Azərbaycan dilinin dialektoloji lüğəti.

  • AĞMİR

    (Meğri) zəhər. – Ögey ana gətirey, südin içinə ağmir saley

    Tam oxu »
  • AĞNAĞAZ

    (Ağdam, Bərdə, Qazax, Şuşa, Tərtər) ehtiyac üçün üyüdülən azacıq taxıl ◊ Ağnağaz eləməx’ – azacıq taxıl üyütmək

    Tam oxu »
  • AĞNAĞIZ

    I (Basarkeçər) qısa söhbət. – Ay aşıx, ağnağızdan doydux, indi nağıla başda II (Qazax, Şuşa, Tovuz) bax ağnağaz

    Tam oxu »
  • AĞNAX

    (Ağdam, Bərdə, Qazax, Şəki, Şuşa) bax ağanax. – Bizim heyvannar hamısı bir sahat ağnaxda sərinniyillər (Bərdə)

    Tam oxu »
  • AĞNAMAX

    (Qazax, Zəngibasar) uçub tökülmək. – Öy ağneyif tökülör (Qazax)

    Tam oxu »
  • AĞNATMAX

    (Meğri) diyirlətmək. – Quzay yaməşdan uxarta daş ağnatmışam ki, üç utax tikar

    Tam oxu »
  • AĞNAZ

    (Cəbrayıl, Mingəçevir) bax ağnağaz

    Tam oxu »
  • AĞOUŞ

    (Sabirabad) ağımtıl

    Tam oxu »
  • AĞÖDDƏG

    I (İmişli) qorxaq. – Yap ağöddəg uşağmış sə:n oğlun II (Beyləqan) arıq, cansız, zəif

    Tam oxu »
  • AĞÖFGƏ

    (Göyçay) bax ağökbə

    Tam oxu »
  • AĞÖKBƏ

    (Kürdəmir) qorxaq. – O qədər ağökbədi ki, hər şeydən qorxur

    Tam oxu »
  • AĞÖTDƏG

    (Kürdəmir) bax ağöddəg I. – Bı qız yaman ağötdəgdi

    Tam oxu »
  • AĞRIX

    (Qazax) bax ağırrıx I

    Tam oxu »
  • AĞRIXÇI

    (Qazax) bax ağırıxçı

    Tam oxu »
  • AĞRIŞAĞ

    (Salyan) hədiyyə, sovqat. – Nənəm ağrışağın vırdı qoltuğuna, getdi qızı öyünə

    Tam oxu »
  • AĞRUZ

    (Əli Bayramlı) bax ağız 1

    Tam oxu »
  • AĞSAQQAL

    (Salyan) saman yığmaq üçün alət

    Tam oxu »
  • AĞSOĞALAĞI

    (Bolnisi) sarımsaqlı qatıqla ərinmiş yağın qarışığından ibarət yemək

    Tam oxu »
  • AĞSOĞLAX

    (Qazax, Şəmkir) bax ağsoğalağı. – Konluma yaman ağsoğlax tüşüf (Şəmkir)

    Tam oxu »
  • AĞSOL

    (Lənkəran) kiçik çay balığı adı. – Dünən çaydan ağsol tutdım

    Tam oxu »
  • AĞSOULAX

    (Qazax, Şəmkir) bax ağsoğalağı

    Tam oxu »
  • AĞSUL

    (Quba) dodaqların qıraqlarına çıxan yara

    Tam oxu »
  • AĞŞEŞƏ

    (Ağcabədi) üzüm növü adı. – Yayın orta:yı (orta ayı) ağşeşə əmələ:lir

    Tam oxu »
  • AĞTÜHLÜ

    (Qazax) qoyun. – O vaxt əysini ağtühlünün yağına, keçinin yağına salıf yandırerdılar, işıx olordu

    Tam oxu »
  • AĞURUX

    (Naxçıvan) bax ağırrıx 1, 2-ci məna. – Bö:un ağuruğumuz getdi Ayıdərəsi yaylağına

    Tam oxu »
  • AĞUŞ

    (Lənkəran) ağımtıl. – Xoşuma gəlmir, ağuz parçadu

    Tam oxu »
  • AĞUZ

    (Qubadlı) həddən artıq yetişmiş (meyvə) ◊ Ağuz olmax – yetişmək, yetişib ötmək. – Bizim bağda meyvələr lap ağuz olub

    Tam oxu »
  • AĞÜRƏG

    (Salyan, Şamaxı) qorxaq. – Qəfər ağürəg adamdu (Salyan)

    Tam oxu »
  • AĞVAT

    (Gədəbəy) ehtiyat. – İşi ağvatnan tutor bizim arvat

    Tam oxu »
  • AĞYAL

    (Quba) qoca (adam). – Ağyal lap əfəlləşib

    Tam oxu »
  • AĞZABOĞAZ

    (Ucar) ağzınadək, ağızbaağız. – İsdəkani ağzaboğaz suynan doldurdum

    Tam oxu »
  • AĞZABUĞUZ

    (Kürdəmir) bax ağzaboğaz

    Tam oxu »
  • AĞZIBİR

    I (Kürdəmir, Qazax) pəyə. – Qışda malı ağzıbirə salerıx (Qazax); – Quzıları ağzıbirə sal (Kürdəmir) II (Salyan) həbsxana

    Tam oxu »
  • AĞZIGÖHÇƏX’

    (Gədəbəy) məc. sirr saxlaya bilməyən. – Adamsıη, adam oğulsuη, ağzıgöhçəy adama söz demə hər adamıη yanında

    Tam oxu »
  • AĞZIQATIQLI

    (Göyçay) rəngi başqa, dodağı isə ağ olan (at)

    Tam oxu »
  • AĞZIMVAY

    (Borçalı, Tovuz) bax ağzıvay. – Ağzımvay adam bekara danışar; – Ağzımvayın biridi, onnan karvan vuran olmaz (Tovuz)

    Tam oxu »
  • AĞZISUYUX

    (Qazax) sir saxlamayan. – Mikeyil ağzısuyuğun biridi

    Tam oxu »
  • AĞZIVAY

    (Borçalı) aciz, əfəl. – Vəli Əli oğlu elə ağzıvay adamdı ki, gediv özünə bir iş tapammer

    Tam oxu »
  • AĞZIYALAX

    (Çənbərək) sirr saxlamayan. – Ağzıyalağ adama sir aşmağ olumu?

    Tam oxu »
  • AĞZIYAVAN

    (Cəbrayıl) sözünün təsiri olmayan, sözü ötməyən, hörmətsiz. – Birqədirimiz elə ağzıyavandı ki, heç kəs sözünə baxmır

    Tam oxu »
  • AĞZIYUXARI

    (Zərdab) körpə quzuları saxlamaq üçün qazılmış yer. – Əmrah, quzuları ağzıyuxarıya qoydunmu?

    Tam oxu »
  • AĞZİHAVALİ

    (Quba) sözükeçən, hörmətli. – U çux ağzihavali adama uxşiyadu

    Tam oxu »
  • AH

    (Meğri) qətrə, ən kiçik damla. – Şişex’ paçaxlıyannan əmceyinnən ah da çıxmır

    Tam oxu »
  • AHARRAMMAĞ

    (Bakı) yanmaq. – Ay səni görüm aharranasan!

    Tam oxu »
  • AHMIR

    (Zəngilan) minnət. – Sənin ahmırı: heç kim götüməz

    Tam oxu »
  • AXAR-BAXAR

    (Şəmkir) dağların döşü. – Kaηlının göycə axar-baxarı çox gözəl yaylaxdı

    Tam oxu »
  • AXAR-BAXARRI

    (Gəncə) mənzərəli. – Üştəpə çox axar-baxarrı yerdi

    Tam oxu »
  • AXARRAMAX

    I (Meğri) itiləmək. – Səlman axarradığı dəx’rə-baltanı kim axarrıyerdi? II (Meğri) yaş ağacı qurutmaq üçün kökün yanından qabığını hərləmə kəsmək

    Tam oxu »
  • AXARRATMAX

    (Gəncə) bir şeyi axar suda yudurtmaq. – Əti bir də çaya göndərif axarratdım

    Tam oxu »
  • AXBUR

    (Ordubad) bulaq. – Bizdə bulağa axbur deyəllər

    Tam oxu »