is. Müğənni sənəti, xanəndəlik
is. [ər.] 1. Siyasi, iqtisadi və ya dini səbəb üzündən vətənini tərk edib başqa ölkəyə köçən və orada yaşayan adam
is. [ər.] 1. Siyasi, iqtisadi və ya dini səbəbdən məcburi və ya könüllü olaraq öz vətənini tərk edib başqa ölkəyə köçmə
bax mühacirət 1 və 2-ci mənalarda
is. [ər.] Mühafizə edən, qoruyan; mühafizəçi, keşikçi. [Ələmdar] bir küncə çəkilib özünü başqa rəislərin mühafizləri arasına saldı
is. [ər.] Hücumdan, təhlükədən, zərbədən, qəsddən və s.-dən qoruma, saxlama. [Qadın] sol əlini başının qarşısına tutmaqla özünü üzərinə enməkdə olan a
is. 1. Qoruyan, mühafizə edən, qoruyucu. 2. Keşik çəkən; keşikçi, qoruqçu. …Hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi
sif. Mühafizə edən, qoruyan; qoruyucu. Mühafizəedici qurğu
is. [ər. mühafizə və fars. …kar] 1. Vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnəpərəst
is. Köhnəlik tərəfdarı olma; köhnəpərəstlik. [Hidayət Sənubərə:] Bu qədər mühafizəkarlıq, etinasızlıq olmaz! B
[ər.] köhn. bax mühafizə. …Nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, … dilimizi və vətənimizi mühafizət edə biləcəyik
is. [ər.] 1. Bir şey haqqında fikir, mülahizə, nöqteyi-nəzər. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var
is. [ər.] Dövlətlər arasında mütəşəkkil silahlı mübarizə; hərb, dava. Birinci dünya müharibəsi. Müharibə vəziyyətində olmaq
is. [ər.] bax buxalter. Mühasib əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı. S.Rəhimov. Mən on iki il baş mühasib olmuşam
is. [ər. “mühasib” söz. cəmi] bax buxalteriya. Mühasibatı yoxlayaq. // Mühasiblik. Sonra Qələndərovu şəhər mühasibat kurslarına göndərdilər
bax buxalterlik 2-ci mənada. Mühasiblik kursu
is. [ər.] Hər tərəfdən əhatə olunma, araya alınma; dövrələmə. Düşmənin mühasirəsini yarmaq. Mühasirədən çıxmaq
is. [ər.] Ali məktəbdə hər hansı bir fənnin professor və ya müəllim tərəfindən şifahi şərhi; leksiya
is. Mühazirə oxuyan adam; lektor. Mühazirəçiyə sual vermək
sif. [ər.] köhn. Təhqiq olunmuş, doğruluğu və gerçəkliyi məlum olmuş: doğru, gerçək, həqiqi, yəqin, səhih
is. [ər.] Texnikanın hər hansı sahəsində ali təhsil almış mütəxəssis. Neft mühəndisi. Hərbi mühəndis
is. 1. Mühəndis sənəti, ixtisası. [Haqverdizadənin] hər bir yoldaşı özünə ixtisas seçən zaman, o da yol mühəndisliyini bəyənmişdi
[ər.] Hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın, bir şeyi hərəkətə gətirən maşın, motor. Buxar mühərriki
is. [ər.] 1. Jurnalist. [Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı. “Əkinçi”nin mühərrirləri mövhumat və cəhalət əleyhinə m
is. Mühərririn işi, peşəsi; jurnalistlik, jurnalistika. Mühərrirlik sənəti Azərbaycanda Həsənbəy Zərdabi ilə başlanır
[ər.] : mühəvvəl eləmək (etmək) – üzərinə qoymaq, tapşırmaq. İşi mühəvvəl etmək
sif. [ər.] Mövcud olan, hazır olan; mövcud, hazır. Böyük şəhərdə … dünyanın hər bir neməti, yeməli və içməli qəbilindən … həməvaxt şəhər əhli üçün müh
sif. [ər.] köhn. 1. Qorxunc, qorxulu, təhlükəli. Nəinki uşaqlar ondan [Haqq Mövcuddan] qorxurdular, hətta böyük adamlar da onun mühib qiyafəsindən çək
is. [ər.] 1. Hər hansı boşluğu dolduran və müəyyən xassələrə malik olan maddə, cisimlər. Hava mühiti
sif. [ər.] 1. Vacib, lazımlı. Mühüm iş. – Həsəni yenə fikir götürdü: yataq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu
is. Xüsusi əhəmiyyəti olma; lazımlıq, vaciblik. Məsələnin mühümlüyü. Məlumatın mühümlüyü
is. [ər.] köhn. Xəbərləşmə, yazışma
is. [ər.] mus. Klassik Azərbaycan muğamlarından birinin adı. Müxalif təsnifi. Müxalif oxumaq
is. [ər.] Zidd, əks, qarşı, əleyhinə olan. [Mehriban] bu qəbahəti əxlaqa müxalif bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur
is. [ər.] 1. Zidd olma, əks olma, əksinə getmə, müqavimət göstərmə, qarşı durma. □ Müxalifət etmək – əks olmaq, ziddinə getmək, qarşı durmaq, müqavimə
is. və sif. 1. Müxalifət edən, qarşı duran, zidd çıxan, əks gedən. Mövhumat, mərsiyə və mədhiyyə ədəbiyyatına qarşı düzələn müxalifətçi qrupların fikr
is. Hər hansı fikrə, siyasətə əks getmə, zidd olma, qarşı durma
is. [ər.] Söz söylənilən şəxs, sözlə müraciət olunan adam; dinləyən. Müxatəbinin sözünü yarımçıq qoymaq, münasibətli-münasibətsiz danışmaq bunun köhnə
is. [ər.] Birinə sözlə müraciət edən, söz söyləyən şəxs; söyləyən. Cuma arxası üstə uzandığı halda əlləri başının altında dönüb müxatibinə baxmadan sa
[ər.] 1. is. Yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisi
is. 1. Müxbirin işi, vəzifəsi. Müxbirlik həvəsi məni rahat qoymadı. B.Bayramov. 2. Xəbərdarlıq, məlumatı olma, xəbərdar olma
is. [ər. “müxəlləf” söz. cəmi] Ev şeyləri, ev avadanlığı. [Oğlanın atasından qalma] … mis qab-qacaqları və ev müxəlləfatı var imiş
is. [ər.] ədəb. Hər biri beş misradan ibarət klassik şeir forması; beşlik. Vaqifin “Görmədim” rədifli müxəmməsi
sif. və is. [ər.] Alçaq, namərd, qorxaq. İgid ölər, adı qalar, müxənnəsin nəyi qalar? (Ata. sözü). Müxənnəsdir qorxan bir qaşıq qandan
is. Alçaqlıq, namərdlik, qorxaqlıq
[ər. “müxənnəs”dən] bax müxənnəs. Mərd igidlər müxənnətdən seçilsin; Qarı düşmən dərələrə tökülsün. “Koroğlu”
sif. [ər.] Bir cür olmayan, cürbəcür, növbənöv, növ-növ, dürlü-dürlü. Müxtəlif rənglər. Müxtəlif şeylər
sif. Bir cinsdən olmayan, cinsləri müxtəlif olan, başqa-başqa cinslərdən törəmiş. Müxtəlifcinsli heyvanlar
is. Bir cür, bir çeşiddə olmama; başqa-başqalıq, cürbəcürlük. Adamların görkəmində qəribə bir müxtəliflik vardı
sif. Mənaları müxtəlif olan, cürbəcür məna ifadə edən. Müxtəlifmənalı sözlər