəlif işlərdə çalışır. 1991-ci ildə Çeçen inqilabında, 1992-ci ildə Qafqaz Dağlı Xalqları Konfederasiyasının qüvvələrinin tərkibində Abxaziyadakı silahlı münaqişədə iştirak etmişdir. O, həmdə Çeçen İçkeriya Respublikasının "Briqada generalı" titulunu daşıyırdı. 1994-cü ilin noyabr ayından Dudayev tərəfindən silahlı qarşıdurma zamanı təyin edilmiş Şali və Vedeno rayonunun komendantı, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin səhra komandiri və Şamil Basayevin nümayəndəsi olur. 1995-ci ildə Budyonnovskdakı terror aktında iştirak etmişdir.
Aslanbek Arsayev
Aslanbek Arsayev (1966, Açxoy-Martan rayonu, Çeçen-İnquş MSSR) — Çeçen hərbçisi və dövlət xadimi, tanınmayan Çeçen İçkeriya Respublikasının Şəriət dövlət təhlükəsizliyi naziri, İçkeriya milli ordusunun bölmə generalı, ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinə komandanlıq etmişdir. Çeçen İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun silahdaşı olmuşdur. ÇİR-nIn ən yüksək mükafatlarına layiq görülmüşdür: "Millət şərəfi", "Xalq qəhrəmanı" və "Qroznı şəhərinin müdafiəçisi" medalı. == Bioqrafiyası == 1966-cı ildə Açxoy-Martan rayonu, Orexovo kəndində anadan olmuşdur (digər məlumatlara görə Şali şəhərində). O, milliyyətcə çeçendir. O, 1988–1991-ci illərdə Novosibirsk şəhərində Ali Polis Məktəbində təhsil almış, daha sonra Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1990-cı ildə ÇİR Daxili İşlər Nazirliyinin 6-cı idarəsinin böyük əməliyyatçısı vəzifəsinə keçir. ÇİR Silahlı Qüvvələrində 1994-cü ildən xidmət edir. Birinci Çeçenistan müharibəsi zamanı, əsas qərargahın üzvü olaraq Aslan Masxadovun komandanlığı altında döyüşür. Döyüş zamanı üç dəfə yaralanır.
Aslanov Novruz Məmmədqulu oğlu
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.

Digər lüğətlərdə