BƏLGƏ

I
(Gəncə, Kəlbəcər, Kürdəmir, Oğuz, Ordubad, Şəmkir, Zəngilan)
bax bəliyə . – Qıza bəlgə aparallar (Oğuz); – Bizim kətdə bəlgəsiz qız verməzdər (Zəngilan); – Bu axşam Zeynava bəlgə aparajaxlar (Şəmkir)
II
(Salyan)
bəhanə
◊ Bəlgə gətirmək (Salyan) – bəhanə etmək. – Yaxşı adam bəlgə gətirməz
III
(Bakı)
şaftalı qaxı. – Ordubatdan gələndə birez bəlgə getirmişdim, mənnəm hasının qəzəbinə gəlib
IV
(Ağdam, Bakı, Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, İmişli, Kürdəmir, Salyan, Zəngilan)
vuruşma zamanı müdafiə üçün qola sarınan sarğı. – Qolumda bəlgə olmaseydi, vuruf sümüyümü sındırmışdı (Ağdam); – Dava eliyəndə çuxamızı qolımıza dolayırduğ, oa bəlgə deyərdüğ (İmişli); – Bəlgəni qolə doleylər (Cəlilabad)
V
(Ağdam, Salyan)
əkin sahələrinin sərhədini bildirən nişan. – Bu yerə bəlgə qoy (Ağdam); – Arbatan qolxozuynan bizim qolxozun bəlgəsi fermənin yanındadı (Salyan)
VI
(Şuşa)
gön aşılamaq üçün narın qabığından və yarpağından hazırlanmış maddə. – Bəlgə qutardı, gön istaxda qaldı
VII
(Zəngilan)
boyaqçılıqda istifadə olunan bitki
VIII
(Bakı, Salyan)
sənəd, əsas. – Əlündə bəlgön var ki, belə di:rsən? (Bakı)
IX
(İmişli, Kürdəmir)
batmaması üçün balıq torunun yan iplərinə bağlanan qamış. – Torun üst ciyəsinə bəlgə bağlanır (Kürdəmir); – Lələ, torun bəlgəsi sınıb, qarğı gətrim düzəldəg (İmişli)
X
(Masallı)
çox duzlu
BƏLƏT
BƏLGİM
OBASTAN VİKİ
Bəlgədağ
Bəlgədağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dağ. == Toponimik izah == Dağı adı, ehtimal ki, türk dillərindəki "bəlgə" (nişan) sözündəndir. Bundan başqa bəlgə döyüşdə qalxanı əvəz edən əşyaya (ağaca) da deyilir.
Bəlgəşir (Xudabəndə)
Bəlgəşir (fars. اقچه قيه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,499 nəfər yaşayır (275 ailə).

Digər lüğətlərdə