BUĞLANMAQ

f.
1. Buğ olmaq, buğa çevrilmək, buğ halına gəlmək; buxarlanmaq. Günəşin təsiri ilə yerdəki sular buğlanır.
2. Buğ vermək, buğ çıxmaq.
Buludlar parçalanır, torpaq buğ verir, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı. M.İbrahimov.
Ramazanla yanaşı oturan qonağın qarşısındakı dolu boşqab buğlanırdı. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BUĞLANMAQ buxarlanmaq
BUĞLANMA
BUĞLATMA

Digər lüğətlərdə