Azərbaycan Skautlar Assosiasiyası
Azərbaycan Skautlar Assosiasiyası — Azərbaycan skautlarını birləşdirən assosiasiya.
== Tarixi ==
Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir. Böyük Britaniyada "Qilverd Park" təlim mərkəzində Skaut üzvləri üçün təlim kurslarını başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. 2023-cü ilin 1-12 avqust tarixlərində Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında, 2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Küveytdə, Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda iştirak ediblər.
== Tədbirlər ==
Bakı 41-ci Dünya Skaut Konfransı
Bakı 13-cü Dünya Skaut Forumu
Wood Badge Layihəsi – Azərbaycan Skautlarının Ustadlıq Proqramı.Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir.