is. Sünilik, saxtalıq; yapma şeyin halı
is. Yaponiyanın əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Yapon xalqı. Yapon dili. Yapon musiqisi
sif. və zərf Yapon dilində. Yaponca danışmaq. Yaponca lüğət
“Yaprıxmaq”dan f.is
bax yapıxmaq
bax yapyalnız. Məndən bir az aralı mənim kimi yapyalqız; Bir ağacın altında, skamyanın üstünə; Qəzet salıb oturmuş, bir gözəl sarışın qız
zərf Tamamilə yalnız, tək, tək-tənha. Yapyalnız oturmaq. Yapyalnız qalmaq. – Belə bir anda durub yapyalnız; Ləkələnmiş bir adam lap yalnız
is. [fars.] 1. Dost, yoldaş. Əkinçilər yarıyam; İgidlər sərdarıyam; Qızılın adı çıxmış; Mən ondan yuxarıyam
bax yancaq
top. Yaraq, silah, əsləhə. Öz yerində olsun gərək igidin yar-yarağı; Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı
sif. Yarağı, silahı olan; silahlı. Budur yar-yaraqlı gəlir uzaqdan; Mənim igidlərim. M.Rahim
bax yaraşıq. [Bəhram:] O idi məclislər yar-yaraşığı; O idi sarayın parlaq çırağı. A.Şaiq. Atəş vəziyyətində İlyasın yar-yaraşığı daha da artırdı
bax yaraşıqlı
top. Yoldaşlar, dostlar. Yaryoldaşın səhərlər; Tez məktəbə gedərlər. A.Səhhət. Bir yara-yoldaşa bax! Biz qardaş deyilmiyik? Ə
sif. Yarı, yoldaşı, dostları olan (və ya çox olan). Sən ceyran gözlüsən, çatmaqaşlısan; Tayın-tuşun çoxdur, yaryoldaşlısan
is. 1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri
is. Çirkli, həm də çox yarası olan
sif. Çirkli, həm də çox yarası olan
bax yara-xora
1. “Yaratmaq”dan f.is. Gələcəyi yaradanlar. – Tarixdə tarixi yaradan durur. S.Vurğun. 2. “Yaratmaq”dan f
1. is. Bir şey yaradan, həyata gətirən, meydana gətirən adam. Axır, bir de görüm ki, bu təzə firqənin yaradıcısı kimdir? C
is. İnsanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. Kütlələrin canlı yaradıcılıq fəaliyyəti
1. “Yaradılmaq”dan f.sif. 2. is. din. Yaranmış, məxluq
is. 1. Yaratmaq işi; yaradılma, törədilmə, vücuda gətirilmə. [“Vətən dili” əlifba kitabının] yaradılışına bais olan səbəbini, məsələdən xaric olsa da,
“Yaradılmaq”dan f.is
məch. Vücuda gətirilmək, törədilmək. Stansiya yenicə yaradılmışdı
f.sif. Vücuda gətirilmiş, törədilmiş
is. 1. Silah. Koroğlu gördü, Dəmirçioğlu o qədər yaraq götürüb ki, altında tərpənə bilmir. “Koroğlu”
top. köhn. Cürbəcür silahlar. [Veys:] Uşaqlar, o yaraq-əsbabı, tapançanı da qoyun bax bura, bəri küncə
top. köhn. Müxtəlif silahlar. Hacı Qara özü qorxaq olduğu halda, götürdüyü yaraq-əsləhə ilə başqalarını qorxutmaq istəyir
köhn. bax yaraqlıyasaqlı
köhn. bax yaraq 1-ci mənada. [Ağsaqqal kişi:] Yaraq-yasağını yüklərdə gizlət. Mir Cəlal
“Yaraqlandırılmaq” dan f.is
məch. Silahlandırılmaq
“Yaraqlandırmaq”dan f.is
f. 1. Silahlandırmaq. 2. Müxtəlif alət və ləvazimatla təchiz etmək
“Yaraqlanmaq”dan f.is
f. Silahlanmaq. Dəlilər işi belə görəndə yaraqlanıb atlandılar. “Koroğlu”. [Mustafa bəy:] Xata görünür, uşaqlara deginən ki, hamısı yaraqlansınlar
“Yaraqlatmaq”dan f.is
f. Yaraqla, silahla təchiz etmək
sif. köh. Silahlı. [Ömər] çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstü yaraqlı içəri daxil olur və sevinir
sif. və zərf köhn. Yaxşıca silahlanmış, cürbəcür silahlarla silahlanmış. Bir də baxdı ki, budur, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir
sif. və zərf Silahsız. Şərifzadə yaraqsız gəldiyindən, yolu kəsənlərin əmrinə tabe olub faytondan yerə düşdü… M
is. Silahsızlıq
“Yaralamaq”dan f.is
f. 1. Silah və s. ilə yara vurmaq, yara açmaq; zədələmək. Əlini yaralamaq. – Marala bax, marala; Vur, ox ilə yarala; Dərd verən dərman versin; Dərdim
“Yaralandırmaq”dan f.is
icb. Başqasının əli ilə yaralamaq, yara vurdurmaq, yaralanmasına səbəb olmaq
“Yaralanmaq”dan f.is
qayıd. 1. Güllə, kəsərti və s. ilə bədəninin bir yerində yara açılmaq, bədəninin bir yeri zədələnmək, yara olmaq