1. Oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək.
2. Məcazi mənada: bəhanə, səbəb, dəlil, tutarğa.
3. Vuruş zamanı qola sarılan şey.
Qurbani der: bu dərdləri biləsiz,
Qohum-qardaş yığılasız, gələsiz,
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.
(“Qurbani”)
*
Pünhan yanına getdiyim,
Üzdən busə götürdüyüm,
Şanasın bəlgə getdiyim,
Yarımdan xəbərin varmı?
(“Abdulla və Cahan”)
Dastanda nişanə, yadigar mənasında da işlənir:
Cahan xanım özü də Abdullanın darağını götürdü. Çoban işi belə görəndə çomağı çəkib, çuxasını bəlgə elədi. (“Abbas və Gülgəz”)