DİLMANC

is. köhn.
1. Çar dövründə məhkəmədə və ya bəzi başqa idarələrdə tərcüməçi.
[Məşədi İbad:] Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy. Ü.Hacıbəyov.
Məmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki nəçərnik başa düşə bilmədilər. C.Məmmədquluzadə.
Baxacaq işinə hərbi məhkəmə; Etdi bu sözləri dilmanc tərcümə. H.K.Sanılı.

// Bəzən ikidilli lüğət mənasında işlənmişdir.
2. məc. Vasitəçi mənasında.
Yarım utancaq olsa; Tutub dilmanc saxlaram. (Bayatı).
[Ağa Nəriman xan:] Bədircahan, barı sən dilmanc ol bizim aramızda… N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLMANC tərcüməçi
  • DİLMANC dilmanc bax 1. tərcüməçi; 2. vasitəçi

Etimologiya

  • DİLMANC Mənbələrdə dildə (говорить), dil-də-m (красноречие), tiliq (разгова­ри­вать), tilmaçi (переводчик) sözləri var
DİLLİLİK
DİLMANCLIQ
OBASTAN VİKİ
Dilmanc
Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır: Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması Az Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır. == Layihənin tarixi == Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə. M. Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır. İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi bu layihəni göstərmək olar. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır. 19.02.2014-cü ildə Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verilmişdir. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır: Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.

Digər lüğətlərdə