BEHİŞT

is. [ fars. ]
1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət.
[Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? Ə.Haqverdiyev.

2. məc.Sondərəcə gözəl, mənzərəli, ürəkaçan yer haqqında.
Dünya gözümdə behişt bağına döndü. M.F.Axundzadə.
[Rüstəm:] Paris, nə Paris! Yer üzünün behişti desək, yenə xata eləməmişəm! Ə.Haqverdiyev.
[Səfər bəy:] Pəh, pəh xudavəndi-aləm gör nə gözəl yerlər yaradıb, bura nəinki “el bulağı”, lap behiştin bir guşəsi demək olar… B.Talıblı.
Bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir. M.İbrahimov.

// Şairanə təşbihlərdə.
Sən bir behiştsən, zəmzəm ziynətdir; Nə fərq elər əhvalıma, sevdiyim. M.V.Vidadi.
Mənim bağü behiştim yardır, cənnətdə karım yox. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BEHİŞT behişt bax cənnət
  • BEHİŞT cənnət

Antonimlər (əks mənalı sözlər)

  • BEHİŞT BEHİŞT – CƏHƏNNƏM Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? (Ə
BEHBUDLAŞMAQ
BEHİŞTLİK

Digər lüğətlərdə