DƏSTGİR

is. [ fars. ] köhn.
1. Kömək edən, əldən tutan; yardımçı, himayəçi, köməkçi.
Tutsan əlini məni-fəqirin; Həqq ola həmişə dəstəgirin. Füzuli.
Deyirlər ki, cəmi füqəranın dəstgiridir. Ə.Haqverdiyev.

2. Tutulmuş, əl-qolu bağlanmış; əsir.
□ Dəstgir etmək – tutmaq, əlinə keçirmək, başını bağlamaq, əsir etmək. Uzaq valilərinə də kağız göndər.
Hər nə xan varsa, dəstgir edib Tehrana göndər. C.Cabbarlı.
Camal … dərin meşələrə girib maralları dəstgir edirdi. S.Rəhimov.

Dəstgir olmaq – ələ keçmək, təslim olmaq, əsir olmaq.
// məc. Əsir, məşğul.
Xanpəri bu fikirlərin əlində dəstgir ikən divar saatı on ikini vurdu. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏSTGİR dəstgir bax 1. köməkçi 1; 2. əsir 1
DƏSTGAH
DƏSTGİRƏ
OBASTAN VİKİ
Dəstgir (Meşkinşəhr)
Dəstgir (fars. دستگير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (57 ailə).
Dəstgird
Dəstgird – İranın İsfahan ostanının Bürxar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,524 nəfər və 4,028 ailədən ibarət idi.
Dəstgird (dəqiqləşdirmə)
Dəstgird, Dəstcird, Dəstcerd:
Dəstgirdə (Tarım)
Dəstgirdə (az.-əski. دستگیرده‎, fars. دستجرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,169 nəfər yaşayır (386 ailə).

Digər lüğətlərdə