1. Müəyyən qaydada qatlanmış. Bükülmüş xalça. Bükülmüş kağız.
2. Sarınmış.
Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı…
[Gülnazın] çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı.
3. Əyilmiş, qatlanmış. Bükülmüş bel. Bükülmüş boyun.