DAMCI-DAMCI

zərf Damcı halında, damladamla; az-az, azca-azca. Damcı-damcı axmaq.
– Qan damcı-damcı tökülüb, otları və çiçəkləri lalə rənginə döndərmişdi. S.S.Axundov.
Yağış damcı-damcı yağır; Göz yaşları yanaqdan damcı-damcı axır. R.Rza.
Böyük bir dağın ətəyində bir kiçicik bulaq vardır; Damcı-damcı axıb gedir, o, keçmişdən yadigardır. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAMCI-DAMCI damcı-damcı bax damla-damla
DAMCI
DAMCICIQ
OBASTAN VİKİ
Damcı
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Damcı balıq
Damcı balıq (Psychrolutes marcidus) - Avstraliyaya yaxın dərin sularda yaşayır və bədənində əzələ sistemi yox deyiləcək qədər azdır. Dibdə yaşayan bu balıqları həddindən artıq ovlanma səbəbiylə nəsilinin yox olma təhlükəsi var.
Kontinental damcı
Kontinental damcı — cənuba istiqamətlənmiş relyef formalarının şimala istiqamətli relyef formalarından daha çox və gözəçarpan olmasının müşahidəsi. Məsələn, Afrika, Cənubi Amerika, Hindistan yarımqitəsi və Qrenlandiya cənuba doğru bir nöqtəyə qədər daralır. Müşahidə Ormond de Key tərəfindən 1973-cü ildə "sadəcə xəritələrə baxmaqdan irəli gələn, Yer kürəsini sarsıdan başqa bir yeni nəzəriyyə" kimi təqdim etdiyi sarkastik bir nəşrdə edilmişdir. Bu, hazırda hərtərəfli qəbul edilən Yer qitələrinin hərəkətini təsvir etmək üçün o dövrdə formalaşdırılan və təkmilləşdirilən plitə tektonikası nəzəriyyəsini satirikləşdirirdi. Qitədən daha kiçik damcıların nümunələrinə Kaliforniya yarımadası, Florida, Yutlandiya istisna olmaqla, bütün Avropa yarımadaları, eləcə də Cənub-Şərqi Asiya, Malay yarımadası və Hind-Çini daxildir. == İstinadlar == == Xarici keçidlər == Holst, Timothy B. "Continental Drip Revisited" (PDF). Australian Systematic Botany Society Newsletter (68). September 1991: 21–23. Morrison, David. "Continental Drip Reviewed" (PDF).

Digər lüğətlərdə