BİLİK
BİLİKLİ
OBASTAN VİKİ
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Bilik Günü
Bilik Günü — müxtəlif ölkələrdə məktəblərdə dərslərin başladığı gün. Bu günü qeyd edən bir çox ölkədə həmin gün sentyabrın 1-nə təsadüf edir. Lakin, bəzi ölkələr (məs. Azərbaycan, Gürcüstan və Bolqarıstan) onu sentyabrın 15-də qeyd edir. == Ölkələrə görə == === Azərbaycan === Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu. Bundan əvvəl Azərbaycanda Bilik Günü sentyabrın 1-də keçirilirdi.
Bilik bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.
Bilik fondu
Bilik iqtisadiyyatı
Bilik iqtisadiyyatı — postsənaye iqtisadiyyatı və informasiya cəmiyyəti və ya bilik cəmiyyəti ilə xarakterizə olunan yenilikçi iqtisadiyyatın ən yüksək inkişaf mərhələsi; eyni zamanda — dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatı və cəmiyyətinin böyük inkişafının növbəti mərhələsi. İndiyə qədər bilik iqtisadiyyatı ABŞ tərəfindən və qismən AB tərəfindən yaradılmışdır. == Terminin mənası == Bilik iqtisadiyyatı termini çox vaxt yenilikçi iqtisadiyyatın sinonimi kimi istifadə olunur. Lakin, bilik iqtisadiyyatı yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bilik cəmiyyətinin və ya informasiya cəmiyyətinin əsası, təməlidir. Bilik iqtisadiyyatı, inkişafın əsas amillərinin bilik və insan kapitalı olduğu bir iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın inkişaf prosesi insan kapitalının keyfiyyətinin yüksəldilməsindən, həyat keyfiyyətinin yaxşılaşdırılmasından, yüksək texnoloji biliklərin, innovasiyaların və yüksək keyfiyyətli xidmətlərin istehsalından ibarətdir. Sosiologiyada: Gündəlik Texnoloji İnqilabın İqtisadiyyatı. Bilik iqtisadiyyatı post-sənaye iqtisadiyyatı və yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bu səbəbdən ABŞ, Almaniya, Böyük Britaniya, Koreya Respublikası və Yaponiya kimi ən inkişaf etmiş ölkələr üçün ən xarakterikdir. Ədəbiyyatda inkişaf etmiş və gələcək cəmiyyətlərin və iqtisadiyyatların digər tərifləri mövcuddur. Vurğulamaq lazımdır ki, bilik iqtisadiyyatı ilə innovasiya iqtisadiyyatı arasındakı əsas fərq, ilk bilik vəziyyətində bazara çıxarıla bilən daxili bir əmtəə halına gəlməsidir.
Qutadqu-bilik
Qutadqu-bilik və ya Qutadğu bilig — Yusif Xas Hacib Balasaqunlunun əsəri. Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Qaşqarda bitirmişdir, yazıb Qaraxani sultanı Satıq Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür. Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır. Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan "Şahnamə"yə bənzədiyi üçün iranlılar onu "türk Şahnaməsi" də adlandırmışlar. Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsir altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir.
Ümumi bilik
Ümumi məlumat ya da Ümumi bilik Müxtəlif vasitələrlə zamanla toplanan məlumatlardır. Tədqiqatlar müəyyən edib ki, müəyyən bir sahədə yüksək biliklərə malik olan insanlar bir çox sahədə məlumatlı olurlar. Həmçinin, ümumi biliyin uzunmüddətli semantik yaddaş qabiliyyəti ilə dəstəkləndiyi düşünülür.
Bilik mühəndisliyi
Bilik mühəndisliyi — süni intellekt elmləri sahəsinin bir hissəsidir və ekspert sistemlərinin və bilik bazalarının inkişafı ilə bağlıdır. Bilik sistemlərinin qurulması, saxlanması və tətbiqi ilə bağlı bütün texniki, elmi və sosial aspektlərə aiddir və sistem komponentlərinin proqram təminatının tətbiqindən əvvəl biliklərin çıxarılması, təmsil olunması, strukturlaşdırılması və istifadəsi üsullarını və vasitələrini öyrənir. Bilik mühəndisliyi, biliyin kodlaşdırılmasına yönəlmiş biliyin idarə edilməsi strategiyasında təşkilati biliklərin toplanması, saxlanması və istifadəsini təşkil etmək üçün biliklərin idarə edilməsində istifadə olunur. == Tərifi == Bilik mühəndisliyi (BM) 1983-cü ildə Edvard Albert Feygenbaum və Pamela MakKordak tərəfindən belə izah edilmişdir: Hal-hazırda bu, belə sistemlərin yaradılmasını və saxlanmasını da əhatə edir. O, həmçinin proqram təminatının inkişafı ilə sıx bağlıdır və süni intellekt tədqiqatları kimi bir çox informasiya tədqiqatlarında, o cümlədən bilik bazaları, data mining, ekspert sistemləri, qərar qəbuluna dəstək sistemləri və coğrafi informasiya sistemlərində istifadə olunur. BM müxtəlif elmi fənlərdə, məsələn, sosiologiyada da istifadə olunan riyazi məntiqlə əlaqələndirilir, burada tədqiqatın məqsədi insanların sosial davranışını anlamaq və cəmiyyətdə insanlar arasındakı münasibətlərin məntiqini təhlil etməkdir. Bilik mühəndisliyi məlumatların toplanması və emalı mərhələsində texniki vasitələrdən istifadə etməklə həyata keçirilə bilən vahid strategiyanın tətbiqini nəzərdə tutur. O, avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) ilə yaxından əlaqəlidir və tətbiq yerini tapır. Biliyə əsaslanan mühəndislik obyektiv prinsipləri və qaydaları CAD və digər ənənəvi mühəndislik proqram vasitələri ilə birləşdirir. 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində Stenford Universitetində DENDRAL sistemi, daha sonra isə MYCIN yaradılmışdır.
Bilik təşkilatı
Bilik təşkilatı (ing. Knowledge Organization) — məlumatın və biliklərin strukturlaşdırılması, təsnif edilməsi, saxlanılması və istifadəsi prosesidir. Bu konsepsiya, insanların və ya sistemlərin müəyyən bir mövzuyla bağlı bilikləri necə təşkil etdiyini və bu bilikləri necə tapıb istifadə etdiyini araşdırır. Bilik təşkilatı kitabxanaçılıq, informasiya elmi, idarəetmə və təhsil kimi sahələrdə mühüm rol oynayır və effektiv məlumat mübadiləsi üçün əsasdır. == Əsas məqsədləri == === Məlumatın daha asan tapılması və əldə edilməsi === Yaxşı təşkil edilmiş biliklər məlumatın tez və asan tapılmasına imkan verir. Bu, kitabxana və ya verilənlər bazasında müəyyən bir kitabı, məqaləni və ya faylı tapmaq üçün təsnifat sistemlərinin yaradılması ilə həyata keçirilir. === İnformasiyanın idarə olunması və istifadəsi === Təşkil edilmiş biliklər həm fərdi, həm də təşkilati səviyyədə səmərəli idarə oluna bilər. Məsələn, korporativ məlumatlar düzgün təşkil edildikdə, işçilər lazımi məlumatı tez taparaq qərar qəbul etmədə daha səmərəli ola bilərlər. === Biliklərin paylaşılması və mübadiləsi === Təşkil edilmiş biliklər həm daxili, həm də xarici auditoriya ilə daha rahat paylaşılır. Məsələn, məlumatın yaxşı strukturlandığı bir şirkətdə işçilər bir-birilə daha səmərəli şəkildə bilik mübadiləsi edə bilirlər.
Bilik Fondu (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur. 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. == Vəzifələri == Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək; Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq; azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək; şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədilə lazımi tədbirlər həyata keçirmək; gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək; sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək; Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək; Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək; Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

Azərbaycan Respublkası Prezidenti yanında Bilik Fondu
Biliklər bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.
Biliklərin təşkili

Digər lüğətlərdə