DİLİM-DİLİM

zərfsif. Dilimlər halında, dilimlər şəklində. Dilim-dilim kəsmək. Dilim-dilim etmək. Qovunu dilim-dilim doğrayıb boşqaba yığmaq.
[Gülsənəm] …balaca stolun üstünə dilim-dilim doğradığı təndir çörəyi ilə bərabər, yağ, bal və pendir düzmüşdü. M.Hüseyn.
Dilim-dilim kəsildi; Taşhavuz qovunları. S.Rüstəm.

// Uzun dillər halında yuxarı qalxan.
Dilim-dilim alov kimi baxışlardan qəzəb yağır. S.Vurğun.
Alov buxağının bacasından dilim-dilim qalxdıqda Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev.

□ Dilim-dilim olmaq – tikə-tikə olmaq.
Sonra o, dilim-dilim olmuş yaylığının ucu ilə çuxura düşmüş balaca boz gözlərini sildi. S.Rəhimov.

Dilim-dilim olasan, dilim-dilim olmuş – qarğış ifadəsi.
// Cizgilər, şırımlar, zolaqlar halında olan.
DİLİM
DİLİMLƏMƏ
OBASTAN VİKİ
Dilim
Dilim (avar. Дилим) — Dağıstanda kənd (aul). Tərkibindəki yeganə yaşayış məntəqəsi olaraq kənd qəsəbəsi statusu daşıyan bir inzibati vahidliyi təşkil edir yaradır. == Coğrafi yerləşməsi == Kənd Mahaçqaladan 108 km qərbdə yerləşir. Ən yaxın qatar stansiyası olan Xasavyurt isə 22 km şimaldadır. Kəndin cənub hissəsindən Sebetar çayı axır. Kənd dəniz səviyyəsindən 655 m yüksəklikdə yerləşir. Sahəsi - 31,6 km². == Tarixi == 1930-cu ildən Kazbekov rayonunun mərkəzi rolunu oynayır. B.Q. Əliyev bildirir ki, kəndin adı çeçen mənşəlidir və "dil" mənasını verir.

Digər lüğətlərdə