is. 1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən
1. bax kaftar 2-ci mənada. [Fərzəli:] Görmürsən bu kaftarkusu, necə bu Alagöz qızın üstünə xoruzlanır? S
“Kaftarlaşmaq”dan f.is
f. dan. Qocalmaq, qocalıqdan siması dəyişmək, qocalıb əldən düşmək
is. dan. Qocalıq, qocalıb əldən düşmə
is. [ər.] Həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə
sif. [ər.] Kafura aid olan, tərkibində kafur olan
is. 1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s
top. dan. Yazılı kağızlar, yaxud lüzumsuz kağızlar. Qarı elə elədi ki, söhbət Mirzə Mustafanın başından fikrini dağıtdı, kağız-kuğuzunu yığışdırıb qoy
is. Kağız və qələmdən ibarət yazı ləvazimatı; kağız və qələm. [Sərvər Məşədi İbada:] Tez ol, bir kağızqələm götür! Ü
is. Nazik qabıqlı badam növü
is. dan. Heç bir ehtiyac olmadan çoxlu, müxtəlif kağızlar yazmaqla məsələnin həllini qəsdən uzatma; süründürməçilik, bürokratçılıq
sif. Nazik qabıqlı. Kağızı qoz. – Həvəslə dedi Bəhram: – Mən ancaq kağızı badam; Bir də hulu əkmişəm
“Kağızlamaq”dan f.is
f. Üzərinə kağız yapışdırmaq, kağız çəkmək. Divarları kağızlamaq
“Kağızlanmaq”dan f.is
məch. Üzərinə kağız yapışdırılmaq, kağız çəkilmək. Divarlar kağızlanmışdır
f.sif. Üzərinə kağız yapışdırılmış, kağız çəkilmiş. Kağızlanmış otaq
“Kağızlaşmaq”dan f.is
qarş. Məktublaşmaq, birbirinə məktub yazmaq. Çoxdandır onunla kağızlaşmıram. – [Əbdüləli:] Biz onunla kağızlaşırdıq
icb. Üzərinə kağız çəkdirmək, kağız yapışdırtmaq. Divarı kağızlatmaq
sif. Kağızı olan, əlində kağızı (rəsmi sənədi) olan (bax kağız 3-cü mənada)
is. dan. Kuryer. // Poçtalyon. Kağızpaylayana ixtiyar vermişik ki, müştərilərimizdən qabaqca bir şey almayınca onların jurnalını aparıb verməsin
is. Kağızlara, işin rəsmi cəhətinə həddindən artıq əhəmiyyət verən adam; rəsmiyyətçi (bax kağız 3-cü mənada)
is. Quru rəsmiyyətçilik, işin mahiyyətinə deyil, rəsmi cəhətinə həddindən artıq fikir vermə
1. sif. Kağızı olmayan (bax kağız 3-cü mənada). 2. zərf Kağızı, rəsmi sənədi olmadan, yaxud iltizamnaməsiz, qəbzsiz, dilindən kağız vermədən
is. məh. Qayalıqda, dağda təbii və ya süni oyuq; mağara. Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var çox dərin
sif. [ər.] dan. Başısoyuq, tənbəl, ağırtərpənən. Qaragözov ayağa qalxdı: – Elə bilirsiniz ki, müalicə işinə təkcə siz kahalsınız? Mir Cəlal
is. Çoxlu kaha olan yer (qayalıq, dağ və s.)
bax kahıllıq. Demə fərraşların kahallığından yolda dustaqların biri əkilibmiş. “M.N.lətif.”
is. bot. Yaşıl-ağımtıl yarpaqları və kökü çiy yeyilən kələməoxşar birillik tərəvəz bitkisi. Yavaş-yavaş dəyər, yetər ləzzətli, dadlı meyvələr; Gilasü,
sif. dan. Başısoyuq, tənbəl, ağırtərpənən, işə can yandırmayan
“Kahıllaşmaq”dan f.is
f. dan. Tənbəlləşmək, atilləşmək, ağırlaşmaq
is. dan. Başısoyuqluq, tənbəllik, atillik. □ Kahıllıq etmək – tənbəllik etmək, başısoyuqluq etmək, ərinmək
[ər.] bax kahıl. Kimə olsan müsahib, ey cahil; Olur əlbəttə tənbəlü kahil. Füzuli. Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli tamam; Tənbəlü kahilü bihim
is. [ər.] Qədim misirlilərdə, israillilərdə qeybdən xəbər verən ruhani
zərf [ər. kahin və fars. …anə] köhn. Kahin kimi, qeybdən xəbər verərcəsinə
is. Kahinin işi, peşəsi. // Qeybdən xəbər vermə iddiasında olma
is. [ər.] 1. Bütün dünya sistemi (Yer, göy, ulduzlar və b. varlıqların məcmusu). Günəş kainatda mövcud olan saysızhesabsız ulduzlardan biridir
is. [alm.] Malayya tutuquşusu
[isp.] 1. Toxumundan şokolad hazırlanan tropik bitki. Həmişəyaşıl tropik ağac olan kakao bitkisinin kənarı bütöv böyük yarpaqları vardır
[fars.] klas. bax kəkil. Gah yad zülfün eyləyirəm, gah kakilin; Bir fikri etməmiş, dilə fikri-digər gəlir
[lat.] bax maldili
[coğr. addan] Qırmızı desert şərabı
sif. 1. Dəyməmiş, yetişməmiş, göy. Kal yemiş. Kal tut. Kal alça. – [Hurizadın] …tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarp
is. Üzəri liflə örtülmüş, pambıq çiyidi
is. məh. Böyük şüşə qab, iri şüşə banka
is. 1. Dağılmış tikintinin qalığı, dağılmış yer; xarabalıq. Kənd yıxılsa, kalafasından məlum olar. (Ata