CƏ:N

(Cəbrayıl)
bataqlıq bitkisi. – Gedək cə:n bişməyə
CƏMLƏ
CƏNCƏŞMƏX’
OBASTAN VİKİ
Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)
Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner. == Həyatı == Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Fransanın Cənub və Antarktika əraziləri
Fransız Cənub və Antarktik əraziləri, qısaça FCAƏ (fr. Terres australes et antarctiques françaises, (TAAF), rəsmi adı Territoire des Terres australes et antarctiques françaises) — Fransanın sahib olduğu dənizönü əraziləri. == Coğrafiya == Sen-Pol, Amsterdam, Kroz və Kerqelen arxipelaqları Hind okeanın cənubunda, Eparse adaları Madaqaskarın qərbində, Adeli Torpağı isə Fransanın Antarktidada yerləşən ərazilərdir. === Amsterdam arxipelaqı === Arxipelaq iki adadan və onların yaxınlıqlarında yerləşən qayalıqlardan ibarətdir. Vulkanik məşşəllidir. Ən hündür nöqtəsi De lya Div dağı 867 metr yüksəkliyə malikdir. Ekvatora yaxınlığına baxmayaraq Antarktidadan gələn soyuq küləklər onun iqliminə öz təsirini göstərir. İqlimi yumşaq və dəyişməzdir. Ən soyuq (iyul, avqust) ayları + 11°S, yay ayları isə (fevral) 17,5° təşkil edir. Ada ağaclarla örtülüdür (insanla bura gələnə qədər ancaq otlar bitirdi).
Fransız Cənub və Antarktika əraziləri vulkanlarının siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Fransız Cənub və Antarktika ərazilərindəki vulkanların siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Günün cəngavəri (film, 2010)
Günün cəngavəri (ing. Knight and Day) — Ceyms Menqoldun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan döyüş komediya filmi. == Süjet xətti == Tom Kruz təsadüfən adi bir qızla — Kameron Diazla tanış olan qəhrəman gizli agentdir və o tanış olduğu həmin qızı tükənməz enerji mənbəyi yaratmağın açarı olan super güclü batareyanı öz cinayətkar məqsədləri üçün istifadə etməyə çalışan cinayətkarlardan mühafizə etmək vəzifəsinə cəlb edir. Filmdə deyilir ki, bu akkumulyator hətta kiçik bir şəhəri də mütəmadi olaraq enerji ilə təmin etməyə qadirdir: bu batareyanı ələ keçirmək üçün bundanda gözəl səbəb ola bilərmi? Gizli agent batareya ilə birlikdə onu yaradan gənc alimi — yenicə məktəbi bitirmiş və təkbaşına yaratdığı batareyasını onlardan müdafiə edə bilməyən cinayətkarlardan mühafizə etməlidir. Bu zaman agentlə qız arasında sevgi münasibətləri də yaranır, lakin onlar bu münasibətləri ön plana çəkmirlər, onların əsas vəzifəsi batareyanı cinayətkarlardan hifz etməkdir.
Hacıabad (Cənubi Xorasan)
Hacıabad — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zirkuh bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,333 nəfər və 1,026 ailədən ibarət idi.
Haitinin Cənub-Şərq departamenti
Cənub-Şərq departamenti (fr. Le département du Sud-Est, h.kreol Sidès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahəsi — 2 034 km², əhalisi — 575 293 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Jakmel.
Haitinin Cənub departamenti
Haitinin Cənub departamenti (fr. Le Département du Sud, h.kreol Sid) — Haiti Respublikasının 10 departamentindən biri. Sahəsi — 2654 km², əhalisi — 704 760 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Le-Ke.
Kale cəngəlliyi
Kale cəngəlliyi (fr. Jungle de Calais) — Fransanın Kale şəhərində yerləşən qaçqın düşərgəsi. 2015-ci ildə Avropa miqrant böhranı zamanı düşərgə qlobal diqqət çəkmişdir. 2016-cı ilin may ayında düşərgədə 5 min qaçqın yaşayırdı.
Kanespi (Sumay-i Cənubi dehistanı)
Kanespi (fars. كانسپي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (39 ailə).
Kara (Cənubi Koreyalı qrup)
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Keçəgünbəd (Cəng Almaz)
Keçəgünbəd (fars. كچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kimberli (Cənubi Afrika Respublikası)
Kimberli (Kimberley) — Cənubi Afrikadə şəhər. Şimali Kap vilayətinin mərkəzi. Əhalisi 210,800 ibarət olan şehər. Narınc (Orange) çaylnşn qolu sayınan Vaal çayln sahillərində yerləşən şəhərdir. Şəhərin adı ölkənin almaz paytaxtı kimi tanınır.
Kiçik cənub zolaqlı balina
Kiçik Cənub Zolaqlı balinası (lat. Balaenoptera bonaerensis) — Zolaqlı balinalar fəsiləsinə aid balina növü. == Xüsusiyyətləri == Kiçik Cənub Zolaqlı balinası Zolaqlı və Bığlı balinalara daxil olan ən kiçik nümayyətdədir. Bu canlıların uzunluğu 7,2–10,7 metr, çəkisi isə 5,8–9,1 t arasında dəyişir. Orta ölçülü dişilər erkəklərdən bir metr iri olurlar. Yeni doğulan balaların uzunluğu 2,4–2,8 meyrdir. Bel nahiyyəsi tünd-boz, qarın nahiyəsi isə ağ rəngdə olur. == Yayılması == Cənub yarımkürəsində yerləşən bütün okeanlarda yaşaya bilirlər. Yay ayları hətta Antarktida sahillərində belə görünürlər.
Mak-Merdo — Cənub qütbü şossesi
Mak-Merdo — Cənub qütbü şosesi (ing. McMurdo-South Pole highway) — Antarktidada yerləşən və uzunluğu 1450 km olan, Amerikaya məxsus olan Mak-Merdo və Amundsen-Skott stansiyaları arasında yerləşir. Yol qarın müəyyən yerlədə kürüdülməsi yolu ilə çəkilmişdir. Hazırda məsafəni sürücülər qaz yerişi ilə maşınlarla 10 günə qət edirlər. Vaqonlar xüsusi xizəklərdə hərəkət edir. Bu vaqonlarda ayaq yolu və yataq otağı vardır. Yolla bağlı tikinti işləri 2002-ci ilin sonları başlamışdır. Tikinti işləri 2006-cı ilin yayında başa çatmışdır. Mak-Merdo şelf buzlağı və Antarktida platosu düzən olduğundan 48 kilometrlik mədafə qısa vaxt ərzində inşa edilmişdir. Hündürlüyü 2000 metr olan sahələrdə çətinliklər yaranmışdır.
Malta cəngavərləri
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
Mavi cənub tunesi
Mavi cənub tunesi(Thunnus maccoyii) — Xanıkimilər dəstəsindən balıq növü.
Mirzə Məhəmməd xan Səfdər Cəng
Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng Baranlı və ya daha çox tanındığı adı ilə Səfdər Cəng (15 dekabr, 1708 - 5 oktyabr, 1754) — Aud nəvvabı. Səfdər Cəng Böyük Moğol imperiyasının zəiflədiyi dövrdə saraydakı əsas şəxslərdən biri olmuşdur. O, Audun ikinci nəvvabı olmuş və bu vəzifədə həm dayısı, həm də qayınatası olan Səadət Əli xanı əvəz etmişdir. Ondan sonrakı bütün Aud nəvvabları Səfdər Cəngin soyundan gələn şəxslər olmuşdurlar. O, Azərbaycan hakimləri Qaraqoyunlu sülaləsinin soyundan gəlirdi. 1739-cu ildə o, həm dayısı, həm də qayınatası olan I Bürhan-ül-Mülk Səadət Əli xanı devirərək Aud taxtına oturdu və oranı 19 mart 1739-cu ildən 5 oktyabr 1754-cü ilə qədər idarə etdi. Böyük Moğol imperatoru olan Məhəmməd şah ona Səfdər Cəng titulunu vermişdir. Bacarıqlı hakim olan Səfdər Cəng nəinki Auddakı sabitliyi qoruyub saxlaya bilmiş, eyni zamanda artıq hakimiyyəti zəifləmiş Məhəmməd şaha da yüksək səviyyədə dəstək göstərmişdir. Bundan qısa müddət sonra ona Kəşmirin də hakimliyi verilmiş və Dehli sarayında əsas fiqurlardan birinə çevrilmişdir. O, Məhəmməd şahın hakimiyyətinin son illərdə bütün imperiya üzərində hakim mövqeyə sahiblənmişdi.
Misilsiz cənab Foks (cizgi filmi, 2009)
Misilsiz cənab Foks (ing. Fantastic Mr. Fox) — Ves Andersonun rejissorluğu və onun Noa Baumbax ilə birlikdə yazdığı ssenari əsasında çəkilmiş 2009-cu animasiya filmi. Film Roald Dalın eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Personajları Corc Kluni, Meril Strip, Jason Schwartzman, Bill Mürrey, Willem Dafoe və Owen Wilson səsləndirib. "Mümkün olmayan hər şeyi unudun.. Fantastik bir dünyaya xoş gəlmisiniz." Filmin qəhrəmanı Cənab Tülkü bir ailə başçısıdır. O, ailəsini bəsləmək üçün ən hiyləgər, ən vəhşi üsullardan istifadə edir. Uzun müddətdir ki, Cənab Tülkü imkanlı kəndlilərdən toyuq, ördək oğurlamaqdadır. Və artıq insanlar bundan bezib.
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti (CQDU) (qaz. М. О. Әуезов атындағы Оңтүстік Қазақстан мемлекеттік университеті (ОҚМУ)) (əvvəllər — Qazaxıstan Kimya Texnologiyaları İnstitutu, Cənubi Qazaxıstan Texniki Universiteti) — 76 texniki və humanitar ixtisas üzrə təhsil verən Çimkent şəhərində yerləşən dövlət nəznində olan ali təhsil müəssisəsi. 1943-cü ildə qurulmuşdur. Böyük Vətən Müharibəsinin dövründə, SSRİ Xalq Komissarları Sovetinin 19 iyun 1943-cü il tarixli qərarı ilə 679B saylı Qərara uyğun olaraq İnşaat Materialları Texnoloji İnstitutunun yaradılması qərara alındı. Həmin il 29 iyun tarixində SSRİ Xalq Komissarlığı yanında Ümumittifaq Ali Təhsil Komitəsi və SSRİ Tikinti Materialları Komissarı “Qazaxıstan SSR-in Çimkent şəhərində Texnoloji Tikinti Materialları İnstitutunun təşkili haqqında” əmr verdi. Sovetskaya küçəsindəki (indiki Kazbek B) pedaqoji məktəbin binası universitetə ​​verildi. Əslində, institutun açılışında böyük bir töhfə verən, inşaat sahəsinə ehtiyac duyulan ixtisaslı mütəxəssislərin təcili olaraq ən yüksək orqanlara çatdırılmasıdır. 1940-cı il 30 mart 2012-ci ildə Almatı vilayətinin Taldıkorqan rayonunun Erkin kəndində anadan olmuşdur. Huak qəbiləsindən gəldi. 1958-59-cü illər Ukrayna SSR Dneprodzerjinskdəki 8 nömrəli texniki məktəbdə təhsil almışdır.
Müxlis Cənizadə
Müxlis Mirsabir oğlu Cənizadə (26 noyabr 1928 – 10 dekabr 1972) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960). Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Naməlum cənub torpaq
Naməlum cənub torpaq (lat. Terra Australis Incognita) — XV-XVIII əsrə aid dünya xəritələrində cənub yarımkürəsində təsvir edilən nəzəri materik. Hər xəritəçəkənin öz istəyinə görə təsvir etdiyi bu ərazidə dağ, meşə və çaylar da təsvir olunurdu. Bu materikin mövcudluğu barədə fərziyyələr belə bir yanlış təsəvvürə əsaslanırdı ki, Şimal yarımkürəsindəki geniş quru ərazilərinin qarşılığı kimi Cənub yarımkürəsində də böyük quru sahəsi olmalıdır, əks təqdirdə Yer baş-ayaq çevrilər. Sonradan Antarktida kəşf olunsa da, həmin dövrdə onun barəsində heç nə məlum deyildi, həm də Antarktidanın ölçüləri cənub torpağı barədə fərziyyələrdə irəli sürüləndən çox kiçikdir. Bu terminin yaradıcısı məşhur yunan mütəfəkkiri Aristoteldir. Naməlum cənub torpağın xəritədə təsviri Eratosfen tərəfindən qeyd edilmişdir. Bu xəritədə Naməlum cənub torpaq Afrikanın qurtaracağı kimi təsvir olunmuşdu. Naməlum cənub torpağın mövcud olması barəsində dəqiq məlumat yoxdur.
Naçiti Kuranlı (Çaroymaq-i Cənubişərqi dehistanı)
Naçiti Kuranlı (fars. ناچيت كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (39 ailə).