BƏDƏNNÜMA

sif. [ ər. bədən və fars. nüma] Adətən bədənnüma ayna (güzgü) şəklində işlənir – başdan-ayağa bütün bədəni göstərən böyük güzgü. [Ağa Mərdan:] A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım.
(Bədənnüma aynaya baxır). M.F.Axundzadə.
[Nazimə] bədənnüma güzgü qabağında dayanıb başını darayanda, saçlarındakı ağ tükləri görəndə sinəsindən … dərin bir ah qopurdu. Mir Cəlal.
[Qərənfil] bədənnüma güzgünün qabağında durub, uzun qara saçlarını darayırdı. M.Hüseyn.

// is. Bədənnüma ayna.
Səhərdir … gün düşür pəncərələrdən; Yanır büllur qablar, bədənnümalar. O.Sarıvəlli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏDƏNNÜMA BƏDƏNNÜMA (güzgü, ayna) Həmzə bədənnüma güzgünün qabağına keçib özünə ötəri bir nəzər saldı (Ə.Qasımov); TRÜMO

Etimologiya

  • BƏDƏNNÜMA Bədən ərəbcədir, nüma isə farsca nümudən (göstərmək) məsdəri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BƏDƏNDAM
BƏDƏSİL

Digər lüğətlərdə