BEÇƏ

is. [ fars. ]
1. Bala.
2. Çolpa, cavan xoruz.
Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq, xalqı oyatdız. M.Ə.Sabir.
Dan atınca xoruz, beçələr banlar. A.Şaiq.
Xalq ehtiyac içində əziyyət çəkdiyi zaman, Tərlan ağınabozuna baxmadan, beçədən, əmlikdən kəsdirib yeyirdi. M.Hüseyn.

3. Cavan bal arısı.
□ Beçə vermək – bax beçələmək.
[Piri kişi:] Yaxşı vaxtında gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. S.S.Axundov.
Arılar beçə verən zaman kənd adamı meşəni dolanar, bu arı pətəklərindən tapar, hər birisindən pudlarla bal götürərdi. S.Rəhimov.

Beçə balı – cavan arının balı, təmiz ağ bal.
Gülpərinin İdris üçün saxladığı beçə balı, motal pendiri və kərə yağı Əlyarovun çox xoşuna gəldi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BEÇƏ arı
  • BEÇƏ çolpa — xoruz
  • BEÇƏ BEÇƏ (cavan xoruz) Dan açınca xoruz, beçələr banlar (A.Şaiq); ÇOLPA [Məsimov:] Adamın çolpa kəsməyə əli gəlmir (H

Etimologiya

  • BEÇƏ Farscadır, “uşaq, kiçik, bala” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BEÇÇƏ
BEÇƏDAN

Digər lüğətlərdə