DAŞKƏSƏN

sif. xüs. Tikinti üçün daşları müəyyən ölçüdə kəsən; daşqıran. Daşkəsən maşın.
DAŞKA
DAŞQALAQ
OBASTAN VİKİ
Daşkəsən
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində şəhər. Yaşayış məntəqəsi 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır. İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
Daşkəsən (qəsəbə, Daşkəsən)
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Daşkəsən (1946)
Daşkəsən (1973)
Filmdə mədənçilər şəhəri Daşkəsən haqqında danışılır. Mədənçilərin yalnız fədakar əməyi barədə deyil, həm də onların məişəti, qayğıları barədə də söhbət açılır.
Daşkəsən (Azərşəhr)
Daşkəsən (fars. داشكسن‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 447 nəfər yaşayır (117 ailə).
Daşkəsən (Cəbrayıl)
Daşkəsən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizağ nahiyəsinin Daşkesen kəndi olaraq keçir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilib. Cəbrayıl rayonunun Süleymanlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Daşkəsən təpəsi adlı yerin ş.-ində salındığına görə belə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Daşkəsən (Meşkinşəhr)
Daşkəsən (fars. داش كسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 324 nəfər yaşayır (71 ailə).
Daşkəsən (Miyanə)
Daşkəsən (fars. داش كسن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (16 ailə).
Daşkəsən (Qürvə)
Daşkəsən (fars. داش كسان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 359 nəfər yaşayır (80 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Daşkəsən (Sayınqala)
Daşkəsən (fars. داش كسن‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (38 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Daşkəsən (Vərziqan)
Daşkəsən (fars. داشكسن‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (39 ailə).
Daşkəsən (dəqiqləşdirmə)
Daşkəsən — Azərbaycanda şəhər. Daşkəsən rayonu — Azərbaycanda rayon. Daşkəsən qəsəbəsi — Azərbaycanda qəsəbə. Daşkəsən (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Daşkəsən (qəzet) — Azərbaycanda qəzet.
Daşkəsən (qəsəbə)
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Daşkəsən (qəzet)
Daşkəsən (Çaldıran)
Daşkəsən (fars. داشكسن‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (6 ailə).
Daşkəsən (Çaroymaq)
Daşkəsən (fars. داش كسن‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (7 ailə).
Daşkəsən bələdiyyələri
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşkəsən bələdiyyəsi

Daşkəsən nekropolu
Daşkəsən nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə fərqlənir. Burada uzadılmış vəziyyətdə dəfn adətindən tutmuş, kəllənin altına kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə, həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı və sadə qablar aşkar olunmuşdur. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Daşkəsən qəsəbəsi
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Daşkəsən rayonu
Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Daşkəsən şəhəridir. Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur.
Daşkəsən şəhəri
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində şəhər. Yaşayış məntəqəsi 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır. İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
Gəlinqaya (Daşkəsən)
Gəlinqaya — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kənd Gəlin qayası adlı dağın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Gəlinqaya kənd kitabxana filialı, Gəlinqaya kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Kollu (Daşkəsən)
Kollu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Kənd kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmışdır. Kəndin köhnə adı Köhnəqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin sonunda Qarabağdan köçüb gəlmiş Məhərrəm adlı şəxs salmışdır. Hazırda kənddə məhərrəmli nəsli mövcuddur. Sonralar kənd əhalisi qərbə doğru 1–2 km. kəndin yerini dəyişmiş, əvvəlki yer isə Köhnəqışlaq adlanmışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Kollu kənd kitabxana filialı, Kollu kənd klubu fəaliyyət göstərir.
Kəmərqaya (Daşkəsən)
Kəmərqaya (əvvəlki adı: Şarukkar) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Şarukkar kəndi Kəmərqaya kəndi adlandırılmışdır. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqarçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 2020-ci ildə kənddəki 134 fərdi yaşayış evinə təbii qaz verilib. Kənddə Kəmərqaya kənd kitabxana filialı, Kəmərqaya kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəb fəaliyyət göstərir.
Daşkəsən (film, 1946)
Daşkəsən (film, 1973)
Filmdə mədənçilər şəhəri Daşkəsən haqqında danışılır. Mədənçilərin yalnız fədakar əməyi barədə deyil, həm də onların məişəti, qayğıları barədə də söhbət açılır.
Daşkəsən Dövlət Rəsm Qalereyası
Daşkəsən rayon Dövlət Rəsm Qalereyası — 1986-cı ildən Azərbaycan Respublikasının Nazirlər kabinetinin sərəncamı ilə fəaliyyətə başlamışdır. Qalereyada ştat üzrə 4 nəfər işçi çalışır. Onlardan 1 nəfər ali təhsilli, 3 nəfər isə orta təhsillidir. Ümumi sahəsi 40 m2-dir, 1 otaqdan ibarətdir. Qalereyada tanınmış, peşəkar və o cümlədən, yerli, həvəskar rəssamların müxtəlif həcmdə çəkdikləri əsərlər və şəkillər nümayiş olunur. Hazırda Daşkəsən rayon Dövlət Rəsmlər Qalereyasının balansında 33 rəsm əsəri vardır. Həvəskar və yerli rəssamların qalereyaya bağışladığı şəkillərlə birgə 60 əsər nümayiş olunur. Belə ki, qalereyada tanınmış rəssamlardan M.Rəhmanzadənin, B.Mirzəzadənin, V.Ağayevin, Ç.Fərzəliyevin və başqalarının əsərləri nümayiş olunur. Həvəskar yerli rəssamlardan isə L.Məmmədovun, N.İsayevin, İ.İsayevin və başqalarının əsərləri sərgilənir. Bu əsərlərin içərisində kətan üzərində yağlı boya ilə işlənmiş şəkillər əksəriyyət təşkil edir.
Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyi
Daşəkəsən rayon Tarix Diyarşünaslıq Muzeyində hazırda 1035 dən artıq ekspanat mövcuddur. Bunlar 3 min il əvvəldən başlayaraq, müasir dövrümüzə qədər olan zamanı əhatə edir. Daşkəsən Daşkəsən rayonu Daşkəsən bələdiyyələri "AZƏRBAYCAN RESPUBLİKASI DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ". http://dashkesen-ih.gov.az. İstifadə tarixi: 21.12.20220. "Diyarşünaslıq muzeyləri". http://anl.az. İstifadə tarixi: 21.12.2020.
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı — Qafqazda sənaye ehtiyatları 300 mln.ton həcmində qiymətləndirilən yeganə dəmir filizi yatağıdır. Daşkəsən skarn-maqnetit yataqlar qrupu eyniadlı rayonda, Gəncə şəhərindən cənubi-qərbdə yerləşir. Onlar özlüyündə erkən təbaşir dövründə formalaşmış kontakt-metasomatik törəmələrdən ibarətdir. Filiz yerləşən çöküntülətin tərkibində 110-dan çox mineral növləri müəyyən edilmişdir. Filizəmələgətirən əsas minerallar maqnetit və hematitdir, digər minerallardan isə mis, qurğuşun və sink sulfidlərini, eyni zamanda, kobalt sulfo-arsenitlərini və b. qeyd etmək olar. Şimali Daşkəsən kobalt yatağı Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Göygöl-Daşkəsən seçki dairəsi

Digər lüğətlərdə