is.
1. Dartma, çəkmə; çəkib aparma.
□ Dartı qüvvəsi – 1) heyvanın bir şeyi dartıb çəkmə, çəkib aparma qabiliyyəti, bacarığı, gücü. Atın dartı qüvvəsi onun çəkisinin təxminən 1/ 9 -nə bərabərdir;
2) yük heyvanı, qoşqu heyvanı.
2. dan. Çəki, vəzn, ağırlıq. Bu şeyin dartısı 5 kiloqramdan çox olmaz.
3. dan. Üyütmə qabiliyyəti. Bu dəyirmanın dartısı o qədər yaxşı deyil.
4. dan. Qolac, ölçü. Bir dartı qədər ip.