f. İstəyərək, xoşlayaraq, bəyənərək bir neçə adamın, şeyin arasından birini ayırmaq, seçmək. Sevib-seçdiyi qız
is. və sif. Sevən, vurğun, aşiq. [Oqtay:] Nəhayət, mən [Firəngizə] anladaram ki, mənim heç bir şeyim yoxsa, pak bir eşqim, sevici bir ürəyim … [var]
“Sevilmək”dən f.is
“Sevmək”dən məch. Mən bəxtiyar oldum, o zamandan ki sevildim. B.Vahabzadə
sif. 1. Mehriban, əziz, sevgili, istəkli. [İncə:] …Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli… C
sif. Sevilməyən, xoşa gəlməyən; cazibəsiz. Sevimsiz bir sima
is. Fərəh, şadlıq; sevinmə (kədər əksi). Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət
zərf Sevinə-sevinə, sevinərək, çox şad, fərəh içərisində. Sevincək daxil olmaq. Sevincək getmək. – Hamı sevincək ayağa qalxır
sif. və zərf Sevinc içərisində, fərəhli, şad. [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi
sif. Fərəhsiz, pərişan, məyusedici, qəmləndirici, kədərləndirici. Sevincsiz mənzərə
sif. Sevinc gətirən, fərəh oyadan, şad edən; fərəhləndirici, sevindirən, ürəkaçan, xoş. Sevindirici hal
“Sevindirmək”dən f.is
f. Sevinməsinə səbəb olmaq, şad etmək, fərəhləndirmək, şadlandırmaq. Şad xəbər hamını sevindirdi. – Tahirin bu cür düşüncəli və ciddi bir əda ilə danı
zərf Şad, çox razı halda, sevinərək, sevinc içində. Sevinə-sevinə getmək. Sevinə-sevinə oxumaq. – Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə
“Sevinişmək”dən f.is
qarş. Hamı birlikdə sevinmək, şadlanmaq, fərəhlənmək. Şad xəbərdən hamı sevinişdi. – [Qızlar] sevinişdilər, nəhayət, atlar uzaqdan göründü
“Sevinmək”dən f.is
f. Xoş xəbərdən, hadisə və ya işdən fərəh duymaq, şadlanmaq, vəcdə gəlmək. Şairin sevinci evlə bir oldu
1. “Sevişmək”dən f.is. 2. Sevgi, məhəbbət, eşq
qarş. Bir-birini sevmək, birbirinə eşq yetirmək. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim
“Sevmək”dən f.is. İnsanın insanı sevməsi, bir-birinə məhəbbət bağlaması təbiidir. N.Nərimanov
f. 1. Eşq yetirmək, aşiq olmaq. Səni sevən çox bəlaya tuş olur; Əql gedir başdan, fəramuş olur. M.P.Vaqif
[ing. safe – təhlükəsiz, etibarlı] Qiymətli kağızları, sənədləri, pul və s. saxlamaq üçün yanmayan metaldan qayrılmış şkaf və ya yeşik
is. [ər.] din. 1. Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu. Hər vilayətdə var beş-on qəsəbə; Əlli min seyyidü axund, tələbə
din. bax xüms. [Seyidlər] cavab verdi ki, əlbət, sizdən seyidmalı xahiş edəcəklər. C.Məmmədquluzadə
is. Sürünün qabağında gedən təkə
is. [pol.] Bəzi ölkələrdə qanunverici orqan, parlament, məclis
is. [ər.] Seyr etmə, baxma, tamaşa etmə, göz gəzdirmə. [Vaqif] meşənin seyrindən ayrılıb Mədinəni süzməyə başladı
is. [ər.] Əylənmək və istirahət məqsədilə gəzinti, ayaqseyri, gəzmə, gəzinmə. □ Seyr etmək – gəzmək, gəzintiyə, ayaqseyrinə çıxmaq
[ər. seyr və fars. …an] 1. bax seyr1. □ Seyrana çıxmaq – seyrə çıxmaq. Ay gecə qəbrində cövlana çıxsın; Ulduzlar süzülüb seyrana çıxsın
is. 1. Seyrə, gəzməyə çıxan adam. Seyrçilər kəndə girərkən küçələrin tünlüyü daha da artmış oldu. Ə.Əbülhəsən
sif. 1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda (sıx əksi). Seyrək meşə. Seyrək ot. – Uzaqda görünən seyrək pöhrəliyin içi və dilik-d
zərf Arabir, bəzən, hərdənbir, ara-sıra. Seyrək-seyrək atılan güllələr uzaqlaşaraq qeyb oldu. Ə.Vəliyev
sif. Bığı seyrək olan, qalın olmayan. Seyrəkbığlı kişi
is. bot. Çətirləri sıx olmayan, seyrək olan bitkilər fəsiləsi
sif. Dişləri seyrək, aralı olan. Seyrəkdişli uşaq
“Seyrəkləmək2”dən f.is
“Seyrəkləmək1”dən f.is
f. Səfehləmək, ağlını azdırmaq, gicləşmək, axmaqlamaq. [Diyar kişi:] Nə seyrəkləyirsən, ay arvad! Ə.Məmmədxanlı
f. Seyrək etmək, birbirindən aralamaq, ara qoymaq, seyrək hala gətirmək. Bağı seyrəkləmək. Pambığı seyrəkləmək
“Seyrəkləndirmək” dən f.is
f. Seyrək hala gətirmək, seyrək etmək. Tingləri seyrəkləndirmək
“Seyrəklənmək”dən f.is
1. məch. Seyrək hala gətirilmək, seyrəldilmək. Bağda ağaclar seyrəklənmişdir. 2. məc. Azalmaq. İdarəyə gələnə qədər Qorxmazın üzünü çulğamış qalın kəd
“Seyrəkləşdirilmək” dən f.is
məch. Seyrək hala gətirilmək, bir-birindən aralı etmək
“Seyrəkləşdirmək”dən f.is
bax seyrəltmək. Meynələri seyrəkləşdirmək