BOYAMAQ

f.
1. Bir şeyi boyağa salaraq və ya bir şeyə boya sürtərək ona müəyyən bir rəng vermək; rəngləmək. Bezi boyamaq. Qapıları boyamaq. Saçlarını boyamaq.
// Məc. mənada.
Meşənin üzərində bir yaylaq qızartısı artır, getdikcə meşəni boyayırdı. S.Rəhimov.

2. məc. Batırmaq, bulamaq, qərq etmək. General Nakaşidzenin başı parçalanmışdı.
Ağzını tez-tez açıb yumur, qanlara boyadığı Bakıya vida edirdi. M.S.Ordubadi.

3. Kirləndirmək, ləkələndirmək, batırmaq. Uşaq əllərini mürəkkəbə boyadı.
4. Bir şeyin çoxluğunu, bolluğunu bildirir.
[Heydər bəy:] Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOYAMAQ rəngləmək
  • BOYAMAQ batırmaq — bulamaq
  • BOYAMAQ kirləndirmək — ləkələndirmək
BOYAMA
BOYANA

Digər lüğətlərdə