BÖLÜNMƏK

f.
1. Parçalanmaq, xırdalanmaq, hissələrə ayrılmaq. Hüceyrələr bölünüb artır. Buz ikiyə bölündü.
2. riyaz. Qalıqsız başqa ədədə bölünə bilmək. On beşə bölünür.
3. Ayrılmaq. Dəstəmiz bir meşənin yanında üç hissəyə bölündü.
4. məch. Paylaşdırılmaq, bölüşdürülmək. Vəzifələr kollektivin üzvləri arasında bölündü.
BÖLÜNMƏ
BÖLÜNMƏZ

Digər lüğətlərdə