DAMAZLIQ

sif. Döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins. Damazlıq qoyun. Damazlıq buğa.
– Azərbaycan atları damazlıq bir cins kimi, Orta və Yaxın Şərq ölkələrinə, hətta Hindistan və Misirə belə aparılmışdır. R.Səttarzadə.

// İs. mənasında. Damazlığını yeyən tamarzı qalar. ( Ata. sözü ).
Damazlıq olaraq Hökümənin atası onlara bir inək də vermişdi. S.Hüseyn.

□ Damazlığı kəsilmək – nəsli kəsilmək.
Damazlığın kəsilsin – qarğış ifadəsi.
Buy, sənin damazlığın kəsilsin! S.Rəhimov.

Damazlıq stansiyası k.t. – damazlıq işi ilə məşğul olan heyvandarlıq müəssisəsi.
Ağdaş rayonunda barama qurdu zavodu və baramaçılıq üzrə damazlıq stansiyası vardır. (Qəzetlərdən).

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAMAZLIQ döllük — cins
  • DAMAZLIQ damazlıq bax cinslik

Etimologiya

  • DAMAZLIQ Bu söz barədə bir neçə ehtimal söyləmək olar: 1. Söz dam kəlməsi əsa­sında yaranıb, çünki döl ərəfəsində heyvanlara ev şəraitində (damda) xüsusi qul­l
DAMARÜSTÜ
DAMBA
OBASTAN VİKİ
Damazlıq (ad)
Damazlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. == Haqqında == Azərbaycanın maldar əhalisi arasında geniş yayılmış mütərəqqi adətlərindən biri də "damazlıq" adlı el köməkliyi olmuşdur. "Damazlıq" adətinin nə vaxt və ilk dəfə hansı bölgədə meydana çıxması haqqında dəqiq məlumat yoxdur. Bir şey aydındır ki, "damazlıq" el köməkliyi adəti icma daxilində sosial təbəqələşmənin yarandığı şəraitdə meydana çıxmış və Azərbaycanın bütün bölgələrində yayılmışdır. XIX əsrə aid olan etnoqrafik ədəbiyyatda məlumat verilir ki, kənd ağsaqqalının təşəbbüsü ilə müflisləşmiş, mal-qarası olmayan bir kəndlinin evində yemək tədarükü görüb, qohum-qonşuları və kəndin bütün ailə başçılarını oraya qonaq dəvət edərdilər. Qonaqlıqda yeməkdən sonra ev sahibinə daha yaxın olan ağsaqqallardan biri qonaqlığın "damazlıq" məqsədilə təşkil edildiyini açıqlayardı. Qonaqlıq iştirakçılarının hər biri elə oradaca mal-qarası olmayan kəndlinin ailəsinə kimin nə ilə yardım edəcəyini elan edərdilər. Nəticədə qonaqlığın hər bir iştirakçısı ev sahibinə bir qoyun, quzu, dana, yaxud buzov bağışlamağa söz verərdi. Məclis dağıldıqdan sonra qonaqlıq iştirakçıları evə qayıdıb "damazlıq" kimi vəd verdikləri heyvanları həmin kəndlinin qapısına yollardılar. Nəticədə mal-qarası olmayan kəndli müəyyən qədər mal-qaraya sahib olub yoxsulluğun daşını atardı.Göründüyü kimi, "damazlıq" köməklik adəti hər adam üçün deyil, mal-qarası, xüsusilə sağını olmayan ailələr üçün təşkil edilərdi.
Damazlıq (adət)

Damazlıq (El köməyi)

Heyvanların Damazlıq üçün Qiymətləndirilməsi və Seçilməsi (1952)
Heyvanların damazlıq üçün qiymətləndirilməsi və seçilməsi (film, 1952)

Digər lüğətlərdə