Dördbucaqlı
Dördbucaqlı — bir müstəvi üzərində dörd təpəsi və dörd tərəfi olan çoxbucaqlıya deyilir. Dördbucaqlılar qabarıq və çökük(qabarıq olmayan) olur.
Qabarıq dördbucaqlı-tərəfləri özündə saxlayan düz xəttlər üzərində dördbucaqlının daxilinə aid nöqtə yoxdursa,bu dördbucaqlı Qabarıq Dördbucaqlı adlanır.
== Xassələri ==
İxtiyari qabarıq dördbucaqlının sahəsi diaqonalları ilə aralarındakı bucağın siniusunin hasilinin yarısına bərabərdir.
Dördbucaqlının bucaqları cəmi 360°-yə bərabərdir.
Dördbucaqlının daxilinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı bucaqlarının cəmi 180°-yə bərabər olsun:
(
∠
A
+
∠
C
=
∠
B
+
∠
D
=
180
∘
{\displaystyle ~\angle A+\angle C=\angle B+\angle D=180^{\circ }}
).
Dördbucaqlının xaricinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun:(
A
B
+
C
D
=
B
C
+
A
D
{\displaystyle ~AB+CD=BC+AD}
)
== Dördbucaqlının növləri ==
Trapesiya — iki qarşı tərəfi paralel olan dördbucaqlı
Paraleloqram — qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlı
Düzbucaqlı — bütün bucaqları düz bucaq olan dördbucaqlı
Romb — bütün tərəfləri bərabər olan dördbucaqlı
Kvadrat — bütün tərəfləri bərabər və bütün bucaqları düz bucaq olan dördbucaqlı
Deltoid — iki cüt bitişik tərəfləri bərabər olan dördbucaqlı
== Dördtərəfli ==
Baxmayaraq ki, bu ad dördbucaqlı adına ekvivalent ola bilər, bu anlayış üçün bəzi məna əlavə olunur. Belə ki, heç bir ikisi paralel olmayan və heç bir üçü bir nöqtədən keçməyən dörd düz xətt dördtərəfli adlanır.
Bu cür konfiqurasiyaya Evklid həndəsəsinin bəzi iddialarında rast gəlinir ki, (məsələn, Menelay teoremi, Qauss düz xətti, Ober düz xətti və s.) tez-tez bütün düz xətlər qarşılıqlı əvəz oluna bilirlər.