Azərbaycan dilinin izahlı lüğətində YAD sözün mənası. Толковый словарь азербайджанского языка.

bax yaddaş. _Yad edilmək – yada salınmaq, anılmaq, xatırlanmaq. Yad etmək (eləmək) – yadına salmaq, xatirə gətirmək, anmaq. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var? C.Məmmədquluzadə. Yad olunmaq – xatırlanılmaq, yada salınmaq, anılmaq. Yad(ın)da saxlamaq (tutmaq) – unutmamaq, daim xatırlamaq, hafizəsində saxlamaq. Bir şair sözünü yadında saxla; Bil ki, bu dünyada hünər qalacaq. S.Vurğun. Yada düşmək – hafizədə, yaddaşda yenidən canlanmaq, xatirə gəlmək; xatırlanmaq. Ac yadına düşməz, hər kim tox olur. Q.Zakir. Fikr etdikcə cümlə bir-bir keçənləri; Yadə düşər, yanar ciyər, ağlaram. M.V.Vidadi. Bayaq fikirləşdiyim sözlərin heç biri yadıma düşmədi. M.Hüseyn. Yada gəlmək – b a x yada düşmək. ..Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Yada salmaq (gətirmək) – hafizədə, yaddaşda canlandırmaq, xatirə gətirmək. Keçmişi yada salmaq. – Gedirəm, gəl ötür piyada məni; Qəlbində unutma, sal yada məni. Molla Cümə. Yaddan çıxmaq – hafizədən, yaddaşdan silinmək, unudulmaq. Yadında olmaq – xatirindən çıxmamaq, yadından çıxmamaq, unudulmamaq. [Çərkəz:] ...Ay Teybə, a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm. İ.Məlikzadə. Yadından çıxmaq – hafizəsindən silinmək; unutmaq. Bilmirəm haradan danışmaq istəyirdim, yadımdan çıxdı. C.Məmmədquluzadə. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev. // Yadımdadır şəklində – yadımdan çıxmamışdır, indi də hafizəmdədir, unutmamışam. ..Bu da yadımdadır ki, tayamızın dal tərəfində itimiz yuvaya nisbət bir deşik qayırmışdı. C.Məmmədquluzadə.
← YAD₁

sif. 1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar.

YADDAŞ →

is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə.

Həmin söz digər lüğətlərdə: