TUFAN

is. Çox şiddətli, küləkli qar və ya yağış; qasırğa, çovğun, boran, fırtına. Yox, bizim bağlarımız bunlara öyrəncəlidir; Dözəcək yellərə, tufanlara öyrəncəlidir. S.Rüstəm. Tufan həftələrlə davam etdi. S.Rəhimov. _Tufan qopmaq – tufan olmaq, tufan başlamaq. Tufan qopar, el ağlar; Çaylar daşar, sel ağlar; Qəriblikdə ölənin; Yasın tutar el, ağlar. (Bayatı). Əssə külək, qopsa da tufan yenə; Əyməyə əsla gücü çatmaz mənə. M.Ə.Sabir. // Tufanlı hava. Bu tufanda hara gedirsən? – Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun. // məc. Keşməkeş; ağır həyat təcrübəsi, ağır sınaq. [Əlikram Hidayətə:] Eşit bu tufanlardan dipdiri çıxmış kişini. B.Bayramov. ◊ Tufan qoparmaq (salmaq) – b a x qiyamət qoparmaq (“qiyamət”də). Koroğlu qayıtmaz, tufan salmasa; Cida işlətməsə, qılınc çalmasa. “Koroğlu”.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TUFAN 1. гроза, метель, буря, ураган; 2. потоп; ətraflı

Azərbaycanca-rusca lüğət

TUFAN I сущ. 1. буря: 1) ненастье, сопровождаемое сильным, разрушительным ветром, часто с дождем или снегом. ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

TUFAN qasırğa, çovğun, boran, fırtına; çılğın, mübariz. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TUFAN boran — fırtına — qasırğa — çovğun ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TUFAN TUFAN Qan içirəm, həzz alıram; Bu dünyanı mən salıram; Boranlara, tufanlara (S. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

TUFAN i. thunderstorm, storm; snowstorm; gale; ~ qaldırmaq / qoparmaq məc. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

TUFAN Çin dilindən keçib, əsli tayfun kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti) ətraflı

Author: Obastan; Publisher: Obastan