Azərbaycan dilinin izahlı lüğəti

  • QUQURD

    is. məh. Açılmamış qızılgül; qönçə

    Tam oxu »
  • QUL₁

    is. 1. Qədim dövrlərdə: müharibədə əsir tutulub satılan adam. Neçə qul azad elədim; Qəsd etmədim cana, Nigar! “Koroğlu”

    Tam oxu »
  • QUL₂

    is. Tənha yerlərdə və qaranlıqda vahiməyə düşən adamın gözünə canlı kimi görünən qorxunc xəyal; qulyabanı

    Tam oxu »
  • QUL-QARAVAŞ

    top. Nökərlər, xidmətçilər. [Hacı Murad:] …Yanında qul-qaravaş ilə qonaqlığa gedəndə, cəmi arvadlar ona həsrət aparacaqlar

    Tam oxu »
  • QULA

    is. məh. Açıq-sarı rəngli at. Qula madyan

    Tam oxu »
  • QULAĞAGİRƏN

    is. 1. bax qırxayaq 1-ci mənada. 2. məc. dan. Hər kəsdən söz bilməyə, söz çəkməyə çalışan adam; xəbəraparan, casus

    Tam oxu »
  • QULAQ

    is. 1. İnsan və heyvanlarda eşitmə orqanı. Qulağı ağrımaq. Qulaq həkimi. – Nəvəsi onun … burnundan, qulağından yapışır, boğazının altını qıdıqlayır

    Tam oxu »
  • QULAQALTI

    1. sif. anat. Qulağın alt tərəfində, ya yanlarında olan. Qulaqaltı vəzi. 2. is. bax qulaqbalışı. Kosanın qaralmış kirli qulaqaltısı otaqcanın ortasına

    Tam oxu »
  • QULAQARDI

    is. Qulağın dal tərəfi. ◊ Qulaqardına vurmaq (vermək) – qulaq asmamaq, qəsdən fikir verməmək, özünü eşitməməzliyə, bilməməzliyə qoymaq

    Tam oxu »
  • QULAQBALIŞI

    is. Yatarkən qulaq altına qoyulan kiçik yastıqca

    Tam oxu »
  • QULAQBATIRAN

    sif. Qulaqları batıracaq qədər bərk, şiddətli, gurultulu. Qulaqbatırıcı səs. Qulaqbatırıcı gurultu. – Kənddə qulaqbatıran bir haray vardı

    Tam oxu »
  • QULAQBATIRICI

    sif. Qulaqları batıracaq qədər bərk, şiddətli, gurultulu. Qulaqbatırıcı səs. Qulaqbatırıcı gurultu. – Kənddə qulaqbatıran bir haray vardı

    Tam oxu »
  • QULAQBURMA

    is. dan. Yüngül tənbeh, yüngül cəza. [Dayısı Nadirə:] Bacıoğlu, görünür, qulaqburması yadından çıxıb, ha? – deyə altı il əvvəl döyüldüyünü xatırlatdı

    Tam oxu »
  • QULAQBURMASI

    is. dan. Yüngül tənbeh, yüngül cəza. [Dayısı Nadirə:] Bacıoğlu, görünür, qulaqburması yadından çıxıb, ha? – deyə altı il əvvəl döyüldüyünü xatırlatdı

    Tam oxu »
  • QULAQCIQ

    is. Kiçik qulaq. Balığın ürəyi iki kameradan: qulaqcıq və qarıncıqdan ibarətdir. Cəbrayılbəyli

    Tam oxu »
  • QULAQKƏSƏN

    is. dan. 1. Sərt olmaq üçün itlərin qulaqlarını kəsməklə məşğul olan adam. İt qulaqkəsəndən qorxar. (Ata

    Tam oxu »
  • QULAQLAMA

    “Qulaqlamaq”dan f.is

    Tam oxu »
  • QULAQLAMAQ

    f. dan. Qulağından tutmaq. Qısraq şeydir, öküz deyil ki, qulaqlayıb cütə qoşasan. S.Rəhimov. // Bərk yapışıb buraxmamaq

    Tam oxu »
  • QULAQLAŞMA

    “Qulaqlaşmaq”dan f.is

    Tam oxu »
  • QULAQLAŞMAQ

    qarş. 1. Bir-biri ilə xəlvəti danışmaq, pıçıldaşmaq. …Urmi və Xoy konsulları da onlarla tez-tez danışır və qulaqlaşırdı( lar)

    Tam oxu »
  • QULAQLI

    sif. 1. Qulaqları olan (bax qulaq 2-ci mənada). Sifətini qulaqlı papaq altında gizlətmiş dəmiryolçu qarşımdan ötürdü

    Tam oxu »
  • QULAQLIQ

    is. 1. İsti papağın qulağı örtən hissəsi, habelə şaxtadan qorunmaq üçün qulaqlara keçirilən isti qalpaq, yaxud qulaqları örtən örtü

    Tam oxu »
  • QULAQSIZ

    sif. 1. Qulağı, yaxud qulaqları olmayan, qulaqları kəsilmiş. Qulaqsız it. 2. Qulağı, qulaqlığı olmayan

    Tam oxu »
  • QULAQUCU

    zərf Ötəri, əhəmiyyət vermədən. Hərdənbir qulaqucu oğlunun söhbətini eşidən Maral burada Züleyxanın dadına çatdı

    Tam oxu »
  • QULAQYOLDAŞI

    is. Həmsöhbət. Nigar xanım dedi: – Gərək Telli xanımı Çənlibelə mənə qulaqyoldaşı gətirəsiniz. “Koroğlu”

    Tam oxu »
  • QULAM

    is. Qədim zamanlarda: qul, kölə, nökər, xidmətçi (oğlan). Bir neçə dəqiqə keçəndən sonra qulamlar İlyası aralığa alıb gətirdilər

    Tam oxu »
  • QULAN

    bax qulun. [İskəndər xan:] Görəsən genə nə olubdur ki, kişi qulan kimi bağırır… N.Vəzirov. Otlayıb doymuş bir qulan başını dik tutaraq, uzaqlara baxır

    Tam oxu »
  • QULAN-QUŞQUN

    is. Qoşqu ləvazimatının hamısı. ◊ Nə qulan-quşqun – bir şeyin, bir hərəkətin daha möhtəməl, daha təbii olduğunu bildirir

    Tam oxu »
  • QULANCA

    bax qulunca

    Tam oxu »
  • QULANCAR

    is. bot. Bişirilib yeyilən zoğlu yabanı bitki. Bacı və qardaş ətəklərinə yığdıqları qulancarı yerə töküb … oturdular

    Tam oxu »
  • QULBEÇƏ

    is. [qul və fars. beçə] köhn. 1. Kiçik qul. 2. Keçmişdə təvazö üçün özünə, yaxud öz uşaqlarına işarə olaraq deyilirdi

    Tam oxu »
  • QULBİYABANI

    bax qulyabanı. Və belə gülünc bir zamanda, belə qulbiyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər Molla Nəsrə

    Tam oxu »
  • QULCUĞAZ

    “Qul” söz. oxş. Nola əgər gəhi sorasan halımı, çu mən; Bir qulcuğazınam sənin, ey padşahcığım. Kişvəri

    Tam oxu »
  • QULDAR

    is. tar. Quldarlıq cəmiyyətində: qullara sahib olan adam

    Tam oxu »
  • QULDARLIQ

    is. tar. Qullara, kölələrə sahib olma, köləlik əsasında qurulma. Quldarlıq cəmiyyəti. Quldarlıq quruluşu

    Tam oxu »
  • QULDUR

    is. 1. Quldurluqla məşğul olan adam; çapqınçı, yolkəsən, soyğunçu. Quldur dəstəsi. – Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini … qarətçilərə,

    Tam oxu »
  • QULDUR-QAÇAQ

    top. Quldurlar, qaçaqlar. [Gülpəri:] Yəqin fəqir quldur-qaçaq əlinə keçdi… Ə.Haqverdiyev

    Tam oxu »
  • QULDURBAŞI

    is. Quldur dəstəsinin başçısı, böyüyü, atamanı. Amma … mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldurbaşı kimi bir zad imişlər

    Tam oxu »
  • QULDURCASINA

    sif. və zərf Quldur kimi, quldura xas olan bir tərzdə. Quldurcasına basqın

    Tam oxu »
  • QULDURÇULUQ

    bax quldurluq

    Tam oxu »
  • QULDURLUQ

    is. Soyğunçuluq, yaxud öldürmək məqsədi ilə silahlı basqın; çapovulçuluq, yol kəsmə. Heydər bəy, rahat durotur, quldurluq etmə, yol kəsmə, oğurluğa ge

    Tam oxu »
  • QULĞULA

    bax qülğülə

    Tam oxu »
  • QULİ-BİYABAN

    [ər. ğul (bax qul2) və fars. biyaban] bax qulyabanı. Bilsə idi sənə Yusif deyəcəklər, billah; Qoyar idi adını qulibiyaban, Yusif! S

    Tam oxu »
  • QULLAB

    is. 1. Bir udum hava çəkmə; bir çəkim, tüstünü bir nəfəs içəri çəkmə miqdarı. □ Qullab vurmaq (almaq) – papirosun, qəlyanın tüstüsünü hər dəfə içinə ç

    Tam oxu »
  • QULLABI

    is. [ər.] Yalan, saxta, hiylə, fırıldaq; əngəl. Bu isə, bəs o ləinin də işi qullabıdır. M.Ə.Sabir

    Tam oxu »
  • QULLABLAMA

    “Qullablamaq”dan f.is

    Tam oxu »
  • QULLABLAMAQ

    f. Qullab vurmaq (bax qullab 1-ci mənada). Bir ara onlar susub ovucları içində saxladıqları papiroslarını qullabladılar

    Tam oxu »
  • QULLUQ₂

    is. köhn. Qul olmuş adamın halı; köləlik

    Tam oxu »
  • QULLUQ₁

    is. 1. Xidmət, iş, vəzifə. O, böyük qulluqdadır. – Qulam mətbəədə qulluğa düzəldi. Mir Cəlal. // İş yeri, iş

    Tam oxu »
  • QULLUQBAZ

    sif. və is. [qulluq və fars. …baz] Qulluğu vaxtında yerinə yetirən, qulluq etməyi sevən, yaxud vəzifə ilə əlaqədar olan rəsmiyyətlərə həddindən artıq

    Tam oxu »