BALİ

ə. 1) köhnə, köhnəlmiş; 2) çürük, qoxumuş; 3) yaramaz.

BALATƏR
BALİDƏ
OBASTAN VİKİ
Pura Bali məbədi
Pura Bali — hindli məbədidir. İndoneziya Balidə hinduizm tərəfdarları üçün ibadət yeridir. Pura bali hindli məbədidir.İndoneziyada Hinduizm tərəfdarları üçün ibadət yeridir. Hinduizm Puras adasında əsas üstünlük təşkil edən dinlərdəndir. İndoneziyanın digər hissələrində də məbədlər vardır, məsələn Besakih Ana məbədi. Lakin Bali ən böyük və müqəddəs məbəd olaraq daha çox ziyarət edilir. Pura adının etimologiyası şəhər mənasını verən Sanskrit dilində qala şəhəri, qülləli şəhər və ya saray mənasındadır. Məbəddə Bölünmüş qapıya Candi Bentar adı verilmişdir.
Bali
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həm də məşhur Volles xəttinin sərhədində yerləşir.
Bali (əyalət)
Bali — İndoneziya əyaləti və Kiçik Sunda adalarının qərb tərəfi. Yavanın şərqində və Lombokun qərbində yerləşən əyalətə Bali adası və bir neçə daha kiçik qonşu adalar, xüsusən Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan daxildir. Əyalətin paytaxtı Denpasar, Kiçik Sunda adalarının ən sıx olduğu və Şərqi İndoneziyadakı Makasardan sonra ikinci ən böyük şəhərdir. Bali İndoneziyada əhalinin 83,5% -i Bali Hinduizminə sadiq qalan yeganə hindu əyalətidir. == İstinadlar == == Xarici linklər == Bali // Britannika Ensiklopediyası. 3 (XI). 1911.
Bali boğazı
Bali boğazı (ind. Selat Bali) — Malay arxipelaqına daxil olan Yava adasını Bali adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Hind okeanı ilə birləşdirir. == Coğrafiyası == Ən dar yeri 2,4 km, ən dərin yeri isə 60 metr təşkil edir. Boğaz təbii sərhəd olaraq Böyük Zond adalarını, Kiçik Zond adalarından (Flores, Timor, Sumba, Sumbava, Lombok) ayırır. Yava adası sahilində Banyuvanqi, Vonqsoredjo, Ketapanq, Bali adasında Qilimanuk, Melaya adlı yaşayış məntəqələri vardır. Hər iki ada arasında kiçik adalar və qayalıqlar vardır. == Təbiəti == Boğazın suyu Bali dənizinin suyunun xüsusiyyətlərinə uyğundur. Suyun temperaturu 27–28 S təşkil edir. Bura tökülən çaylar suyun duzluğuna az təsir göstərir.
Bali dənizi
Bali dənizi (ing. Bali Sea, ind. Laut Bali) — Sakit okeanında Yava adasının şərqi, Bali, Lombok, Sumbava, Sulavesi və Madura adaları arasında yerləşir. Sahəsi 40,000 km², orta dərinliyi 411 m, ən dərin yeri 1590 m təşkil edir. Səthində temperatur 27 - 28 S, duzluğu isə 33,0 - 34,0 ‰ təşkil edir. Dəniz dibində temperatur 8 - 10 S təşkil edir. Subekvatorial iqlimə sahibdir. Dənizin cənubunda yerləşən adaların bir çoxu vulkan məşəllidir: Batur (sonuncu dəfə 1926), Aqunq (sonuncu dəfə 1964), Tambora və başqaları. Əsas limanı Surabaya (Yava). == Coğrafi yerləşməsi == Bali dənizi Yava dənizindən şərqdə yerləşir, həcminə görə adı çəkilən dənizdən kiçikdir.
Bali pələngi
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Bali adası
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həm də məşhur Volles xəttinin sərhədində yerləşir.
Enlialın Butulkaburun balina
Enlialın butulkaburun, və ya şimal enlialın butulkaburunu (lat. Hyperoodon ampullatus) — Balinakimilər dəstəsinə, butulkaburun cinsinə aid iri məməli növü. Cinsə daxil olan iki növdən biridir. Bu növ XIX-XX əsrlərdə kütləvi ovlanmaya məruz qalmışdır. Bu məməlilər digər balinakimilər arasında ən dərinə dalan dalğıclardandırlar. Onlar okeanın 1453 m (4767 ft) dərinliklərinə enə bilirlər. == Xüsusiyyətləri == İri dəniz məməlisi 10—11 metr uzunluğa, 7,5 ton çəkiyə malik olurlar. Dərinə üzmələrinə baxmayaraq istirahəti əsasən dayazlıqlarda edirlər. Onlara insanlar və onların gəmiləri maraqlı gəldiyindən daha tez ovlanmalarına səbəb olur. Bu xüsusiyyətlər digər balinakimilərin bir qisminə də aiddir.
Enlidimdik balinaquşu
Enlidimdik balina quşu (lat. Pachyptila vittata) — Fırtınaquşular fəsiləsinə aid dəniz quşu. == Görünüşü == Bədəninin uzunluğu 29 sm, çəkisi 150–225 q arasında dəyişir. Qanadlarının uzunluğu 18,1–22,5 sm, onlar arasında məsafə isə 57–66 sm-dir. Quşlar əsasən boz rəngdə olur. Qanadlarında M şəkilli tünd ləkə vardır. Bədənin aşağı hissəsi qəhvəyi-ağ rəngə malikdir. Dimdiyi olduğuqa enlidir. Onun quruluşu planktonların asan şəkildə ovlanmasına hesablanmış kimidir. Quş ayaqları ilə suya toxunduqları anda həm də dimdikləri sudan qidanı götürürlər.
Farer adalarında balina ovu
Farer adalarında balina ovu ən azı X əsrdən bəri mövcuddur. Bu məsələ kiçik balinakimilər üzərində Komissiyanın hansı səlahiyyətə sahib olması ilə bağlı yaranan mübahisələrə görə Beynəlxalq Balina Ovlama Komissiyası (ing. International Whaling Commission — IWC) tərəfindən deyil, Farer səlahiyyətliləri tərəfindən tənzimlənir. Hər il təxminən 950 qrind (qara delfinlər, Globicephala melaena) ovlanır, xüsusən isə yayda. Qrind ovu (far. grindadráp [ˈgɹɪndaˌdrɔap]) — icmalar tərəfindən təşkil edilən qeyri-kommersiya tədbiridir və tədbirdə hər kəs iştirak edə bilər. Balıq ovu zamanı balıqçılar qrindləri qayıqlarla əhatə edir, onları geniş yarımdairəyə salırlar və sonra qayıqlar balinaları yavaş-yavaş körfəzə və ya fyordun dibinə qovurlar. Farerlərin çoxu balina ovunu öz mədəniyyətinin və tarixinin mühüm hissəsi hesab edir. Heyvanların hüquqlarını müdafiə edən qruplar balıqçılığı qəddar və lazımsız olaraq tənqid edir, balinaçılar isə əksər jurnalistlərin balıq ovu üsulları və balıqçılığın iqtisadi əhəmiyyəti haqqında məlumatsızlıq nümayiş etdirdiyini iddia edirlər. == Tarixi == Şimali Atlantikada balina ovlamaq uzun zaman adi hal olmuşdur.
Györqi Balint
György Bálint (28 iyul 1919, Gyöngyöş, Xeveş[d] – 21 iyun 2020) — macar botanisti və siyasətçisi. == Həyatı == Balint 28 iyul 1919-cu ildə Macarıstanın Gyöngyös şəhərində bir yəhudi ailəsində dünyaya gəldi. 1941-ci ildə Macarıstandakı Kral Bağçılıq Elmləri İnstitutunu bitirib. 1942-ci ildə iş həyatına başlamışdır. 1945-ci ildə İkinci Dünya Müharibəsinin sonunda Holokost Soyqırımından sağ çıxdı. 1950-ci ildə Macarıstan Kənd Təsərrüfatı Elmləri Universitetini kənd təsərrüfatı mühəndisliyi ixtisası üzrə bitirib. Macarıstan Parlamentinə 1994-cü ildə Azad Demokrat İttifaqından nümayəndə olaraq daxil oldu və 1998-ci ilə qədər xidmət etdi. Macarıstan Bağçılıq Elmləri İnstitutunda meyvə yetişdirmə üzrə akademik kimi də çalışmışdır. Son illərdə o, "Avropa" botanika radiosunda "Bálint Czupy" adlı veriliş hazırlamış və təqdim etmişdir. Evli övladı olan Balint, 21 yaşında 2020-ci ildə Macarıstanın Budapeşt şəhərində 100 yaşından yuxarı tənəffüs çatışmazlığı səbəbindən vəfat etdi.
Göy balina
Göy balina (lat. Balaenoptera musculus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. == Cütləşmə və laktasiya == Cütləşmə və balalama müddətləri çox uzundur. Cənub yarımkürəsində cütləşmə iyul-avqust, Şimalda -yanvara təsadüf edir. Hamiləlik 10–11 aydır. Yeni doğulmuş balanın uzunluğu 7–8 metr olur. Dişilər iki ildən bir balalayır. Bir bala gətirir. Laktasiya müddəti 6–7 aydır. Cinsi yetkinliyə 8–10, başqa məlumata görə 23–30 yaşında çatır.
Hüseynağa Baliev
Hüseynağa Salman oğlu Baliev (22 dekabr 1987; Salyan, Azərbaycan SSR — 8 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynağa Baliev 1987-ci il dekabrın 22-də Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Hüseynağa Baliev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseynağa Baliev oktyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kiçik balinalar
Kiçik balinalar (lat. Neobalaenidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Kiçik cənub zolaqlı balina
Kiçik Cənub Zolaqlı balinası (lat. Balaenoptera bonaerensis) — Zolaqlı balinalar fəsiləsinə aid balina növü. == Xüsusiyyətləri == Kiçik Cənub Zolaqlı balinası Zolaqlı və Bığlı balinalara daxil olan ən kiçik nümayyətdədir. Bu canlıların uzunluğu 7,2–10,7 metr, çəkisi isə 5,8–9,1 t arasında dəyişir. Orta ölçülü dişilər erkəklərdən bir metr iri olurlar. Yeni doğulan balaların uzunluğu 2,4–2,8 meyrdir. Bel nahiyyəsi tünd-boz, qarın nahiyəsi isə ağ rəngdə olur. == Yayılması == Cənub yarımkürəsində yerləşən bütün okeanlarda yaşaya bilirlər. Yay ayları hətta Antarktida sahillərində belə görünürlər.
Kiçik zolaqlı balina
Kiçik Zolaqlı balina, və ya Kiçik Şimal Zolaqlı balinası,, Cırtan Zolaqlı balina (lat. Balaenoptera acutorostrata) — Balinakimilər dəstəsinə, Zolaqlı balinalar fəsiləsinə aid nov. Öz cinsinin ən kiçik növündən biri hesab edilir. Cırtan Zolaqlı balina üç yarımnövə bölünür: Şimal Kiçik balina (Balaenoptera acutorostrata) şimal yarımkürəsində yayılmışdır, Cırtan Zolaqlı balina cənub yarımkürəsinsə yayılmışdır və Kiçik cənub zolaqlı balina (Balaenoptera bonaerensis) isə tropik qurşaqlarda yayılmışdır. == Xariçi görünüşü == Üzəri tünd boz, qarnı və sinə üzgəclərinin aşağı nahiyələri ağ rəngdə olur. == Həyat tərzi == Cırtan Zolaqlı balina balıq sürüləri və planktonlarla qidalanırlar. Əsasən su səthinə yaxın ərazilərdə ov edirlər. Adətən tək və ya 2–3 başdan ibarət qruplar şəklində yaşayırlar. Adətən 3–9 dəqiqə su altında qalırlar. Ancaq 20 dəqiqəyə qədər su altında qala bilirlər.
Mavi Balina
Nataliya Baliyeva
Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000). F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s. N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Natalya Baliyeva
Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000). F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s. N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Nazikdimdik balinaquşu
Nazikdimdik balinaquşu (lat. Pachyptila belcheri) — Fırtınaquşular fəsiləsinə aid növ. Nazikdimdik balinaquşular 25–26 sm uzunluğa malik olurlar. Qanadlarının uzunluğu isə 16,6–19,1 sm arasında dəyişir. Qanadları arasında məsafə 56 sm, çəkiləri isə 115–180 q olur. Bir qayda olaraq erkəklər dişilərdən iri olur. Bədəninin üst hissəsi mavi-bozdur. Qanadlarında tünd rəngli "М" hərfinə bənzər ləkə vardır. Bədəninin ön hissəsi ağımtıldır. Növ əsasən Folklend adaları, Kergelen, Kroze adaları və olabilsin ki Cənubi Georgiya adalarında yayılmışdır.
Neoseiulus balisungsongus
Neoseiulus balisungsongus (lat. Neoseiulus balisungsongus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Panthera tigris balica
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Qar balinaquşu
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Qatil balina
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Qozbel balina
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Qrenlandiya balinası
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Qədimi balinalar
Qədimi balinalar[mənbə göstərin] (lat.
Rejö Balint
Rejö Balint (mac. Rezső Bálint; 22 oktyabr 1874, Budapeşt – 23 may 1929, Budapeşt) — yəhudi əsilli Macarıstan nevroloqu və psixiatrı. O, Balint sindromunu ilk müəyyən edən həkim kimi tanınır. Rejö Balint 22 oktyabr 1874-cü ildə Budapeştdə məskunlaşan alman-yəhudi ailəsində anadan olmuşdur. Rejö Balintin tibb institutunda oxuduğu müddətdə nəşr olunan ilk əsərləri hemiplegiyada əzələ atrofiyası hallarının öyrənilməsinə həsr olunmuşdu. O, daha sonra dorsal tabları və epilepsiyanın müalicəsini öyrənmişdir. Balint 1897-ci ildə Tibb İnstitutunu bitirmişdir. Balint 1910-cu ildə ali təhsil almış, 1914-cü ildə qeyri-adi professor, 1917-ci ildə isə tam professor olmuşdur. O, 1929-cu ildə 54 yaşında qalxanabənzər vəzi xərçəngindən vəfat etmişdir.
Mavi balina (oyun)
"Mavi balina" (rus. Синий кит) — Rusiya şəhər əfsanəsi. Bir çox ölkələrdə oynanıldığı iddia olunan internet oyunu. İddialara görə, oyun 50 təlimatdan ibarətdir və son təlimatda oyunçudan intihar etməsi istənilir. Oyunun xarakteri gəncləri cəlb edərək onlara yüngül işlər tapşırıb, sonda intihara sövq olunmasıdır.. == Tarixi == Oyun ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "ölüm qrupu" adlı bir qrup vasitəsilə yayılmağa başlamışdır. Bu oyunun səbəbindən ilk intihar 2015-ci ildə qeydə alınmışdır. Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykinin yazdığı məlumdur. Oyun səbəbindən "ən azı 16 uşağı intihara təşviq etmək" günahından həbs olunan Budeykin, "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirmişdir. O, intihara meyilli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham edilmişdir.
Balina (film, 2022)
Balina (ing. The Whale) — ssenarisi 2012-ci ildə yayımlanmış eyniadlı pyes əsasında Semuel D. Hanter tərəfindən yazılmış ssenariyə uyğun olaraq Darren Aronofskinin rejissorluğu ilə çəkilmiş və 2022-ci ildə təqdim edilmiş ABŞ psixoloji dram filmidir. Filmdə əsas rollar Brendan Freyzer, Sadi Sink, Honq Çau, Tay Simpkins və Samanta Morton tərəfindən canlandırılmışdır. Film, yeniyetmə qızı ilə münasibətlərini bərpa etməyə çalışan köklükdən əziyyət çəkən ingilis dili müəlliminin həyatından bəhs edir. Filmin premyerası 4 sentyabr 2022-ci ildə 79-cu Venesiya Beynəlxalq Film Festivalında baş tutmuş, 9 dekabrdan filmin ABŞ-də məhdud yayımına başlanılmış, 21 dekabrdan isə A24 filmin geniş yayımına start vermişdir. Aktyor ifası, xüsusilə Freyzer və Çaunun performansı yüksək qiymətləndirilsə də, film tənqidçilərin fikirlərini iki hissəyə ayırmışdır. 3 milyon ABŞ dolları büdcəsi olan film, yayım zamanı 42 milyon ABŞ dolları gəlir toplamışdır. Filmdə canlandırdığı rola görə Brendan Freyzer Ən yaxşı kişi rolu nominasiyasında Oskar mükafatı, eyni zamanda Tənqidçilərin seçimi mükafatı və Ekran aktyorları gildiyasının mükafatını qazanmış, Qızıl qlobus və BAFTA mükafatlarına namizəd göstərilmişdir. "Balina" filmi həm də Ən yaxşı qrim və saç düzümü nominasiyasında Oskar mükafatı qazanmış, Ən yaxşı ikinci plan qadın roluna görə (Çau) isə Oskar mükafatına namizəd göstərilmişdir. Həmçinin "Balina" filmi Ən yaxşı teatral film nominasiyasında Amerika Prodüserlər Gildiyasının mükafatına namizəd göstərilmişdir.
Porfiri (balina)
Porfiri (yun. Πορφύριος) — VI əsrdə Konstantinopol yaxınlığındakı sularda gəmilərə hücum edən və onları batıran böyük balina. Əlli ildən çox fəaliyyət göstərən Porfiri Bizans dənizçilərinin böyük narahatlığına səbəb olmuşdu. İmperator I Yustinian (hak. 527–565) onu ələ keçirməyi vacib məsələyə çevirmişdi, lakin bunun üçün bir yol tapa bilməmişdi. Porfiri sonda Qara dənizin ağzına yaxın sahilə çıxan zaman yerli əhali tərəfindən hücuma məruz qalmış, ardınca onlar tərəfindən parçalanmışdır. Balinaya Porfiri adını Bizans dənizçiləri tərəfindən verilmişdir. Adın mənşəyi qeyri-müəyyəndir. Bu ad haqqında ümumi fərziyyələr arasında onun dövrün arabaçısı Porfiridən və ya Yunanıstan mifologiyasının tanrılarına qarşı müharibə aparan mifoloji nəhəng Porfiriondan götürülməsi var. 1996-cı ildə Ceyms Allan Stüart Evans bu adın balinanın dəri rəngi ilə əlaqəli olduğunu irəli sürmüşdü.