1. Ardınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Bir-birinin dalınca getmək. Dalımca gəl.
– Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə.
Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı.
2. Bilavasitə sonra, ardınca, ara vermədən. Birinci atəşin dalınca ikincisi eşidildi. Kitabı kitab dalınca oxuyur. Papirosu papiros dalınca çəkir.
3. Məqsəd bildirir. Həkim dalınca adam göndərmək.
– [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi.
Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın.