BEYNİNİN QAPAĞI ATMAQ
BƏD AYAQDA
OBASTAN VİKİ
Beyin qurdu
Beyin qurdu (lat. Multiceps multiceps) Lentşəkilli qurdlar (lat. Cestoidea) sinfinin əsas nümayəndələrindən biridir. == Quruluşu == Ev heyvanlarının parazitlərindən söhbət açdıqda ilk növbədə qoyunlara “firlanma” və ya 2 dəlicə” xəstəliyi törədən beyin qurdu (Multiceps multiceps) parazitini yada salmaq lazımdır. Yetkin lentvari mərhələdə beyin qurdu çoban itlərinin bağırsağında rast gəlinir. Bu qurdun senur adlanana finna mərhələsi qoyun və keçilərin, nadir hallarda insanın beynində, yetkin mərhələdə isə it, canavar, tülkü və digər yırtıcı heyvanların bağırsağında parazitlik edir. Lent halı 40-100 sm uzunluğunda olub, 200-250 buğumu vardır. Başcıq hissə xortumla və 22-23 ədəd qarmaqla təchiz olunmuşdur. Balalığında şaxələrin sayı 9-26 ədədə çatır. İt və digər yırtıcı heyvanlar bu parazitə senurlu qoyun və keçi beynini yeməklə keçirlər.
Yağış qurdu
Yağış qurdu— Həlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir. Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır. Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir.
İpək qurdu
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
Bankroft sap qurdu
Bankroft sap qurdu (lat. Wuchereria bancrofti) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu parazit sap şəklində olub, limfa damarlarında ve limfa düyünlərində yaşayır. Erkək fərdin uzunluğu 4 sm, dişi fərdin uzunluğu isə l0 sm-dir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bu qurdlar limfa damarlarında külli miqdarda olduqda insanda “fil xəstəliyi” – elefantiazis törədir, ətrafların, xayaların, döş ve digər orqanların həddindən artıq şişməsinə səbəb oldularına görə də bu xəstəliyə "fil xəstəliyi" (Zoa boa) və ya elefantiazis deyilir.. Bu nematod Yetkin qurdlar ən çox limfa vəziləri və limfa damarlarında rast gəlinir. Limfa damarlarının tutulması nəticəsində onların divarları iltihabdan qalınlaşır və limfanın durğunluğu yaranır. Zədələnmiş yer ölçücə çox böyüyür. Dişilər külli miqdarda sürfələr əmələ gətirir.
Dördlər qurdu məhəlləsi
Dördlər qurdu məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin şərq hissəsində yerləşir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidəsi olan 90 faizindən çox tikililəri məhv edilmişdir. Hazırda məhəllə yarım uçmuş vəziyyətdədir.
Onurğa beyninin aparıcı yolları
Ön piramid yol ya ön qabıq-onurğa beyni yolu – lat. tractus pyramidalis s. corticospinalis anterior şüuri hərəki yoldur, beyin qabığının hərəki nahiyəsindəki piramid hüceyrələrin aksonlarından tərtib olunub, ön ciyənin içəri tərəfində yerləşmişdir. Bu yol ümumi piramid yolunun uzunsov beyində çarpazlaşmamış hissəsini təşkil edir və ön ciyə ilə aşağıya doğru gedərək döş seqmentlərinə dək davam edir. ön piramid yolu təşkil edən liflər (lat. fibrae corticospinales) onurğa beyində ayrı-ayrı seqmentlər səviyyəsində çarpazlaşıb ağ bitişməni əmələ gətirir və ön buynuzların hərəki hüceyrələrinə çatır. Örtük-onurğa beyni yolu – görmə-eşitmə reflektor yoludur, ön ciyədə ön piramid yolun içəri tərəfində yerləşmişdir; bu yol orta beyindən (dördtəpənin başlıca olaraq yuxarı qoşa təpəsindən və qismən aşağı qoşa təpəsindən) başlayıb, orada çarpazlaşıb və beyin kötüyünü keçərək onurğa beyninin ön ciyəsinə daxil olur və ön buynuzların hərəki hüceyrələri ilə rabitəyə girir. Görmə və eşitmə üzvlərindən orta beyin qapağına (dördtəpəyə) gələn impulslar (oyanmalar) lat. tractus tectospinalis vasitəsilə ön buynuzalrın hərəki hüceyrələrinə verilir və nəticədə müxtəlif hərəki reaksiyalar meydana çıxır (məsələn diksinmə hadisəsi). dəhliz-onurğa beyni (Lövental) yolu – lat.
İnsan beyninin ancaq 10%-nın işlənməsi haqqında əfsanə
İnsan beyninin ancaq 10%-nin işlənməsi haqqında mif – insan beyninin ancaq 10%-nin (başqa mənbələrdə hətta 2%, 7%, 5% və s.) iddia edən mif. Çox vaxt Albert Eynşteynə aid edilir. Hətta o fikir də var ki, insan öz beynini hansısa yollar vasitəsilə 10%-dan artıq işlədə bilər. İntellekt həqiqətəndə fərqli məşqlər ilə inkişaf etdirmək olar, lakin "insanlar ancaq beynin 10%-ni işlədir" fikri yanlışdır. Müasir araşdırmalar nəticəsində məlum olub ki, beynin hər bir hissəsi bir vəzifə yerinə yetirir və insan beyninin elə bir hissəsi tapılmıyıb ki, o işləməsin. Maqnit rezonans tomoqrafiyası və pozitron-emission araşdırmalar nəticəsində təyin olmuşdur ki, hətta yuxu zamanında belə insan beyninin bütün hissələri müəyyən səviyyədə aktiv olur. Bu əfsanənin mənşəyi Vilyam Ceymsin və Boris Sidisin işləri ola bilər. Onlar 1890-cı ildə uşağın sürətli inkişafı haqqında nəzəriyyəno Uilyam Jeyms üzərində test edirdilər və İQ nəticələr rekord səviyəyə çatdı – 250-300. Vilyam Ceyms özü bəyanət verirdi ki, insanlar öz beyninlərin tam işlətmirlər. 1936-cı ildə Deyl Karneqinin “Dostları necə qazanmaq və insanlara necə təsir etmək” kitabının başlığında amerikan yazıçı Louell Tomas yazmışdır ki, Professor Vilyam Ceyms deyir ki, insanlar beyinlərinin ancaq 10%-ni işlədir.
İnsan beyninin ancaq 10%-nin işlənməsi haqqında mif