1. is. Bazardan alınmış şeylər.
□ Bazarlıq etmək – 1) bazardan ev üçün lazımi şeylər almaq.
[Nəbi ağa:] Özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm.
Firəngiz bazarlıq edir, xörək hazırlayır, ata və oğulun yolunu gözləyirdi. ;
2) alver etmək.
Hazırda sizinlə bazarlıq edəcək tacirlərdən deyilik.
2. is. etnoqr. Ərə gedən qız üçün paltar.
Çox mübarək, çox mübarək, ölmədik, oğlumuzun toyunu gördük, – deyə Kəblə Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır.
Sabahı günü Əhməd kişi işdən qayıdandan sonra qızını evdə tapmadı. Tərs kimi bu gecə qıza bazarlıq gələcəkdi.
□ Bazarlıq etmək – toy üçün lazımi şeylər almaq.
3. sif. Bazarda satmaq üçün hazırlanan.