DİLLƏNDİRMƏK

icb.
1. Dillənməyə, danışmağa, söyləməyə məcbur etmək.
Dərdliyə söz deməyin; Dərd onu dilləndirər. (Bayatı).
[Əntiqəni] dindirib dilləndirmək mümkün olmurdu. Mir Cəlal.

2. məc. Çalmaq, səsləndirmək; səs çıxarmağa məcbur etmək, dilə gətirmək.
…Bəxtiyar uzaqdan tarın simlərini dilləndirir. A.Şaiq.
Qocaman ustalarımızdan Bakıxanov tarı dilləndirir. S.Rüstəm.

DİLLƏNDİRMƏ
DİLLƏNMƏ

Digər lüğətlərdə