DƏNİYAR
DƏNİZXAN
OBASTAN VİKİ
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Atiyə Dəniz
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Ağ dəniz
Ağ dəniz — Şimal Buzlu Okeanda dəniz. Əsasən Rusiyanın ərazisi ilə əhatələndiyi üçün daxili dəniz hesab olunur. Ən əhəmiyyətli limanı Arxangelskdir.
Barens dəniz
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Dəniz respublikaları
Dəniz respublikaları (it. Repubbliche marinare) — İtaliyada Orta əsrlərdə yaranmış və inkişaf etməyə başlamış şəhər dövlətlərinə verilən ümumi ad. Şəhər dövlətlərindən ən tanınmışları Piza, Genuya və Venesiya şəhər dövlətləri olmuşdur. Bu dövlətlər bir-biri ilə istər iqtisadi istərsədə siyasi baxımdan rəqabət aparır və biri-digərini özündən aslı vəziyyətə salmağa çalışırdı. X-XIII əsrlərdə İtaliya şəhər dövlətləri Aralıq dənizində yerləşən ticarət yollarına nəzarət etmək və ərazidə daha da güclənmək üçün öz hərbi donanmalarını formalaşdırmağa başlamışdılar. Bu baxımdan şəhər dövlətlərinin donanmaları Səlib yürüşlərində iştirak edən hərbi birliklərə çox kömək etmişdir. Səlibçilərin dənizdən dəstəyini Venesiya şəhər dövləti başda olmaqla digər şəhər dövlətləri qarşılayırdı. Dəniz respublikaları öz mövcudluqlarını qoruyub saxlaya bilmək üçün müxtəlif zamanlarda böyük imperiyalar ilə vassal müqavilələri imzalamış və ya bir-birlərinə qarşı aparılan döyüşlərdə müttəfiqlərini hərbi donanma ilə təmin etmişdilər. == Ümumi mənzərə == Dəniz respublikaları şəhər dövlətləri idi. Əsasən müstəqil dövlət olaraq formalaşmış və daxili-xarici siyasətdə müstəqil qərarlar qəbul etməkdə sərbəst idilər.
Dəniz samuru
Dəniz samuru (lat. Enhydra lutris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin enhydra cinsinə aid heyvan növü. Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir. Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir.
Dəniz sinerariyası
Dəniz sinerariyası — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Aralıq dənizi ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-60 sm olan,çoxillik koldur.Ağ-gümüşü rəngli yarpaqları bitkiyə dekorativ görünüş verir.Lələkvari bölünmüş yarpaqlarının aşağı hissəsi gümüşü tüklərlə örtülmüşdür.Apreı-may aylarında çiçəkləyir.Çiçəkləri sarı rəngdədir.Toxum və qələmlərlə çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar deyil,lakin,yüngül torpaqlarda daha yaxşı inkişaf edir. == Azərbaycanda yayılması == Mədəni şəraitdə Bakıda,Gəncədə,Balakəndə,Qubada və s. şəhər və rayonlarda becərilir. == İstifadəsi == Bağ və parklarda canlı çəpərlərin salınmasında,bordür və müxtəlif dekorativ kompozisiyaların yaradılmasında geniş istifadə olunur. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). == Dəniz suyunun xüsusiyyətləri == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Dəniz sıfı
Dəniz sıfı (lat. Sander marinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12-13 köndələn ləkə olur. Birinci bel üzgəcində 12-14 şaxəsiz, ikinci bel üzgəcində 1-3 şaxəsiz, 14-16 şaxəli, anal üzgəcində isə 2 şaxəsiz, 11-12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78-84 arasında dəyişir. == Yayılması == Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır.
Dəniz səviyyəsi
Dəniz səviyyəsi — okean və dənizlərdə sərbəst su səthinin şərti qəbul edilmiş başlanğıça nisbətən şaquli xətt üzrə vəziyyəti. Dəniz səviyyəsi ağırlıq qüvvəsinin, həmçinin qabarma və çəkilmə, atmosfer təzyiqi, günəş radiasiyası, materik axını və s. təsiri nəticəsində daim dəyişir. Dəniz səviyyəsi orta çoxillik, orta illik, orta aylıq, orta günlük və "ani" olur. Orta çoxillik dəniz səviyyəsi dənizin sakit vaxtındakı səviyyəsinə uyğundur. Bu səviyyə quruda mütləq yüksəklik və dənizdə dərinliklər hesablanarkən başlanğıç səviyyə kimi qəbul edilir. Müxtəlif dəniz və okeanlarda suyun səviyyəsi küləyin istiqamətindən və gücündən, qabarma və çəkilmədən, buzların əriməsindən, çayların gətirdiyi sulardan asılı olaraq dəyişilir. Lakin dənizlərin orta səviyyəsi isə hər yerdə eynidir. == İstinadlar == == Xarici keçidlər == Sea level rise - How much and how fast will sea level rise over the coming centuries? Past.
Dəniz tısbağaları
Dəniz tısbağaları (lat. Chelonioidea) — tısbağalar dəstəsinə aid heyvan fəsiləüstü. == Xüsusiyyətləri == Daim su mühitində yaşamağa uyğunlaşmış iri sürünənlər (zirehinin uz. 1,4 m-ədək, kütləsi 400 kq-a qədər olur). Zirehi hündür deyil, sürüşgən qərni qalxancıqlarla örtülüdür. Sümükdən olan bel qalxanı qabırğalar və kənar qatlar arasında deşiklərin əmələ gəlməsi hesabına yüngülləşmişdir. İri başı və kürəkşəkilli ətrafları çanağa yığılmır, yoğun və qısa boynu isə qismən yığılır. Dəniz tısbağaları ətrafların (xüsusilə arxa ətraflara nisbətən çox iri ön ətrafların) kürəkvarı hərəkəti ilə yaxşı üzür və suya baş vururlar. Yalnız birləşmiş vəziyyətdə olan 1-3-cü barmaqlarda qısa caynaqlar var. Əksəriyyəti balıqlar, mollyusklar, dərisitikanlılar, xərçəngkimilər, bağırsaqboşluqlular və süngərlərlə qidalanır; ən irisi sayılan yaşıl tısbağa (Cheloniamydas) yosunlarla qidalanır.
Dəniz ulduzları
Dəniz ulduzları (lat. Asteroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Təqribən 1600 müasir növü var. Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Əksəriyyətinin uzunluğu 12–25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. == Həyat tərzi və xarici quruluşu == Dəniz ulduzu dənizdə yaşayır. Suyu nisbətən az duzlu olan dənizlərdə yaşaya bilmir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür, dəniz çəkildikdə isə çox zaman daşların yosunların altında qalır. Bədən formaca beşguşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər.
Dəniz ulduzu
Dəniz ulduzları (lat. Asteroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Təqribən 1600 müasir növü var. Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Əksəriyyətinin uzunluğu 12–25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. == Həyat tərzi və xarici quruluşu == Dəniz ulduzu dənizdə yaşayır. Suyu nisbətən az duzlu olan dənizlərdə yaşaya bilmir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür, dəniz çəkildikdə isə çox zaman daşların yosunların altında qalır. Bədən formaca beşguşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər.
Dəniz xalqları
Dəniz xalqı — Tunc dövrünün sonunda, e.ə. XIII əsrdə Şərqi Anadolu bölgəsi bölgəsi, Suriya, Fələstin, Kipr və Misiri işğal edən, Aralıq dənizində yaranmış xalqlardır. Misir ərazisinə 2 dəfə hücum etmişdilər. Birinci hücumları nisbətən uğurlu olsa da, ikinci hücumunda Misir fironu III Ramzes onları məğlub etmişdir. Bu məğlubiyyətdən sonra onlar Aralıq dənizinə köç etmişlər. Dəniz xalqı tərəfindən Het dövləti süquta uğradılmışdır. Dəniz xalqı təxminən e.ə. 1450 və e.ə. 1150-ci illər arasında mövcud olmuşdu. == Kontekst == XX əsrdə "Dəniz xalqı"nın vətənini Dorilər tərəfindən süqut edən "Mikeniya sivilizasiyası"nı hesab edirdilər: "Beləliklə, XIII və XI əsrlər arasına Mikeniya sivilizasiyası ağır məğlubiyyətə uğradıldı, hansı ki, bu məğlubiyyətdən sonra bir daha qüdrətini bərpa edə bilmədi".
Dəniz xan
Dəniz Xan - türk və altay mifologiyasında dəniz xaqanı. Tengiz (Dengiz, Teniz) Xan olaraq da deyilir. Monqollar isə Tengis Xan şəklində xatırlayarlar. Oğuz xanın ilk yoldaşından olan oğullarından biri. Türk Dövlətinin dənizlərdəki suverenliyinə və genişliyinə işarədir. Onqonu "tetraçalan" kuşudur. Bu quş maviyə çalan rəngi səbəbiylə dənizi xatırladar. Bundan başqa dastandakı göydən enən qurd mavi bir işığın içindədir və bu eyni zamanda göyün rəngidir. Çingiz Xanın adını bu söylenceye (və ya bu anlayışdan) ilhamlanaraq etdiyi deyilər. Çünki Çingiz gerçək adı deyil, bir ünvan olaraq verilmişdir.
Dəniz xiyarları
Dəniz xiyarları (lat. Holothuroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi.
Dəniz xəstəliyi
Dəniz xəstəliyi bir digə adı ilə yırğalanma olan bu hal gəmidə olarkən dəniz bərk dalğalandıqda, təyyarədə və ya maşında gedərkən baş verə bilir. əsas səbəbi daxili qulağın vestibulyar aparatının qıcıqlanmasıdır. əsasən sağlamlığı zəif adamlarda və vegetoniklərdə baş verir. əsas səbəblərdən biri vestibulyar aparatın oyanması zamanı qanda natriumun miqdarının azalmasıdır. iki variantda özünü göstərir: astenik variant zamanı baş ağrısı, ürəkbulanma, qusma, iştahanın pozulması, başgicəllənmə, soyuq tər, bradikardiya, hipotoniya, huşun tormozlanması və yuxuculuq əlamətləri özünü göstərir. ajiotajlı variantda isə oyanma, ağızda quruluq və yanğı hissi, tez-tez sidik ifrazına meyillik, taxikardiya, hipertoniya müşahidə olunur. əlamətlər adətən yırğalanma qurtardıqdan sonra keçir.
Dəniz yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Dəniz yovşanı
Dəniz zanbaqları
Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. == Haqqında == Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar.
Dəniz zəlzələsi
Dəniz çovdarçısı
Dəniz çovdarçısı (lat. Charadrius alexandrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Dəniz çöküntüləri
Dəniz çöküntüləri - dəniz hövzələrinin dib çöküntüləri == Haqqında == Dəniz çöküntüləri termin dar çərçivədə dənizlərin, geniş mənada isə Dünya okeanının çöküntüləri üçün tətbiq edilir. Dəniz çöküntüləri müxtəlif mənşəli: terrigen (qurudan gətirilən), biogen (dəniz orqanizmləri vasitəsilə yaradılan), vulkanogen (sualtı və yerüstü vulkan tullantılarından yaranan), xemogen (kimyəvi və ya biokimyəvi yolla dəniz suyundan çökmüş) olur. Bu və ya digər kompanentin üstünlük təşkil etməsinə görə dəniz çöküntüləri terrigen, biogen, vulkanogen və hemogen tiplərə bölünür. Terrigen çöküntülər (qırıntılı, gilli) daha geniş yayılmışdır ki, onların da qranulometrik tərkibi dəniz suyunun müxtəlif tipli hərəkətlərinin (dalğa, axın) təsiri altında və dibin relyefindən asılı olaraq formalaşır. Mötədil iqlimli humid zonanın dərin dənizlərində diatom çöküntüləri yaranır, tropik zona dənizlərində isə biogen karbonattoplanma prosesi gedir (mərcan, qabıq, foraminifer və b.). Xemogen (karbonat, halogen) tipli dəniz çöküntüləri əsasən arid zonanın qitədaxili dənizlərində əmələ gəlir. Dəniz çöküntüləri adətən bu və ya digər dəniz fauna və flora qalıqları saxlayır. Dayaz şelf çöküntülərində bu qalıqlar daha çox olur, dərinlik çöküntülərində isə çox az və ya heç olmur. == Dəniz çöküntülərinin təsnifatı == Dəniz çöküntülərinin təsnifatı müasir dəniz hövzələri çöküntülərinin qrup, tip və yarım tipə bölünmə sistemi. Dəniz çöküntülərinin təsnifatı ilk dəfə Merrey və Renar (1891) təklif etmişlər.
Dəniz ördəkcikləri
Dəniz ördəkcikləri (lat. Lepadomorpha) — heyvanlar aləminin buğumayaqlılar tipinin thecostraca sinfinin bığayaqlı xərçənglər dəstəsinə aid heyvan yarımdəstəsi. Bədəni əhəngli lövhəciklərlə örtülüdür. Ətli daban saplağı vasitəsilə substrata yapışır. Bədəninin uzunluğu 5–6 sm-dir. 320-dək növü məlumdur. Lepas cinsindən olanlar təkcə dənizin dibində deyil, həm də suda üzən əşyalara, həmçinin gəmilərin alt hissəsinə yapışaraq yaşayır. Əsasən, isti qurşaq dənizlərində yayılmışdır. Scalpellum cinsinə mənsub növləri, əsasən, dərinlikdə (dənizin 7 km-dək dərinliyində də tapılmışdır) yaşayırlar.
Dəniz şabalıdı
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
"Azərbaycan"da dəniz səyahəti (film, 1976)
"Azərbaycan"da dəniz səyahəti — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Məzmun == Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Fikrət Əsgərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti. == Haqqında == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 160 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir. == Tarixi == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edilən şəxslər == "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təltif edilir. == Taxılma qaydası == "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduz formalı, diametri 40 mm olan lövhədən ibarətdir. === Medalın ön tərəfi === Guşələri ikitərəfli hamar şüalı olan üst ulduzun üzərində iki tərəfdən konturlanmış dairəvi zolaq yerləşdirilmişdir. Zolağın yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN", aşağı hissəsində qövs boyunca "XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ" sözləri yazılmışdır. "AZƏRBAYCAN" sözündən sol tərəfdə "1858", sağ tərəfdə "2018" rəqəmləri həkk olunmuşdur. Yazılarla rəqəmlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" yubiley medalı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edilən şəxslər == "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təltif edilir. == Taxılma qaydası == "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduz formalı, diametri 40 mm olan lövhədən ibarətdir. === Medalın ön tərəfi === Guşələri ikitərəfli hamar şüalı olan üst ulduzun üzərində iki tərəfdən konturlanmış dairəvi zolaq yerləşdirilmişdir. Zolağın yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN", aşağı hissəsində qövs boyunca "XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ" sözləri yazılmışdır. "AZƏRBAYCAN" sözündən sol tərəfdə "1858", sağ tərəfdə "2018" rəqəmləri həkk olunmuşdur. Yazılarla rəqəmlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
"Koroğlu" dənizdə (film, 1966)
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar. 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir. == Tarixi == Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir. 1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib.
"Sualtı Hücum" Dəniz Xüsusi Təyinatlıları
Sualtı Hücum, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabit ve gizirlərindən seçilən xüsusi təyinatlı dəstədir. == Tarixi == Azərbaycanın Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları 1999-cu ilinde Türkiyənin SAT (Sualtı Taarruz Grup Komutanlığı.Türkiye) təlimatçılarının yardımları ile qurulmuşdur.2004-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Little Creek Amphibious Base, hərbi bazasında Navy Seal xüsusi təyinatlarıyla ortaq təlimə qatıldılar.2005-ci ildə Azərbaycanla ABŞ arasında dəniz təhlükəsizliyi üzrə hərbi əməkdaşlıq imzalandı. Bu eyni zamanda Sualtı Hücum xüsusi təyinatlılarının yetişdirilməsinə böyük töhfə verdi. == Vəzifələri == Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi, sahilyanı dövlət əhəmiyyətli obyektlərin qorunmasından ibarətdir. Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları quruda, dənizdə, havada istənilən tapşırıqları icra etmək qabiliyyətinə malikdir. == Təlim prosesi == Gələcək kursantlar yalnız artığ müddətli hərbi xidmət keçmiş gənclər arasından seçilir. Təlim prosesi təxminən 50 həftədir. Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlanır. Bu süzgəc tədbirlərinin başında isə Cəhənnəm Həftəsi adlanan çətin bir sınağ durur. Cəhənnəm Həftəsi fiziki hazırlıq cəhətdən xüsusi çətinlik ilə fərqlənsə də, ilk növbədə gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir.
1951 Aralıq dənizi Oyunları
1951 Aralıq dənizi Oyunları — 1951-ci ilin 5–20 oktyabr tarixləri arasında Misirin İsgəndəriyyə şəhərində keçirilmiş ilk Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 734 atlet iştirak etmişdir.
1955 Aralıq dənizi Oyunları
1955 Aralıq dənizi Oyunları — 1955-ci ilin 15–25 iyul tarixləri arasında İspaniyanın Barselona şəhərində keçirilmiş ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 1135 atlet iştirak etmişdir.
1959 Aralıq dənizi Oyunları
1959 Aralıq dənizi Oyunları — 1959-cu ilin 11–23 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 11 ölkədən 792 atlet iştirak etmişdir.
1963 Aralıq dənizi Oyunları
1963 Aralıq dənizi Oyunları — 1963-cü ilin 21–29 sentyabr tarixləri arasında İtaliyanın Neapol şəhərində keçirilmiş dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 13 ölkədən 1057 atlet iştirak etmişdir.
1967 Aralıq dənizi Oyunları
1967 Aralıq dənizi Oyunları — 1967-ci ilin 8–17 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş beşinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 12 ölkədən 1249 atlet iştirak etmişdir. Bu qadınların da iştirak etdiyi ilk Aralıq dənizi Oyunları idi.
1971 Aralıq dənizi Oyunları
1971 Aralıq dənizi Oyunları — 1971-ci ilin 6–17 oktyabr tarixləri arasında Türkiyənin İzmir şəhərində keçirilmiş altıncı Aralıq dənizi Oyunları. Bu oyunlarda 14 ölkədən 1362 atlet iştirak etmişdir. Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk stadionu olmuşdur.
1975 Aralıq dənizi Oyunları
1975 Aralıq dənizi Oyunları — 1975-ci ilin 23 avqust – 6 sentyabr tarixləri arasında Əlcəzairin eyniadlı şəhərində keçirilmiş yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 15 ölkədən 2444 atlet iştirak etmişdir.
1983 Aralıq dənizi Oyunları
1983 Aralıq dənizi Oyunları — 1983-cü ilin 3–17 sentyabr tarixləri arasında Mərakeşin Kasablanka şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 16 ölkədən 2180 atlet iştirak etmişdir.
1987 Aralıq dənizi Oyunları
1987 Aralıq dənizi Oyunları — 1987-ci ilin 11–25 sentyabr tarixləri arasında Suriyanın Latakiya şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2180 atlet iştirak etmişdir.
1991 Aralıq dənizi Oyunları
1991 Aralıq dənizi Oyunları — 1991-ci ilin 28 iyun – 12 iyul tarixləri arasında Yunanıstanın Afina şəhərində keçirilmiş on birinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2762 atlet iştirak etmişdir.
1993 Aralıq dənizi Oyunları
1993 Aralıq dənizi Oyunları — 1993-cü ilin 16–27 iyun tarixləri arasında Fransanın Langedok-Russilyon regionunda keçirilmiş on ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 20 ölkədən 2598 atlet iştirak etmişdir.
1997 Aralıq dənizi Oyunları
1997 Aralıq dənizi Oyunları — 1997-ci ilin 13–25 iyun tarixləri arasında İtaliyanın Bari şəhərində keçirilmiş on üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963-cü ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 2999 atlet iştirak etmişdir.
2001 Aralıq dənizi Oyunları
2001 Aralıq dənizi Oyunları — 2001-ci ilin 2–15 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş on dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 23 ölkədən 3041 atlet iştirak etmişdir. Bu oyunlar Tunisdə, həm də eyni şəhərdə 1967-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Beləliklə də Tunis şəhəri Aralıq dənizi Oyunlarına iki dəfə ev sahibliyi etmiş ilk və hələlik yeganə şəhər tituluna sahib olmuşdur.
2005 Aralıq dənizi Oyunları
2005 Aralıq dənizi Oyunları — 2005-ci ilin 24 iyun – 3 iyul tarixləri arasında İspaniyanın Almeriya şəhərində keçirilmiş on beşinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 3214 atlet iştirak etmişdir.
2009 Aralıq dənizi Oyunları
2009 Aralıq dənizi Oyunları — 2009-cu ilin 25 iyun – 5 iyul tarixləri arasında İtaliyanın Peskara şəhərində keçirilmiş on altıncı Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963 və 1997-ci ildən sonra üçüncü dəfə keçirilmişdir. Bu oyunlarda 23 ölkədən 3368 atlet iştirak etmişdir.
2013 Aralıq dənizi Oyunları
2013 Aralıq dənizi Oyunları — 2013-cü ilin 20–30 iyun tarixləri arasında Türkiyənin Mersin şəhərində keçirilmiş on yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlar Türkiyədə 1971-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 24 ölkədən 3064 atlet iştirak etmişdir.
2018 Aralıq dənizi Oyunları
2018 Aralıq dənizi Oyunları — 2018-ci ilin 22 iyun – 1 iyul tarixləri arasında İspaniyanın Tarraqona şəhərində keçiriləcək on səkkizinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955 və 2005-ci illərdən sonra üçüncü dəfə keçiriləcək.
2021 Aralıq dənizi Oyunları
2021 Aralıq dənizi Oyunları — 2021-ci ildə Əlcəzairin Vəhran şəhərində keçiriləcək on doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlar Əlcəzairdə 1975-ci ildən sonra ikinci dəfə keçiriləcək.

Digər lüğətlərdə