Naçaram, mən naçaram; Yaman dərdə düçaram. ( ).
□ Düçar etmək – üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq.
[Hacı Qara:] Amma bu zəmanədək [qanınızı] tökən olmayıb, indi sizi əcəl çəkəçəkə mənə düçar edibdir!
Fəda olum sənə, Seyyid sənin qulamındır; Bu qədr zillətə etmə onu düçar, ey dust!
[Xırdaxanım:] …Dərbədər olsun məni bu evə düçar eyləyən!
Düçar olmaq – 1) mübtəla olmaq, tutulmaq, başına gəlmək.
Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya.
[Molla Seyfulla] böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib, “əstəğfürullah” deyir.
Yaşardı gözlərim, oldum o gündən eşqə düçar. ;
2) rast gəlmək, rastlaşmaq, üz-üzə gəlmək, təsadüf etmək.
Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar.
[5-ci məhbus:] Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vaxt dərviş dərvişə düçar olmaq kimidir. ;
3) məruz qalmaq, uğramaq, üz vermək. Nə möhnətdir, bu möhnət bilmirəm, Heyran düçar olmuş. Heyran xanım.
Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu.