is. [rus. пиво] Arpa səmənisindən hazırlanan azspirtli köpüklü içki. Pivə mayası. Mayaotu pivəyə xarakterik və acıtəhər dad verir
is. [rus. пиво və fars. …xanə] Pivə satılan yer, dükan
is. Heyvan bədənində toplanıb yığılan yağ maddəsi və onun əridilmiş halda olan məhsulu. Mal piyi. Keçi piyi
[fars.] zərf 1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq. – Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək
bax piyada 3 və 4-cü mənalarda. Piyadaçı əsgər. – Piyadaçılar iyirmi kişi olardılar. S.Hüseyn
“Piyadalanmaq”dan f.is
məch. Atdan və s.-dən düşüb piyada getmək. [Adil və Aqil] bir ehtiram və üzr əlaməti olaraq, atdan düşüb piyadalandılar
is. 1. Piyada olma; piyadanın vəziyyəti. Piyadalıq dəliləri əldən-dildən saldı. “Koroğlu”. 2. məc. Biliksizlik, məlumatsızlıq, bilik cəhətdən kasıblıq
is. [fars.] Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. Su piyaləsi. – [Pəri Cadu:] Doldur piyaləni, anadan olandan indiyə kimi mən belə kefi görməmiş
sif. Gözləri iri və girdə. Piyaləgöz qız. – Biri qara dedi, biri alagöz; Bu, ceyrangöz dedi, o, piyaləgöz
[rus. пьяный] dan. Sərxoş, kefli. Adam var anlamır, danışır sözün; İçməmiş piyandı, itirib özün. Aşıq Ələsgər
“Piyləmək”dən f.is
f. Müalicə və b. məqsədlərlə bədənə və ya onun bir yerinə piy sürtmək, piy çəkmək. Uşağı piyləmək. – Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsi
“Piyləndirmək”dən f.is
f. Kökəltmək. □ Qarnını (göbəyini) piyləndirmək – çoxlu yağlı, qidalı şeylər yeyərək kökəlmək. [Paşa bəy Fərruxa:] Mən sənə ümidəm, sən də göbəyini pi
1. “Piylənmək”dən f.is. 2. Kökəlmə. Ev heyvanlarının piylənmə; yetişmə meyli bol yemlənmənin nəticəsidir
1. məch. Piy sürtülmək. 2. qayıd. Çox kökəlmək. Erkəklər piyləndi
“Piyləşmək”dən f.is. Alkoqolun təsirindən ürək əzələlərində piyləşmə əmələ gəlir ki, bu da fiziki işlə məşğul olmaq üçün çətinlik törədir
bax piylənmək 2-ci mənada
sif. 1. Kök, piyi olan. Piyli qoyun. 2. Yağlı, çox piyi olan. Piyli ət. 3. Tərkibində piy olan, piy vurulmuş
is. 1. Köklük, köklük dərəcəsi. Keçinin piyliliyi. 2. Yağlılıq, yağlılıq dərəcəsi. Ətin piyliliyi
sif. 1. Arıq, piyi olmayan. Piysiz quzu. 2. Yağsız, yavan. Piysiz ət
sif. Yağsızlıq, arıqlıq, yavanlıq. Ətin piysizliyi
is. [fr.] Tavana və ya divara bərkidilmiş elektrik lampaları örtüsü
[lat. plagium – oğurlanmış] Başqasının əsərini öz əsəri kimi vermə və ya müəllifi göstərilmədən başqasının əsərindən istifadə etmə; ədəbi oğurluq
[lat.] Plagiatla məşğul olan adam
is. Plagiatla məşğul olma (bax plagiat)
[lat. placatum – şəhadətnamə] Küçə və ya ictimai yerlərdə təbliğat, məlumat və ya reklam məqsədi ilə asılan qısa mətnli iri şəkil, böyük elan
is. Plakat çəkən rəssam. Plakatçıların sərgisi. // Sif. mənasında. Plakatçı rəssamlar
[lat. planus – səth] 1. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s
[fr.] Yuxarıya qalxan hava axınının köməyi ilə havada süzən motorsuz uçucu aparat
is. Planerçiliklə məşğul olan idmançı; planer pilotu. Bu vertolyotlardan əllərində çiçək dəstələri olan təyyarəçi, planerçi və paraşütdən qızlar düşdü
bax planerizm
[fr.] bax planerçi. [Reyhan:] Bir dəfə Şamxordan, planeristlər yarışından bizi Bakıya apardılar. Mir Cəlal
[fr.] Planerlərdə uçmaq işi, planer idmanı ilə məşğul olma
[fr. planeur və yun. dromos] Planerlərin durması və qalxması üçün meydança
[yun. planetes – dolaşan] Günəşin ətrafında fırlanan və Günəş işığının inikası ilə işıqlanan göy cismi; səyyarə
[yun.] 1. Qübbəvari ekranda planet və başqa göy cisimlərinin yerini və hərəkətini göstərən cihazlar sistemi, qurğu
“Planlamaq”dan f.is
f. dan. Planını çəkmək, planını almaq, planlaşdırmaq
“Planlaşdırılmaq”dan f.is
məch. Planı alınmaq, planı çəkilmək, planı tərtib edilmək. [Şirzad:] Məhsuldarlıq planlaşdırılarkən bütün imkanlarımız nəzərə alınmamışdır
“Planlaşdırmaq”dan f.is
f. 1. Tikinti, qurğu və s.-nin planını və ya layihəsini tərtib etmək, hazırlamaq, planlamaq. Binanı planlaşdırmaq
sif. Əvvəlcədən müəyyənləşdirilmiş plana əsasən həyata keçirilən, plan üzrə olan. Planlı təsərrüfat. Planlı təchizat
is. Bir şeydə plan olması, bir şeyin plana tabe olması; müntəzəmlik, sistemlilik, mütəşəkkillik
sif. Əvvəlcədən müəyyənləşdirilmiş plana əsaslanmayan, plan üzrə olmayan, plana tabe olmayan. Plansız tikinti
is. Planın olmadığı hal, plana uyğun gəlməmə, plan üzrə olmama; qeyrimüntəzəmlik, qeyri-mütəşəkkillik
[fr.] 1. geod. Çertyoj kağızını sərib üstündə işləmək üçün dördbucaq xüsusi taxta lövhə. Planşetlərin qar kimi ağ üzündə incə xətlərlə müxtəlif işarəl