DARAŞMAQ

f. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. Qarışqalar mürəbbəyə daraşır.
– Sürüyə qurd daraşınca, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına qədər gətirib soxmuşdu. A.Şaiq.
…Sanki bunlar – bal arısı kimi tarlaya, kotana, suya, traktora daraşanlar keçən il işə çıxan adamlar deyil. Mir Cəlal.

// Məc. mənada (bəzən “vücuduna”, “canına” sözləri ilə).
Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar daraşıb qanını sormuşdur. C.Məmmədquluzadə.
Hər yandan gələn əhali qarışqa kimi konkaların vücuduna daraşmışdı. M.S.Ordubadi.

□ Bir-birinə daraşmaq məc. – bir-biri ilə dalaşmaq, mübarizə etmək, boğuşmaq, çəkişmək, bir-birini məhv etməyə çalışmaq.
Kənddə iki nəsil, canavar kimi bir-birinə daraşdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARAŞMAQ toplaşmaq — yığışmaq — doluşmaq — qonmaq
DARAŞMA
DARATDIRMA

Digər lüğətlərdə