DİSSİMİLYÁSİYA

[ lat. ]
1. Oxşarlığı, bənzərliyi pozan dəyişiklik.
2. biol. Orqanizmin fəaliyyəti prosesində mürəkkəb üzvi maddələrin dağılması, pozulması, parçalanması.
Orqanizmdə canlı maddələrin yaranması (toplanması) ilə əlaqədar olaraq, hüceyrələrin və canlı maddələrin parçalanması prosesi də gedir ki, buna da dissimilyasiya deyilir. Qaramal”.

3. dilç. Ardıcıl gələn eyni səslərdən birinin başqa səslə əvəz olunması (məs.: “zərər” əvəzinə “zərəl”).
DİSSİDENT
DİSSONÁNS
OBASTAN VİKİ
Dissimilyasiya (dilçilik)
Dissimilyasiya və ya səs fərqləşməsi — səs uyuşması hadisəsinin əksinədir. Səs fərqləşməsi hadisəsində bir səs başqa səsə təsir göstərərək onu öz məxrəcindən uzaqlaşdırır. == Təsnifi == Səs fərqləşməsi hadisəsi də asan məxrəc, yəni tələffüzün asanlaşdırılması prinsipindən irəli gəlir. Azərbaycan dilindəki r samiti kipləşən-titrək yuvaq samitidir. Bu samiti tələffüz edərkən dilin ucu təxminən üç dəfə dönür. Azərbaycan dilindəki zərər sözü ayrıca işləndikdə zərəl kimi tələffüz edilir. Sözdə iki r samitinin tələffüzü çətinlik törətdiyi üçün ikinci r dilönü-dişarxası l samitinə çevrilmişdir. Azərbaycan dilindəki qaralmaq, saralmaq sözləri yazılı abidələrdə qararmaq, sararmaq şəklində işlənmişdir. Burada da səs fərqləşməsi hadisəsi baş verib. Bu sözlərdəki r>l əvəzlənməsi yazılı ədəbi dilin normasına çevrilmiş, yazıda orfoqrafik norma kimi qəbul edilmişdir.

Digər lüğətlərdə