1. Büzülmüş, qırışıq.
[Yəhya Kamal] köhnə, büzük, yaraşıqsız paltarına baxdıqca Dilənin taxtın üstündəki məsləhəti qulağında səslənirdi.
2. Yığılmış, büzülmüş, qıyıq, büzülüb yığılmış, kiçilmiş, dar.
[Rüstəmovun] … hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı.
3. İs. mənasında. Büzülmüş yer, qırışıq yer. Paltarın büzükləri.