DƏRDƏCƏR

sif. Azarlı, dərdli, xəstə, nasaz, zəif. Dərdəcər adam. Dərdəcər uşaq.
□ Dərdəcər olmaq – dərdə düşmək, azara düşmək.
Mehdi tutulandan sonra Nəbi ya dərdəcər olub öləcək, ya da üzə çıxacaqdır. Qaçaq Nəbi”.
[Hacı Qara:] Durub gedim evə, tədarükümü görüm, … yoxsa qüssədən dərdəcər ollam. M.F.Axundzadə.
[Cənnətəli:] Vallah, az qalmışam dərdəcər olum. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏRDƏCƏR azarlı — dərdli — xəstə — nasaz — zəif

Etimologiya

  • DƏRDƏCƏR Dilimizdə südəcər, dərdəcər kimi sözlər mövcuddur. Qaynaqlarda əcər müstəqil söz kimi verilib və “yemək” anlamında izah olunub
DƏRDBİLMƏZ
DƏRDƏSƏR

Digər lüğətlərdə