Menaxem Begin
Meçislav Volfoviç „Menaxem“ Begin (16 avqust 1913[…], Brest, Rusiya imperiyası – 9 mart 1992[…], Tel-Əviv) — tanınmış siyasi xadim, İsrailin 7-ci baş naziri (1977-1983).
== Həyatı ==
M.Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub.
1943-cü ildə M.Begin “İrqun” təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar.
M.Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub.
1948-ci ildə İsrail dövləti yaranandan sonra M.Begin “İrqun”un əsasında “Xerut” (“Azadlıq”) partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur.
1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır.
1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M.Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.