BUN

n 1. yağlı / şirin kökə; 2. saç dəstəsi

BUMPY
BUNCH
OBASTAN VİKİ
Karla van der Bun
Karla van der Bun (d. 9 sentyabr 1968) — Niderlandı təmsil edən su poloçusu. Karla van der Bun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Bun (dairə, Kentukki)
Bun dairəsi (ing. Boone County) — ABŞ-nin Kentukki ştatının dairəsi.
Dejö Buncak
Dejö Buncak (mac. Dezső Bundzsák; 3 may 1928 – 1 oktyabr 2010, Budapeşt) — Macarıstan futbolçusu və məşqçisi. Buncak oyunçu karyerası boyu yalnız "Vaşaş" klubunda çıxış etmişdir və Macarıstan millisinin üzvü olmuşdur. Məşqçi kimi isə həm Avropa, həm də Afrikada çalışmışdır. Kişkunhalaş şəhərində doğulan Buncak 1950-ci ildə "Vaşaş" klubunda peşəkar karyerasına başladı. O, klubda keçirdiyi 14 mövsüm ərzində 249 oyuna 73 qol vura bilmişdir. Klubla 1957/1958 mövsümündə Çempionlar Kubokunda çıxış etmişdir. 1956-1961-ci illərdə o, həmçinin Macarıstan milli futbol komandasının heyətində 25 dəfə meydana çıxmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir. Buncak bir sıra yunan klublarında məşqçilik etmişdir, onların sırasına Piyerikos, Panionios, Apollon Afina və Panaxaiki klubları daxildir. Bundan başqa o, 1979-cu ildə Misir milli komandasına və 1980-1982-ci illərdə doğma "Vaşaş" klubuna başçılıq etmişdir.
Drakula: Ölüdür və bunu sevir (film, 1995)
Drakula: Ölmüş və bunu sevmiş (ing. Dracula: Dead and Loving It) — 1995-ci ildə istehsal olunmuş filmdir. Drakula: Ölüdür və bunu sevir — Internet Movie Database saytında.
Euonymus bungeanus
Euonymus maackii (lat. Euonymus maackii) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Jurinea bungei
Jurinea bungei (lat. Jurinea bungei) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Luis Bunuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.
Luis Bunyuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.
Maliek Bundloss
Maliek Bundloss (21 mart 1995) — Yamaykalı peşəkar kişi BMX velosipedçisi. Maliek Bundloss Yamaykanı beynəlxalq yarışlarda təmsil edir. Maliek Bundloss 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.684 saniyəlik nəticəsi ilə 78-ci yeri tutdu.
Ornithogalum bungei
Hirkan quşsüdü (lat. Ornithogalum hyrcanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Status-VU D2. Çoxillik ot bitkisidir. Soğanağı yumurtvari, 1 sm enində, 2 sm uzunluğundadır. Gövdənin hündürlüyü 12–20 (26) sm-dir. Yarpaqları 2–4 (6) ədəd, enli, xətvari 5–12 (15) mm enində, ucu sivri, gövdədən uzundur. Çiçəkləri 2–4 96) ədəd, sıx ovaldır.
Phytoseius bunya
Phytoseius bunya (lat. Phytoseius bunya) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius bunya Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pinus bungeana
Pinus bungeana (lat. Pinus bungeana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Robert Vilhelm Bunzen
Robert Vilhelm Bunzen (31.3.1811, Göttingen – 16.8.1899, Haydelberq) — alman kimyaçısı, Peterburq Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1862-ci ildən). Göttingen Universitetini bitirmiş (1830), təhsilini Fransada, İsveçrədə, Avstriyada, İtaliyada təkmilləşdirmişdir (1832–33), Göttingen Universitetində (1834–36), Kasseldə Ali Texniki Məktəbdə (1836–38) işləmiş; Marburq (1838–51), Breslau (1851–52) və Heydelberq (1852–89) universitetlərinin professoru olmuşdur Əsas tədqiqatları qeyri-üzvi, analitik və fiziki kimya sahələrinə aiddir. Arsen-üzvi birləşmələrini tədqiq etmişdir (1837–43). Kakodil As(CH3)2 radikalının formulunu müəyyən etmiş və onun oksidinin başqa maddələrlə reaksiyasını öyrənərək, radikallar nəzəriyyəsinin yaranması üçün zəmin hazırlamışdır. Karbon-sink qalvanik elementini ixtira etmiş (1841) və onun köməyi ilə əridilmiş xloridlərin elektrolizindən maqnezium (1852), litium, kalsium, stronsium və barium (1854–55) metallarını almışdır (1841). Domna sobalarında çuqunun əridilməsi prosesini və domna qazlarının tərkibini tədqiq etmişdir (1838 və 1845). “Qazometrik metodlar” (1857) əsərində təsvir etdiyi kimi qaz analizinin əsaslarını işləyib hazırlamışdır. Bunzen müxtəlif metal duzlarının buxarları ilə boyanan alovun spektrlərini öyrənmiş (1854, Q.R. Kirxhofla birlikdə) və bununla spektral analizin başlanğıcını qoymuşdur (1859), onun vasitəsilə Kirxhofla birlikdə sezium (1860) və rubidium (1861) elementlərini kəşf etmişdir. Kimyəvi proseslərə işığın təsirini tədqiq etmiş (ingilis kimyaçısı H. Rosko ilə birlikdə ) və fotokimyəvi reaksiyanın məhsulunun miqdarı ilə reaksiya sisteminə düşən şüalanma enerjisinin miqdarı arasında asılılığı kəşf etmişdir (1862, Bun zen–Rosko qanunu). Yağ ləkəli fotometri (1843), qazlampasını (1855), buz kalorimetrini (1870) ixtira etmiş, indiumun istilik tutumunu ölçmüşdür.
Sən bunu bilməlisən (film, 1961)
Kinolentdə xəstəliklərin vaxtında qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin vacibliyindən söhbət gedir. Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Tamilla Bunyatova
Tamilla Faiq qızı Bunyatova (8 fevral 1950, Bakı) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Tamilla Faiq qızı Bunyatova 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alıb. Beş il müxtəlif sahələrdə işləyib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsində təhsil alıb. Tamilla Faiq qızı Bunyatova 01 dekabr 1976-cı ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır. Teatrda debütü "Cırtdan" tamaşasında Arıq roludur. 1988-ci ildə rejissor Namiq Ağayevin quruluş verdiyi Ədbürrəhimbəy Haqverdiyevin "Pəri cadu" tamaşasında oynadığı Hafizə obrazı "Ən yaxşı qadın rolu" mükafatı ilə təltiflənib. 1995-ci ildən aparıcı səhnə ustasıdır. Aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.
Viktor Bunak
Viktor Valerianoviç Bunak (rus. Бунак, Виктор Валерианович) (22.9.1891, Moskva – 11.4.1979, Moskva) — Rusiya antropoloqu. Moskva Universitetini (1912) bitirmiş, Moskva Dövlət Universitetinin professoru (1925–48) olmuşdur. 1922-ci ildə D. N. Anuçinlə birlikdə MDU-nun Antropologiya Elmi Tədqiqat İnstitutunu yaratmış, 1923–30-cu illərdə onun direktoru, 1943–48-ci illərdə SSRİ EA Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin müdiri işləmişdir. Ən iri Rusiya antropoloji ekspedisiyasına (1955–59) rəhbərlik etmişdir. Fiziki antropologiyanın bütün bölmələrinə, o cümlədən insan morfologiyasına, etnik və təkamül antropologiyasına dair fundamental əsərlərin müəllifidir. Bunak hamı tərəfindən qəbul edilən göz rəngləri cədvəlini işləyib hazırlamış; konstitusional tiplərin yeni təsnifatını yaratmış; tətbiqi antropologiyanın və standartlaşdırmanın əsasını qoymuşdur. Antropogenez nəzəriyyəsinə dair tədqiqatlarında həmin dövr üçün yeni olan famnogenetik konsepsiyaya əsaslanmışdır. İrqlərin genezisində xronoloji cəhətdən 3 müxtəlif mərhələni ayırmışdır: ən qədim (irqlərin tropik qolu), qədim (cənub qolu) və müasir liyə ən yaxın (qərb və şərq qolları). İrqlərin populyasiya konsepsiyasını qabaqlayaraq, insan irqlərini tarixən formalaşmış dəyişkən statistik kateqoriyalar kimi nəzərdən keçirmişdir.
Viktor Bunyakovski
Viktor Yakovleviç Bunyakovski (16.12.1804, Podolsk quberniyası, Mogilyov qəzasının Bar şəhəri, indiki Ukrayna – 12.12. 1889, Sankt-Peterburq) — rus riyaziyyatçısı, Peterburq Elmlər Akademiyasının akademiki. (1830; 1864–89-cu illərdə vitse-prezident). Təhsilini Koburqda, Lozannada, Parisdə (1820–25) almışdır. Elmi və pedaqoji fəaliyyətinə Sankt-Peterburqda başlamış (1826), 1846–59-cu illərdə Sankt-Peterburq Universitetinin professoru olmuşdur. Bunyakovskinin tərtib etdiyi “Sırf riyazi və tətbiqi riyaziyyat leksikonu” (1839) elmi terminologiyanın yaradılmasında böyük əhəmiyyət kəsb etmişdir. Onun “Ehtimal nəzəriyyəsinin riyazi əsasları”nda (1846) həm ehtimal nəzəriyyəsinin, həm də onun sığortaya və demoqrafiyaya tətbiqinin orijinal şərhləri vardır. Riyazi analizdə Bunyakovski bərabərsizliyi məlumdur. Həndəsi tədqiqatlarında Evklidin paralellik haqqında aksiomuna böyük diqqət yetirmişdir. 1878-ci ildə Peterburq Elmlər Akademiyası Bunyakovski adına mükafat təsis etmişdir.
Xatia Buniatişvili
Xatia Buniatişvili (gürc. ხატია ბუნიათიშვილი) — gürcü pianoçu. 21 iyun 1987-ci ildə Tbilisi şəhərində anadan olub. Üç yaşı olarkən anasının rəhbərliyi altında böyük bacısı ilə birlikdə pianoda ifa etməyi öyrənməyə başlayıb. Altı yaşında olarkən kamera orkestri ilə Tbilisidə ilk konsertini verib. On yaşında Lüksemburq, Monako, İtaliya, Avstriya, Danimarka, Rusiya, Ukrayna, Ermənistan, İsrail, ABŞ, Fransa, Almaniya, Belçika, Niderland, İsveçrədə konsertlərlə çıxış etməyə dəvət olunub. Buniatişvili Tbilisi orta musiqi məktəbini bitirib. 2004-cü ildə Tbilisi dövlət konservatoriyasına daxil olub. Təhsilini Tengiz Amirecibinin rəhbərliyi altında alıb. Xatiya 2003-cü ildə konservatoriyanın tələbəsi olarkən, Kiyevdə gənc pianoçuların Beynəlxalq müsabiqəsində Horoviç adına, həmçinin Yelizaveta Leonskayanın təsisçisi olduğu, birinci gənc gürcü musiqiçilərinə dəstək müsabiqəsində xüsusi mükafat alıb.
Xatiya Buniatişvili
Xatia Buniatişvili (gürc. ხატია ბუნიათიშვილი) — gürcü pianoçu. 21 iyun 1987-ci ildə Tbilisi şəhərində anadan olub. Üç yaşı olarkən anasının rəhbərliyi altında böyük bacısı ilə birlikdə pianoda ifa etməyi öyrənməyə başlayıb. Altı yaşında olarkən kamera orkestri ilə Tbilisidə ilk konsertini verib. On yaşında Lüksemburq, Monako, İtaliya, Avstriya, Danimarka, Rusiya, Ukrayna, Ermənistan, İsrail, ABŞ, Fransa, Almaniya, Belçika, Niderland, İsveçrədə konsertlərlə çıxış etməyə dəvət olunub. Buniatişvili Tbilisi orta musiqi məktəbini bitirib. 2004-cü ildə Tbilisi dövlət konservatoriyasına daxil olub. Təhsilini Tengiz Amirecibinin rəhbərliyi altında alıb. Xatiya 2003-cü ildə konservatoriyanın tələbəsi olarkən, Kiyevdə gənc pianoçuların Beynəlxalq müsabiqəsində Horoviç adına, həmçinin Yelizaveta Leonskayanın təsisçisi olduğu, birinci gənc gürcü musiqiçilərinə dəstək müsabiqəsində xüsusi mükafat alıb.
Yeni Bunab
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir — Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Zanthoxylum bungeanum
Zanthoxylum simulans (lat. Zanthoxylum simulans) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Zanthoxylum bungei
Zanthoxylum simulans (lat. Zanthoxylum simulans) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Çox gözəl hərəkətlər bunlar (televeriliş, 2008)
Çox gözəl hərəkətlər bunlar — 2008-ci il mayın 28-i Kanal D-də yayımlanmağa başlayan əyləncə televerilişidir. Yılmaz Ərdoğanın rəhbərliyi altında BKM Mutfak aktyorlarının səhnə aldığı verilişdə, əvvəllər izləyicilərdə xal verərək oyunlarda aktiv olmuş, lakin daha sonra bu səhnədən götürülmüş ancaq sketçlər verilmişdir. Yılmaz Ərdoğanın qardaşı Dəniz Ərdoğan, məşhur melodiya olan Kamptoun Reyses adlı Amerikan xalq musiqisinə söz yazmaq surəti ilə, verilişin giriş musiqisini hazırlamışdır. Həmçinində komandanın Çox filim hərəkətlər bunlar adlı tammetrajlı kinoteatr filmidə vardır. 4 sezondan ibarət olan televeriliş 2011-ci il iyunun 26-sı 89-cu seriyasında final edərək çəkimləri dayandırmışdır. Aktyorlar mövzusunu tamamilə özləri yazdıqları sketçləri oynamağa başlayır, və hər oyunun sonunda verilişin aparıcısı olan Yılmaz Ərdoğan izləyicilərin arasından çıxar və aktyorların performanslarının qiymətləndirilməsini istəyər. İzləyicilər qiymətləndirərkən ÇGH (Çox Gözəl Hərəkət), GH (Gözəl Hərəkət) kimi qiymətləndirmələrdən istifadə edirlər. Ən yüksək qiymətləndirmə ÇÇGH (Çox Çox Gözəl Hərəkət), ən aşağı qiymətləndirmə isə Yəniidir (türk. Yanii). ÇÇGH ilk dəfə 6-cı seriyada Əmanət Bomba adlı sketçdə verilmişdir.
İkievli bunduq
ABŞ və Kanadada, Texas və Luizianadan Ontorio və Cənubi Dakotayadək, düzənliklərdə, çay kənarında və Appalaçın aşağı nəmişli yaruslarında rast gəlinir. Bu növə bəzən Kanada bunduqu da deyilir. Hündürlüyü 25 m-ə çatan, geniş və seyrək çətirli, düz gövdəli ağacdır. Yarpaqları tökülən, ikiqat lələkvari, uzunluğu 60-70 sm, eni 8 sm-ə çatır. Yarpaqcıqları tünd yaşıl, 8 sm enindədir. Çiçəkləri seyrək salxımlarda yerləşir, sarımtıl-yaşıl rəngli, kiçik və ətirlidir. Meyvəsi paxladır, uzunluğu 8-16 sm-ə, eni 3-5 sm-ə çatır, ətli, şabalıdı qonur rəngdədir. Toxumları dəyirmi, yastı və bozumtul qara, uzunluğu 20 mm, qalınlığı 10 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. Münbit və rütubətli torpaqlara tələbkar və işıqsevəndir.
İvan Bunin
İvan Alekseyeviç Bunin (rus. Иван Алeксeeвич Бунин; 22 oktyabr 1870, Voronej, Rusiya imperiyası – 8 noyabr 1953[…], Parisin 16-cı dairəsi[d], Fransa) — rus yazıçı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1909), Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısı (1933). İvan Alekseyeviç Bunin Nobel mükafatına layiq görülən ilk rus yazıçısıdır. Mərkəzi Rusiyada, Voronej yaxınlığında doğulmuşdu. Atası kökləri XIV əsr Litva cəngavərlərinə gedib çıxan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə etdiklərindən Buninlər demək olar ki, tam müflis vəziyyətə düşmüşdülər. Gələcək yazıçı ilk təhsilini evdə almış, 11 yaşında isə Yeletsk gimnaziyasında oxumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraxmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi.
Əhməd bin Qasım əl-Buni
Əbülabbas Əhməd ibn Qasım bin Məhəmməd Sasi ət-Təmimi əl-Buni (1653, Əlcəzair – 1726) — Hədis və fiqh alimi, şair. 1063-cü (1653-cü) ildə əl-Cəzayirin şərqindəki Bunə (Annabə) qəsəbəsində doğulmuşdu. Haqqında çox az bilgi vardır. İlk təhsilini tanınmış bir hədis alimi olan atasından aldı. Daha sonra Şimali Afrikanın müxtəlif şəhərlərini, Misiri və daha başqa yerləri dolaşaraq dövrün məşhur alimlərindən qiraət, təfsir, hədis və Maliki fiqhi oxudu. Təhsil həyatını bitirdikdən sonra Bünədə yerləşərək hədis rəvayəti və kitab nəşri ilə məşgul oldu və 1726-cı ildə orada vəfat etdi. Oğulları Məhəmməd və Əhməd də dönəmlərinin tanınmış elm adamlarındandır. Buninin çoxu hədis ilimlərinə dair manzum və mənsur, böyüklü kiçiklü 100-dən artıq əsəri vardır. Bunları "ət-Tacrif bi-ma lil-fakiri minət-təvaiii" adlı kitabında zikr etmişdir. Adil Nüvəyhiz "Mtıccəmü aclamiI-Cəzair" adlı kitabında Bunfnin əsərlərindən qirx dörd dənəsinin adını verir.

Digər lüğətlərdə