Nəsrullah Xan Kahardli
Nəsrullah xan Kahardli (1892-1938) — "Fani" təxəllüsü ilə Azərbaycanın, 14-cü əsr (Hicri şəmsi) şair, rəssam, heykəltaraş və növhə janrında yazan yazıçılarındandır ki, Rəzən şəhristanının Kahardkəndində dünyaya gəlmişdir. 1938-ci ildə, 46 yaşında ürək çatışmazlığından vəfat etmişdir.
آچولدئ چؤللَردَه چيچَك/Açıldi çöllərdə çiçək
نوباهار اوْلدئ آچوْلدي گَنَه چؤللَردَه چيچَك/Nobahar oldu açıldi yenə çöllərdə çiçək
هابولوت سَسلَه دئ اوَّلدَه منيمدور گؤبَه لَك/Habulut səslədi əvvəldə mənimdir göbələk
حاجيلئيلَكلريموز چيْخديْلا پروازَه تامام/Hacı leyləklərimiz çıxdıla pərvazə tamam
قيْرجانا- قيْرجانا يان ـ يان يئرييوْر قاز ، اؤردَهك/Qırcana-qırcana yan-yan yeriyir qaz, ördək
قازالاقلار هَرَه بير يئردَه سالوبلار لانا/Qazalaqlar hərə bir yerdə salıblar lana
ساغساغان قويروغونا باغلاديْ بيرجَه دؤگَجَك/Sağsağan quyruğuna bağladı bircə döyəcək
گؤر سيْغيْرچين چَكوري شاخ ـ ي صينوبردَه نَوا/Gör sığırçın çəkiri şax-i sinobərdə nəva
قاشلارون وَسمَهلييوب كَكليگ ، ايدوب ياخشيْ بَزَك/Qaşların vəsmələyib kəklik, edib yaxşı bəzək
اوْت بيتوب چؤلدَه ، چمنلَردَه اوْلوب چيشمَه روان/Ot bitib çöldə, çəmənlərdə olub çeşmə rəvan
چيْخدي اوْ نازلو ناخورچي گَنَه اَلدَه دَگَنَگ/Çıxdi o nazli naxırçi yenə əldə dəyənək
كَند ديلبرلَري چيْخدي قيْشيْن آستدان شادان/Kənd dilbərləri çıxdi qışın astdan şadan
ووردولار ناز ايلَه نازيك كمَرَه ييْرتيق اَتَك/Vurdular naz ilə nazik kəmərə yırtıq ətək
بيريسئ قلبيرئ گؤتدي چؤلَه گيتدئ اوْدونا/Birisi qəlbiri götdü çölə getdi oduna
بيريسي چَمرَلَهنوب ايْسلادي ايويندَه تَزَك/Birisi çəmrələnib islatdi evində təzək
جمع ايدوب كؤلفتيني كَرمَهني سَردئ گونئييَه /Cəm edib kölfətini kərməni sərdi güneyə
بيريسي دامدا سَروب چوْخلو قئييخ گؤزلوري تَك/Birisi damda sərib çoxlu qeyyix qözlüri tək
بيريسئ يوْخدو بيزووچي يايوْري چؤلدَه بيزوو/Birisi yoxdu bizovçu yayıri çöldə bizov
بيريسئ يوْخدو ساغونچي ساغوْري كندي اينَك/Birisi yoxdu sağınçi sağıri kəndi inək
بيرئ خامَه اگيرور گوندَه آلوْر ايككي شاهي/Biri xamə əridir gündə alır ikki şahi
بيرئ يوْرقان سَرييور گوندَه يئيَهر بيرجَه چؤرَك /Biri yorğan səriyir gündə yeyər bircə çörək
بيرئ ايگ اَلدَه دگيرمانا داغارجوخ دالدا/Biri ig əldə dəyirmana dağarcıq dalda
بيرئ ايپ بئلدَه كؤلؤنگ اَلدَه و دالوندا وَرَهك/Biri ip beldə külüng əldə və dalında vərək
بيريسئ دامدا گونئيدَه يامورو پالتارونو/Birisi damda güneydə yamuru paltarıni
بيريسئ ليفتَهسينئ بيتليرئ يانوندا كؤپَك/Birisi liftəsini bitliri yanında köpək
بيرئ آسموْش قازانو شام ايچو يونجا پيشيرور/Biri asmış qazanı şam üçün yonca pişirir
بيرئ ياتموْش يوْخودا بلكَه گؤرَه تاززَه چؤرَك/Biri yatmış yuxuda bəlkə görə tazə çörək
بيريسئ آجدو ز بس ايرتَهليدَن كرمَه ياپوپ/Birisi acdi əz bəs irtəlidən kərmə yapıb
بيريسئ توْخدو ياتوب ، بس كي يئيوب دادلو كؤتَك/Birisi toxdu yatıb, bəs ki yeyib dadlı kötək
ايشيدوبلَر كئ ايياققابي وار عالمدَه ولي/Eşidiblər ki ayaqqabı var aləmdə vəli
اؤزينو گؤرمييوب آديْني قوْيوبلار چؤستَك/Özünü görməyib adıni qoyublar çöstək
بيريسئ داغليْيوب و باغلوْري داب باني چاتون/Biri dağliyib və bağlıri dab bani çatın
بيريسئ زينت ايچون باشَه سالوْر كؤهنَه لَچَك/Birisi zinət üçün başə salır köhnə ləçək
بيرئ وورموش اَري سيْنميش باشيْ قانيْ تؤكولور/Biri vurmuş əri sınmış başi qanı tökülür
قوْيوب اوْ تالوقا شئيطان تورودان بير كؤلچَك/Qoyub o taluqa şeytan torudan bir kölçək
جمع اوْلوب قازياغي دَرماغا گيدوللَر قيزلَر/Cəm olub qazyağı dərmağa gedillər qızlar
هَرَهسئ بير ـ بير ايلَه ائيليري بير نوع هَنَك/Hərəsi bir-bir ilə eyliri bir növ hənək
بيرئ اوْينار بيرئ ييرلَر بيريسئ مئللاق اوچار/Biri oynar biri yirlər birisi məllaq uçar
اوستوخانلار قيْزار اوْل دَم كئ چالوللار كله نَك/Ostoxanlar qızar ol dəm ki çalırlar kələnək
. . . . .
هفته نامه « سينا » ( چاپ استان همدان ) شماره 159 ( 2 / 7/ 1387 ) Sina həftəliyi
رشیدی همدانی.گزیده اشعار نصرالله خان اصلانی
پرویز محمدی.