Bali dənizi
Bali dənizi (ing. Bali Sea, ind. Laut Bali) — Sakit okeanında Yava adasının şərqi, Bali, Lombok, Sumbava, Sulavesi və Madura adaları arasında yerləşir. Sahəsi 40,000 km², orta dərinliyi 411 m, ən dərin yeri 1590 m təşkil edir. Səthində temperatur 27 - 28 S, duzluğu isə 33,0 - 34,0 ‰ təşkil edir. Dəniz dibində temperatur 8 - 10 S təşkil edir. Subekvatorial iqlimə sahibdir. Dənizin cənubunda yerləşən adaların bir çoxu vulkan məşəllidir: Batur (sonuncu dəfə 1926), Aqunq (sonuncu dəfə 1964), Tambora və başqaları. Əsas limanı Surabaya (Yava).
== Coğrafi yerləşməsi ==
Bali dənizi Yava dənizindən şərqdə yerləşir, həcminə görə adı çəkilən dənizdən kiçikdir.